Ana Səhifə» 2010 » Noyabr » 8 » “Xəzər Lənkəran” komandası noyabrın 9-da Lənkərana gəlir.
21:25
“Xəzər Lənkəran” komandası noyabrın 9-da Lənkərana gəlir.
"Xəzər Lənkəran” komandası noyabrın 9-da Lənkərana gəlir.
Klub
rəhbərliyindən aldığımız məlumata görə noyabrın 9-da saat 16:00-da stadionun yardımçı meydançasında
komandanın axşam məşqi keçiriləcək. Son turdakı məğlubiyyətdən sonra
futbolçularımıza mənəvi dəstək vermək lazım olduğunu anlayan fəal azarkeşlər
məşqi izləmək üçün stadionda olacaqlar.
Biz də məşq zamanı diqqət
çəkən maraqlı məqamları saytımızda qeyd edəcəyik. Bundan əlavə komandanın hər ev
oyunu öncəsi olduğu kimi bu dəfə də meydançanın ot örütüyünün vəziyyətini əks
etdirən fotoreportaj hazırlayaraq azarkeşlərə təqdim
edəcəyik.
Daha bir məqam. Artıq lənkəranda yeni bir
ləğəblə, Mirzə deyə çağırılan Mirça Rednikdən
komandaya qatmaq istədiyiyeni futbolçular haqqında qısa məlumat əldə etməyə
də çalışacağıq. Bizi izləyin...