www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2011 » Fevral » 21 » İllər bizi dəyişmədi...
20:12
İllər bizi dəyişmədi...

 

22- fevralda  "12-ci oyunçu” azarkeş qrupunun üç illik yubileyi qeyd olunur.

"12-ci oyunçu”nun yaradılmasının  ideyası hələ 2005-cilin may ayında yaransa da fəaliyyətimiz  fərdi qaydada həyata keçirilən layihələrlə davam edirdi. Bu işlərdə fəallıq  2006-cı ildə daha da artdı. Həmin il müxtəlif yadda qalan işlər gördük, ən maraqlısı  dekabr ayında "Fırtınalar Meydanı”nda qəribə görüntü ilə davam edən layihəmiz oldu. Beləki, 2006/2007 çempionatının birinci dövrəsinin son oyununda "Xəzər Lənkəran” Qəbələnin "Gilan” (Qəbələ) klubu ilə qarşılaşırdı (09 dekabr 2006) və birinci dövrənin yekunlarına görə komandamız "qış çempionu” oldu. Fəal azarkeşləri bir yerə yığaraq hamılıqla Santa Klaus papaqları ilə stadionda qeyri adi formada azarkeşlik etdik. İki gün sonra "Futbol+” qəzeti bu hadisəni işıqlandırdı. Həmin çempionatın ikinci dövrəsində artıq fəal azarkeşlərlə çoxlu maraqlı layihələr həyata keçirməyə başladıq. Tribunalara toplaşan azarkeşlərə demək olar ki, hər oyunda ağ-yaşıl vərəqələr hazırlayıb paylayırdıq. ”Gələn il kimin yubileyidir ?” yazılmış plakatımız hələ də bir çox azarkeşin yaddaşındadır. Növbəti çempionatda "15000-lik stadion, 14999+sən " adlı layihə ilk cəhddən alınmasa da ikinci cəhdimiz uğurlu oldu və biz tribunaları tam doldura bilmişdik. Artıq "12-ci oyunçu” müstəqil fan klubunu yaratmışdıq (12-ci oyunçu mfk). 22-fevral 2008-ci ildə təsis yığıncağını keçirərək nizamnaməmizi təsdiq etmişdik. Azərbaycanın ilk müstəqil fan klubunun yaranması yenə də "Futbol+” qəzetinin 23-fevral tarixli nömrəsində işıqlandırılmışdı. Azərbaycanda ilk dəfə biz "Xəzər Lənkəran” klubu ilə əlaqə yaratmadan tam müstəqil formada fəaliyyətimizi qurmağa başlamışdıq. Fan klumuz üçün baraban aldıq, səfər oyunlarına gedərkən "Xəzər Lənkəran” klubunun təşkil etdiyi avtobuslarla deyil öz hesabımıza kirayələdiyimiz avtobuslarla yola çıxdıq. Fan klubun idarə heyyəti üzvlərinin şəxsi ianələri hesabına aldığımız parçalardan bayraqlar və müxtəlif atributlar hazırlayıb azarkeşlərə hədiyyə edirdik. "Fırtınalar meydanı”nın "E”- sektorunu özümüzə daimi məkan seçdik. Fan klubun yarandığı gündən düz bir il sonra 22- fevral 2009-cu ildə fan klumuzun internet saytını açdıq. Bir müddət sonra isə fan klubun fəaliyyətini dayandıraraq, fəaliyyətimizin formasında dəyişikliklər etdik. Bu günə qədər də "12-ci” oyunçu azarkeş klubu( azarkeş qrupu)  kimi fəaliyyət göstərən "12-ci oyunçu” olaraq "Xəzər Lənkəran”ın ən çətin günlərində də komandanın yanındayıq.  "12-ci oyunçu” azarkeş qrupunun fəaliyyətində milli komandanın Lənkəranda iki il öncə sentyabr ayında Finlandiya milisinə qarşı keçirilən matçda "NO RASİZM” adlı layihə də olmuşdur.

Biz Azərbaycanda futbol klubuna yaxın olmadan azarkeşlik etmək qaydasının bünövrəsini qoyduq, biz müstəqil fanat anlayışını ölkə futboluna gətirdik.  "12-ci oyunçu”- azad düşüncənin məhsuludur, beləcə qərarlarımızı da özümüz veririk və kimlərinsə iradəsinə tabe deyilik.

