www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » Dekabr » 11 » Təlxəklərin dəstəyinə ehtiyac var...
23:04
Təlxəklərin dəstəyinə ehtiyac var...


 "Neftçi” futbol klubunun bəyanatı.

"Neftçi” nin turnir cədvəlindəki yerinə göz dikən "Xəzər Lənkəran”  klubu nəhayət ki, istəyinə çatdı. Bizə qarşı birləşənlər bu aruzlarına çatmaq münasibəti ilə sevinir, bəzi komandaların futbolçuları isə hətta oyun sonrası avtobusda mahnı oxuyurlar. Aldığımız məluamtlara  görə Lənkəranda "Neftçi”nin "Bakı” klubuna məğlub olması xəbəri böyük sevinclə qarşılandı. Biz də bu məsləyə belə yanaşırıq:

1. Kim olursa olsun istər Lənkəran camaatı istərsə də digər rayonların sakinləri, "Neftçi” klubunun məğlubiyyətinə sevinənlər xalq düşmənləridir.  Çünki  "Xalq komandası”nı  sevməyənlər kim olduqılarından asılı olmayaraq xalq düşməni sayılırlar.

2. "Neftçi”  klubunun əleyhinə bəzi KİV vasitələrində səslənən haqsız ittihamların təsirindən psixoloji "travma”ya məruz qalmış futbolçumuz  Denis Silva,  "Bakı” ilə oyunda avtoqola imza atmışdır. O səbəbdən də bu qol oyuun protokolundan silinməli və ləğv olunmalıdır !

3. Məlum olduğu kimi futbol oyunun müxtəlif qaydaları mövcuddur, onlar arasında belə bir qayda da vardır ki, rəqibin hücumu zamanı qapıçı qapının yaxın küncü bağlayır. "Bakı” klubunun futbolçusu Jaba "Neftçi”nin qapıçısının yaxın küncünə qol vurmaqla klubumuzu təhqir etmişdir. Beləki, qapıçımız Rauf Mehdyev heç vaxt braziliyalı futbolçunun məhz yaxın küncə zərbə endirəcəyinə özündə cürət tapacağına  inana bilməzdi. Axı "Flaqman”ın bütün küncləri xüsusən də yaxın küncü müqəddəsdir.

4. Hakimlərin "Neftçi”yə kömək etməsi  barədə çox deyilir.  Əgər həqiqətən də bu belədirsə onda "Neftçi” – "Bakı” oyununda gərək Rövşən Əhmədov  bir qolu saymadığı kimi ikinci qolu da saymayaydı. Hakimlər "Neftçi”nin lehinə qərarlar vermirlər,  onlar onsuz da  Azərbaycan futbolunun ən köklü və ən adlı sanlı klubuna hörmətlə yanaşmağa borcludurlar.

5. "Neftçi” – "Bakı” oyununun baş hakimi Rövşən Əhmədov hakimlikdən ömürlük uzaqlaşdırılmalıdır. Ən azı ona görə ki, komandamızın qapısına iki qolu hesaba almaqla o ölkə futbolunun tarixinə  tüpürmüş oldu. Gösrəsən niyə Əfqan Həmzəyev kimi təcrübəli hakimlərimiz layiqincə qiymətdirilmir  və "Neftçi”nin oyunlarına təyinat almır.

6. Biz "Neftçi” klubu olaraq bütün idmançıları, xüsusən də idmanın müxtəlif növləri üzrə avropa, dünya və olimpiya çempionlarını, ölkənin ən köklü klubunu müdafiə etməyə çağırırıq. Biz həmçinin müğənniləri, aktyorları, televiziya və radio əməkdaşlarını , millət vəkillərini  və sirk ustalarını, xüsusən də təlxəkləri, klubumza dayaq olmağa dəvət edirik.   

Bölmə: Futboldan Kənar |Baxış sayı: 593 | Yazar: 12cioyuncu |
Всего комментариев: 0



Copyright MyCorp © 2024
Используются технологии uCoz