www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2011 » Fevral » 23 » “Uçur dəbdəbəsi” “on ikinci”nin…
16:12
“Uçur dəbdəbəsi” “on ikinci”nin…

"12-ci oyunçu” nun yubileyi müansibəti ilə təbriklər aldığımız vaxtda Lənkəranlı şair Tofiq Həsənli bir kağız parçası ilə bizi təbrik etdi. Həmişə olduğu kimi bu kağız parçasında da şer yazılmışdı. Amma bu dəfə satirik şairin nişangahında biz idik. Düzü o şeri bir neçə dəfə oxuyandan sonra o sətirlərdə özümü gördüm, mənim kənardan necə göründüyümü  qafiyələrlə bildirən şairi isə minnətdarlıqla yola saldım. Ondan inciməyə yerim də yox idi. Bir müddət həmin  şer yazılmış kağız parçasını özümdə saxladım. Sonra saytımızın demokratik prinsiplərinə əsaslanaraq saytda təqdim etmək qərarına gəldim. Hər halda biz həmişə olduğumuz kimi görünməyə çalışmışıq. Əgər məni və  ya digər  "12-ci”ləri satira atəşinə tuturlarsa niyə də bundan inciyək ki...

 

*******************************

...on ikincinin...

Bir zaman özgədən yediyi qapaz,

Oldu "qoz ləpəsi”  on ikincinin...

İndi qapazı da "özündən yeyir”,

Qapazlıq təpəsi "on ikinci”nin...

***

Durub tək başına "cəbhə” yaratdı,

"Xəzər”dən ötəri evini satdı,

Kirayəy evlərdə başıyla batdı...

Dağıldı "cəbhə”si "on ikinci”nin...

***

Borc yığdı çəkdiyi boş əziyyətə,

Ac qulluq göstərdi tox cəmiyyətə,

Sonda düçar oldu məğlubiyyətə,

Ucuz qələbəsi "on ikinci”nin...

***

Ac başda fan klub eşqi oyandı,

Açdığı fan klub pulsuz dayandı,

Çəkdiyi əziyyətdən alışıb yandı,

Yeddi mərtəbəsi "on ikinci”nin...

***

Yenə külbaşlığı eylədi peşə,

Azarkeş klubla başladı işə...

Çox "hürdü”, bir, "sümük keçmədi dişə”,

Barı olsun bəsi "on ikinci”nin…

***

Borclar yapışdı arıq belindən,

Azarkeş klub da çıxdı əlindən,

Özü də peşman oldu əməlindən,

Boş çıxdı küpəsi "on ikinci”nin…

***

İnternetklubda sallanır indi,

Şirin xəyallara allanır indi,

Aparatla məşqə yollanır indi…

Yoxdur tələbəsi "on ikinci”nin…

***

Hələ də yaşayır boş ümidlərlə,

"Qanad çalıb” uçur "quş” ümidlərlə,

Canı naxoşlayır, xoş ümidlərlə,

"Uçur dəbdəbəsi” "on ikinci”nin…

***

Daha "böy” itlərlə hürüşə bilmir,

AFFA, PF-lə girişə bilmir…

Qorxudan "Neftçi”yə ilişə bilmir…

Ki, çönər qibləsi "on ikinci”nin…

***

Söz intihar edir yaşamaq üçün,

Saytlar açılır kef damaq üçün,

Bu dəfə özünü asdamaq üçün,

Yetişib növbəsi "on ikinci”nin…

***

Müftə sevgisindən hamı narazı,

Seçim-asmaqdır özün ən azı…

"Xəzər” də, "Neftçi” də vurur qapazı…

Dağılıb təpəsi "on ikinci”nin…

***

Təkcə bu üç ildə qazancı olub,

"Yaşamaq şübhəsi”  "on ikinci”nin…

 

T.Həsənli.  Lənkəran. 20.02.2011

Bölmə: Futboldan Kənar |Baxış sayı: 781 | Yazar: ISLAM |
Всего комментариев: 4
23.02.2011
4. CABBARLI (ISLAM) [Материал]
Elshen Lenkeranli, sizin intelekt səviyyənizə hörmətlə yanaşıram deyə cavab verməli oldum.
Niyə də özünü tənqidə yer verməyək axı ?
Əgər bir şair bizi belə görübsə onun da fikrinə yer verək. Bu şer nə vaxtsa haradasa səslənə bilərdi. Bax o zaman bizim qorxaq olduğumuz ortaya çıxardı. Baxın indi biz qorxmadan çəkinmədən bizə qiymət verən şairin sözlərinə yer verdik. Şairləri qınamaq olmaz, onlar hiss və həyacanla yaşayırlar. Bəlkə bir az biz də dəyişilməliyik, bəlkə biz də tam düz yolda olmamışıq, kimsə bizi də tənqid edə bilər. Hamının sözünə diqqət vermək və lazım gəldikdə (əgər lazımdırsa) nəticə çıxarmaq lazımdır.Biz sadəcə insanıq və bizim də səhvlərimiz ola bilər. Şair belə dedi, digəri başqa cür deyir. Baxın sizin də sözünüzə hörmətlə yanaşıram və inanın ki, sizin də iradlarınızın və fikirlərinizin bundan sonra nəzərə alınacağı da gündəmə gəlir.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

23.02.2011
3. linderot [Материал]
Лучше поздно чем никогда,Ислам табриклар.o, gun olsun avroliqalarda Xazarin oyunlarindan onlayn yayimlayasan.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

23.02.2011
2. linderot [Материал]
Mence bir az ag eleyib.12ci hec vaxt qapaz alti olmayib.va hec buna imkan da vermaz.Özuda ki kim kim affa va nöyutcularin.o ki qaldi yaşamaq şubhasina bu haqda şair özu fikirlaşsa daha maqsada uygun olar. İslam muallim na etdiyini cox gözəl bilir.yaşasin XƏZƏR va XƏZƏR sevarlar.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

23.02.2011
1. Elshen Lenkeranli [Материал]
Eslinde men bunu satira qebul etmirem. Bu biraz da tehqir kimi seslenir. Ay Islam muellim axi buna ehtiyac vardiiiiii??????? Mence cox pis seslenir. En azi bizleri nezere alaydin gerek. Cunki, o qappazi qebul elemeynlerde sayta baxir. Yeqinki men daha bu sayta baxmayacam. Hetda Size boyuk hormetim olsa bele. Yeqinki meni kimi cox adam da bele fikirleshir. Bir AXMAGIN yazdigina gore sayti korlamaga deymezdi mence. Yene deyirem menim SIze boyuk hormetim var ona gore ki, Bizlerin sozunu saytinizda ishiqlandirirsiz. AMMA BIR DILGIR SHAIRIN SOZUNE OZUDE SHEERLERINI BAZARDA ONA BUNA OXUYUB 1 MANAT ALAN SHAIRIN SOZU BIZIM SOZUMUZDENMI USTUN OLDU???????? COX TEESSUF EDIREM
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR




Copyright MyCorp © 2024
Используются технологии uCoz