www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2011 » Fevral » 16 » "Neftçi"yə vəkillik edib bizi ittiham edən qəzetə !
00:25
"Neftçi"yə vəkillik edib bizi ittiham edən qəzetə !

"Futbol+”   qəzetinin 15-fevral  tarixli sayında gedən "Kim kimi təhqir edib” adlı yazını şəxsən oxudum.  Deyilənlər yalan deyilmiş. Bu yazıda saytımız Talış -Türk ayrıseçkiliyində suçlanılır. Halbuki mən yəqinliklə deyə bilərəm ki, rəhbərlik etdiyim saytda belə yazılar heç vaxt olmayıb. Əksinə biz "Neftçi”  fanatlarının Lənkəranlı azarkeşləri daşqalaq edərkən etnik ayrıseçkilik zəminində səsləndirdikləri şüarları pisləmişdik. Etiraf etməliyəm ki, saytımızda bəzi şərhlərdə bu mövzuya toxunulur. Amma biz bacardığımız qədər bu mövzuya ciddi yanaşırıq və bəzi şərhləri redaktə edirik, bəzilərini isə tamamilə silirik. Son zamanlar isə şərhlər bölümü çox vaxt bağlı olur. Onu qeyd edim ki, şərhlər oxucular tərəfindən verilir və bu şərhlərdəki fikirlər saytımızın mövqeyi sayılmır. Yəni hər hansı yazı və ya fikir saytımızın ana səhifəsində  təqdim olunmayıbsa deməli saytımızın mövqeyi deyil.

 Amma "Futbol+” qəzeti, "Neftçi” fanatının "Evimizə gəlin gəlir” adlı  yazısını  qəzet səhifəsində təqdim edirsə, deməli öz mövqeyin ortaya qoymuş olur. Hansı ki, "Neftçi”  fanatının yazısını məktublar bölümündə və ya bizə yazırlar rubrikasında təqdim etsəydi tam ayrı formada qarşılanardı.  Tərəfimizdən  hiddətlə qarşılanan yazıya müxtəlif cavablar veriləndən sonra isə qəzet həmin yazını hər vəclə müdafiə edirsə buna nə ad vermək olar ?

  Digər tərəfədən biz öz saytımızda "Neftçi” haqqında yazı veririksə niyə "Neftçi”nin əvəzinə "Futbol+” qəzeti buna cavab verir. Məgər adı çəkilən qəzet "Neftçi” klubunun mətbuatdakı vəkilidir ? Qoy bunu "Neftçi” klubu və ya fanatları etsin...

Yenə qayıdıram Talış, Türk ayrıseçkiliyinə.  Ötən il gərək ki, sentyabr ayında "Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli bölgəmiz haqqında bəzi fikirlər bildirmişdi. Özünün də bu bölgədən olduğunu və çoxdan buarlardan uzaqlaşdığını qeyd edən Mahir bəy nə vaxtsa cənub bölgəsində "Leninin qəbrinə” yazanların yəni demoqoqların olduğunu bildirmişdi.

Maraqlı burasıdır ki, indi bizim bölgədə belələri yoxdur.  Bəlkə də o vaxtlar bu bölgədən  uzaqlaşanlar bu pis vərdişləri  də özləri ilə aparıblar. İndi isə "Futbol+” tərəindən  bizim saytımız da eynən "Leninin qəbrinə”  yazanlıarın  "şər atma” üsulları  ilə etnik ayrıseçkilikdə suçlanır və şər atılaraq  iftiraya məruz qalır...

Bölmə: 12cioyuncu Azarkeş Qrup xəbərləri |Baxış sayı: 342 | Yazar: ISLAM |
Всего комментариев: 0



Copyright MyCorp © 2017
Используются технологии uCoz