www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2011 » Fevral » 17 » Odu yandırıb sonra da od üstə su tökən qəzet...
20:39
Odu yandırıb sonra da od üstə su tökən qəzet...

 Bu gün günün ikinci yarısında  "Bosman" fan klubunun rəsmi internet saytı məlumat yaydı. Məlumatda fan klub rəhbəri Mirhafiz Babayevin  "Futbol+” qəzetinin redaksiyasına dəvət olunması və orada keçirilən toplantıda iştirakından bəhs edilir.  "bosman.at.ua " saytında gedən məlumatı olduğu kimi təqdim edirik:


    Bu gün saat 13:00-da fanklubumuzun rəhbəri Mirhafiz Babayev "Futbol+” qəzetinin redaksiyasına dəvət almışdı. Görüşdə "Neftçi” komandasının fanklub rəhbərləri də (hamısı yox) iştirak ediblər. İki saat ərzində keçirilən görüşü adı çəkilən qəzetin baş redaktoru Mahir Rüstəmli aparıb. Eyni zamanda qəzetin daha iki əməkdaşı da görüş iştirakçısı olub.

      Mirhafiz bəyin verdiyi məlumata görə görüşdə müzakirə mövzusu əsasən XX turda "Netçi” – "Xəzər Lənkəran” arasında keçirilmiş görüşlə və görüş zamanı azarkeşlər arasındakı münasibətlə bağlı olub. Həmçinin ümumiyyətlə bu iki komandanın azarkeşləri arasındakı münasibətin lap əvvəldən indiyə qədərki dövrü müzakirə olunub və gələcək istiqamətləri haqqında fikir öyrənilib. İki saat ərzində keçən görüş bu səpkidə daha dərin müzakirələrin getməsi ilə davam etdirilib və tərəflər müzakirələrdə aktiv iştirak ediblər.

      Mirhafiz bəy həmçinin bunları bildirdi: "Mən bayraq yandırılması məsələsinə görə elə həmin vaxtdan narahat idim. Elə o vaxt biz buna kəskin narazılığımızı bildirmişdik. Xüsusən də "Neftçi” azarkeşlərinin "biz də onların bayrağını fevralın 13-də Bakıda yandıracağıq”-deməsindən sonra daha da narahatçılığımız artmışdı. Bunun üçün onlar Lənkəran stadionundan asılmış böyük bir "Xəzər Lənkəran”ın bayrağını da götürdüklərini bəyan edirdilər. Mən xeyli əvvəldən Mahir Rüstəmli ilə əlaqə saxlayıb o bayrağın qaytarılmasında bizə yardımçı olmasını istəmişdim. Mahir Rüstəmli də öz növbəsində "Siz narahat olmayın. Həmin ərəfədə biz qəzetimiz vasitəsi ilə elə iş apararıq ki, bu baş verməsin”-deyə əmin etmişdi. Mən yandırılarsa çox pis nəticələrə səbəb ola biləcək "Xəzər Lənkəran”ın bayrağının xilası üçün həm Mahir bəyə, həm "Neftçi” fanklublarının rəhbərlərinə həm də bu dəhşətli filmdən betər ola biləcək anları izləməkdən bizi qurtardıqları üçün hər kəsə təşəkkürümü bildirdim”.

Görüş anlaşıqla bitdiyindən Mirhafiz bəy bütün tərəflərin razı qaldığını bildirməyi də nəzərimizə çatdırdı.

 


Bölmə: Azarkeş Xəbərləri |Baxış sayı: 305 | Yazar: ISLAM |
Всего комментариев: 0



Copyright MyCorp © 2017
Используются технологии uCoz