www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » Dekabr » 3 » 73-yaş və davranış qaydaları...
01:39
73-yaş və davranış qaydaları...

   

  "Neftçi”nin   fanatları növbəti dəfə  mətbuatda bəyanatla çıxış edərək  "Xəzər Lənkəran”ın  yeni yaranmış klub olduğuna işarə etmiş və beləcə yarandığı dövrdən bu yana uğur qazana bilməməsini  əsas göstərməyə çalışmışlar.  Əslində Lənkəranı hələ sovetlər dönəmində təmsil edən və SSRİ çempionatının ikinci dəstəsinin 9-cu zonasında çıxış edən, əsası isə 1968-ci ildə qoyulmuş "Xəzər” komandasının olduğunu unudan "Neftçi” fanatlarının yaydığı bəyanatda  şoxlu digər boşlulqar da  mövcuddur.

  Lənkəranın "Xəzər" komandasında forma geyinmiş  veteranlara yiyə çıxan, stadionu əsaslı təmir edib, ölkədə ən yaxşı baza və futbol klubuna vacib olan infrastruktur yaradan "Xəzər Lənkəran” klubu  ikinci dəfə futbola qayıdışından sonra, bir dəfə çempionluq sevincini yaşamış və iki dəfə ölkə kubokuna sahib çıxmışdır. Bu nailiyyətlərə MDB kubokunu da əlavə etsək ümumilikdə bu heç də pis nəticə sayılmamalıdır. Üstəlik qayıdış ilində belə "Neftçi”yə yalnız qızıl oyunda məğlub olan "Xəzər Lənkəran” sonrakı illərdə də çempionluğa oynamışdır. Düzdür komandanın avroliqalarda uğursuz çıxışı faktdır. Amma hər hansı fakta əsaslanaraq fikir bildiriərkən  ədalətli davranmanın vacibliyini də bildirməliyik.

  "Neftçi” klubunun 73-il ərzində qazandığının  6-ilinə düşənini,  "Xəzər Lənkəran” klubu qayıdışdan sonrakı  illər ərzində xüsusi  dəstək olmadan öz uğurları ilə təkrarlayıb və hətta irəli də gedə bilmişdir. Lakin bunu görmək istəməyənlərin hələ də  mövcud olması  üzücüdür.

"Flaqman” fan klubunun bəyanatında səsləndirilən bir fikri daha qabarıq şəkildə "Neftçi” fanatlarının əsassız  olduqlarına əyani sübut kimi saymaq olar. Beləki,” " Neftçi” sözünü futbol meydanında deyir” fikri ilə heç cür razılaşmaq mümkün deyil. "Neftçi” klubuna futbol qurumlarında müxtəlif formalarda dəstəyin verilməsini yalnız biz deyi elə mətbuatın özü də dəfələrlə qeyd etmişdir.

Elə bu klubun maliyyə mənbəyinin bir başa olaraq dövlət strukturları ilə bağlılığı da heç kimə sirr deyil. Eləysə hansı məntiqlə ""Neftçi” sözünü futbol meydanında deyir”  fikri ilə razılaşmaq olar ?

Əslində "Neftçi” öz sözünü, onun üçün  ölkə daxilində süni surətdə yaradılmış "böyük meydan”larda deyir ki, belə şəraiti yaratmaqla da futbol qurumları klublar arasında ayrıseçkilik etmiş olurlar.

"Futbol+” qəzetinin  sonuncu sayında, Premyer liqanın arxada qalan 15 turu çərçivəsində keçirilən oyunlarda "Neftçi”nin ən çox penalla qol vuran komanda olduğu, əksinə "Xəzər Lənkəran”ın isə bu vasitə ilə bir dənə olsun belə qol vurmadığı  qeyd olunub. 

Üstəlik  çempionatın 15-turunda  keçirilən oyunlarda "Neftçi” nin qapısına futbol qaydalarına görə təyin olunması vacib sayılan  "11-metrlik” cərimə zərbələrinin verilməməsi  və "Xəzər Lənkəran”ın isə əksinə rəqib qapılara eyni qaydayla penal vurmaq haqqının tapdanması da hamıya bəllidir. Bu fakt da telekanllarda yayımlanan futbol proqramlarında dəfələrlə müzakirə olunmuşdur.

"Neftçi” klubunun ölkə futbolunun inkişfında bir maneə olduğunu sübut etməyə çalışmayacaq qədər səbrimiz vardır. Bunu zamanı gələndə edəcəyik. Eyni ilə də "Xəzər Lənkəran”ın Azərbaycan futbolunun inkişafındakı rolunu da qabartmaq istəmirik. Kimlərin ölkə futboluna sərmaye qoyduğu, stadion, baza inşa etdirdiyi,  kimlərinsə xalqa məxsus əmlakdan yararlanaraq özbaşınalıq etməsi göz qabağındadır.

Elə "Neftçi”  fan klublarının da ölkənin fanat hərakatına bəxş etdiyi  "... qazdır” və ya "... şərəfsiz” , həmçinin digər iyrənc  şüarları xatırlatmağa da yəqin ki, ehtiyac yoxdur.

Eyni zamanda klubdan aldıqları pul mükafatlarına görə və  pulsuz əldə etdikləri biletlərlə stadionlara gedənlərin  bizlərdən fərqini də  göstərməyə ehtiyac olmadığının düşünürük. Axı biz  azarkeşlik etdiyimiz klubun,  həmçinin milli komandanın oyunlarına pulumuzla  bilet alaraq stadionlara gedirik.

"12-ci oyunçu” azarkeş qrupu. 03/12/10.

Bölmə: 12cioyuncu Azarkeş Qrup xəbərləri |Baxış sayı: 718 | Yazar: 12cioyuncu |
Всего комментариев: 0



Copyright MyCorp © 2024
Используются технологии uCoz