Biz bu illər ərzində çoxlu təzyiqlərə məruz qalsaq da, müxtəlif çətinliklərə sinə gərməyə çalışdıq və bacardıq. Bu illər ərzində saytımızı fəallaşdıraraq iki il ardıcıl olaraq ilin azarkeş saytı adının  qazanılmasına nail olduq. Bu illər ərzində "Xəzər Lənkəran”ın ev oyunları öncəsi məşqlərini fotoreportajlarla və məşqlərdə baş verən ən maraqlı məqamlarla saytımızda işıqlandırdıq. Bu sayt vasitəsi ilə sadə azarkeşlərin istəklərini ölkənin futbol ictimaiətinə çatdırdıq.

Hazırda da "Xəzər Lənkəran” ailəsinə qarşı haqsızlıq edilən zaman ən operativ raeksiyanı da biz veririk. Mətbuatda cənub təmsilçisinin azarkeşləri  haqqında xoşa gəlməz yazılara rast gəlinən zaman biz sinəmizi qabağa veririk, biz öz mənafemizi deyil ümumi azarkeş kütləsinin mənafeyini qorumağa çalışırıq. Biz ölkə futbolunda daha çox vətən sevgisini qabartmağı bacardıq. Yarandığı gündən "12-ci oyunçu”nun bir devizi vardır:

" Öncə vətəni, sonra səni sevdik "Xəzər Lənkəran” !”

 

22- fevral tarixi "12-ci oyunçu” üçün əlamətdar gündür -  ”12-ci oyunçu”nun yaranmasının üç illiyi, internet saytının açılmasının isə iki  illiyi qeyd olunur.

 

Bölmə: 12cioyuncu Azarkeş Qrup xəbərləri |Baxış sayı: 962 | Yazar: ISLAM |
Всего комментариев: 24
22.02.2011
24. mr.aliyev [Материал]
Oz adimdan men sexsen Islam mellimi urekden tebrik edirem.12-cilerin xidmetleri boyukdur ve danilmazdir.Men sexsen ne zaman lazimsa komek gostermeye haziram.Elece de bu sayt informasiya sahesinde bizi daim yeni melumatlarla temin edir.Her gun bu sayti ziyaret edirem ve her defe yeni xeberler gore bilirem. Sukani bele saxlayin!Yeni-yeni uqurlar arzulayiram size.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

22.02.2011
23. Zakir [Материал]
12-ci OYUNCUNUN BİR HSUSYETİ VAR Kİ XEZER-LENKERANIN AGIR GÜNLƏRİNDƏ DAHADA YAXIN VE ŞERİK OLUR BZİM ÜMÜMİ DƏRDİMİZƏ.
HALAL OSUN SİZƏ!!!! SÜKANI BELE SAXLAYIN!!!! HAYDI İRƏLİ LƏNKƏRANIN XƏZƏRİ!!!!!!!!!!
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

22.02.2011
22. Zakir [Материал]
TƏBRİKLƏRRRRRRRRRRRRRRRRR!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

22.02.2011
21. CABBARLI (ISLAM) [Материал]
Bir az saytımızın şərh bölümünü açıq saxladıq ki, təbrik etmək istəyənlər əziyyət çəkməsin. Lənkəranın yağışlı küçələri ilə İnternet klubdan evə və oradan da geri gələnə qədər görürəm bolluca təbriklər gəlib...
Hətta mənim adımdan da yazmağa çəhd edənlər də tapılmışdı. Sonra admin onun şərhini sildi.
Saytımızda təqdim olunan yazı bizim bildiyimizdir. İlk üzvlərimizin bildikləri, həmin vaxtlardan bəri mətbuatdan oxuduqlarımızdan və gördüklərimiz işlərdən bir az bir az xatırlatmalar var idi. Fırtına üzvlərinin şərhlərini diqqətlə oxudum, Fırtına fan klubunun bu məsələ ilə bağlı mövqeyi də belə qəti olarsa biz Fırtına ilə öz aramızda bu məsələni müzakirə edə bilərik. Fırtına da bizdəndir, biz də Fırtınadan. Bizim məqsədimiz birdir, “Xəzər Lənkəran” sevgisi bizi- Bosmanı, Fırtınanı, rəsmi fan klubun üzvlərini, həmçinin minlərlə sadə azarkeşləri və sonda biz 12-ciləri birləşdirir.
Məncə bu qədər çılğınlıqla reaksiya vermək lazım da deyil. Amma çılğınlıq elə biz “Xəzər Lənkəran” azarkeşlərinə yaraşır.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

22.02.2011
20. Resad Xezerli [Материал]
Mende tebrik edirem. Hemiwe mohkem ve saglam olun.
TEBRIKLER! TEBRIKLER! TEBRIKLER!
12ci oyuncu musteqik fan klubu Xezer Lenkeranin resmi internet saytindanda guclu iwleyir. Mewqlerden opertaiv melumatlar ve fotolar verir. Demak olar her gun bu saytda yeni yazilar ve yeni xeberler olur. Xezer Lenkerani sevanlar ucun bundan artiq hecna ola bilmez mence. Ugurlar size
12CI OYUNCU MFK.
SUKANI BELE SAXLA!!!
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

21.02.2011
19. Emilbey Kazimzade (Emilbey) [Материал]
bizim 6 yasimiz olacaq yayda 3 il sizden boyuyuk
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

21.02.2011
18. Emilbey Kazimzade (Emilbey) [Материал]
bu FIRTINA FAN KLUBUNA həqiqətən təhqirdir mende tebrik edirem ama düzgünlüknən düzgünlük yaxşı şeydir bizim o qədər zəhmətimiz boşa gedir bele çıxırda Azərbaycanın Yeganə Müstəqil Fan Klubu FIRTINA FAN KLUBUDURKİ onun üzvləri Bakıdan öz puluna Lənkərana Gəlib oyuna baxıb qayıdırlar hər oyun olduğu üçün hər şeyi FIRTINA edir Fakel,Plakatlar Gözəl Dəstək bunların hamısını biz edirik FIRTINA FAN KLUBU EDİR bize hörmetsizlik etmeyin ad günüzü tebrik edirem
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

21.02.2011
17. Orik [Материал]
Muxa, Muxa priyom!
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

21.02.2011
16. Kamran USA [Материал]
Salam.Mence bu yazini burda yazmaga ehtiyyac yox idi,en azindan ilk mustəqil fan klub sozunu.Cunki,bu danilmazdir-Firtina Azərbaycanda ilk MUSTƏQİL fan klubdur.Umid edrime ki,butun burda yazilanlar nezere alinacag ve mueyyen deyishiklikler edilecek.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

21.02.2011
15. xalid [Материал]
Symur qardaş. Əlbəttə rəqabət aparmayaq. Yalan məlumatlarda olmasın. Adi qaydada irəliləyək. XL-mizi dəstəkləyək. Axı doğru olanlar bu deyil. Necə olur Fırtına 5 yaşını qeyd et amma 12-ci oyunçu 3 yaşını qeyd edir ??? Necə müstəqilliyin təməlidir ? Axı mənim əziyyətim nə oldu ?? Uşaqlarımızla etdiyimiz o qədər əziyyət nə oldu ?
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

21.02.2011
14. Emilbey Kazimzade (Emilbey) [Материал]
İslam Azərbaycanin ilk Musteqil Fan Klubu FİRTİNA FAN KLUBUDUR mende Xalid dediyi kimi Firtinada olandan 12-ci oyuncu yox idi siz bizden sonra yaranmisiniz
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

21.02.2011
13. Seymur-Astara [Материал]
SƏMİMİ QƏLBDƏN TƏBRİK EDİRƏM DAİM XƏZƏRİMİZİN YANINDA OLAN 12-CİLERİ!
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

21.02.2011
12. Seymur-Astara [Материал]
XALİD QARDAŞ GEL RƏQABƏT APARMIYAQ. BU BİZİM DÜŞMƏNLƏRİMİZİN XEYRİNƏ OLAR. DÜŞMƏNLƏRİMİZ MAŞALLAH!: AFFA, AZtv və s. HÖKÜMƏT QURUMLARI!
BİZ BİRLİKDƏ GÜCLÜYÜK! SƏNİN PAYIVA YALNIZ TƏBRİK DÜŞÜR, ETSƏN MİNİMAL BORCUVU ETMİŞ OLARSAN. HÖRMƏTLƏ.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

21.02.2011
11. Orik [Материал]
Islam mellim gelin cixin da beyaxdan. kim qoyub bu yazini bura?
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

21.02.2011
10. Anti-AFFA [Материал]
TƏBRİKLƏR!!! "12-Cİ OYUÇU" AGİR GÜNDƏDƏ HƏR ZAMAN "XƏZƏR-LƏNKƏRAN"-nımızın YANINDA OLUB!
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

21.02.2011
9. xalid [Материал]
Fakt odrki bu məqalənin bu yeri səhfdir. Mən İslam Cabbarlıdan əvvəlcə xahiş sonra isə tələb edirəm bu abzası remove eləsin :

Biz Azərbaycanda futbol klubuna yaxın olmadan azarkeşlik etmək qaydasının bünövrəsini qoyduq, biz müstəqil fanat anlayışını ölkə futboluna gətirdik. "12-ci oyunçu”- azad düşüncənin məhsuludur, beləcə qərarlarımızı da özümüz veririk və kimlərinsə iradəsinə tabe deyilik.

Mən Fırtınada azərkeşəm sizin saytıda hərəm oxuyuram amma bir Fırtınaçı olaraq bu məni qıcıqlandırır. Mən şəxsən Fırınada olanda 12-ci oyunçu adlı fan klubun təməli qoyulmamışdı.
Sizi fan klubunuzun ad günü münasibəti ilə təbrik edirəm amma bu o demək deyilki siz ilk müstəq fan klub olmusuz. Sizin Xəzər Lənkərana dəstəklərinizidə və operativliyinizidə alqışlayıram. Bu yazı konkret Fırtınaya təhqirdir. Belə çıxır ki, bizim əziyyətimiz bada gedib heç olub?

FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

21.02.2011
8. Orik [Материал]
sen kimsan?
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

21.02.2011
7. Dava dalas yeri deyil [Материал]
Bu nedir ozumuz ozumuzu qiracagiq kim istiyir tebrik etsin kim istemir etmesin men tebrik edirem o birilerine diyirem ki dava dalas salmayun
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

21.02.2011
6. Muxa [Материал]
Sən ölü deyəndə nə demək istədin hə ?

Saxtakarlar sənin kimi düşünənlərdir. Mənim kim olduğumu biləndə (!) bax onda "ölüden birce addım oyan bu yan olan adam" özün olacaqsan bildin ?!!!
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

21.02.2011
5. Orik [Материал]
Muxa minnat elama.. oz fan klubun tarixini bilmeyen, saxtalasdiran kes menimcun ölüden birce addım olan adamdir
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

21.02.2011
4. Muxa [Материал]
Təbriklərinizə görə də sizə təşəkkür edirik.

AFFA və PFL -in fikri bizim üçün maraqlı deyil. AFFA və PFL -in fikirlərini əsas götürənlərin də fikri bizim üçün maraqlı deyil. Amma klub əgər belə bilirsə biz də hörmətlə yanaşaraq klubu, klubun özünə layiq tanıyarıq.

FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

21.02.2011
3. Mustafa_XL [Материал]
12-ci oyunçu azarkeş qrupudur. Çox faizi yaşlı azarkeşlerdi. Ama ki Azerbaycanda ilk müsteqil Fanklub FIRTINA-dır! Herkese Nümuneyik bu ölkede! Herkes bizden nese öyrenir! Düşünürem ki 12-ci oyunçularada bezi şeyleri öyrede bilmişik! FOREVER FIRTINA ! SOUTH STORM !
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

21.02.2011
2. Orik [Материал]
Firtinanin yaranmasi gözumun qabaginda olub. nistru ile oyun oncesi tesis olundu.12-ci oyuncu ise Araz Nasirovun vaxtinda yarandi deyesen.
PFL-de, AffadA HETTA KLUBDADA ilk musteqil fan klub kimi firtinai taniyirlar
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

21.02.2011
1. xalid [Материал]
Ilk dəfə "Fırtına" fan klubu rəsmi fəaliyyət göstərib. Mən şəxsən Fırtınada olanda 12ci oyunçu yox idi.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR




Copyright MyCorp © 2024
Используются технологии uCoz