www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2011 » Mart » 1 » Xaqani Məmmədov: ...məndən heç kim heç nəyi tələb edə bilməz.
18:54
Xaqani Məmmədov: ...məndən heç kim heç nəyi tələb edə bilməz.

 "12-ci oyunçu" azarkeş qrupu və "Bosman" fan klubu olaraq fevralın 25-də AFFA hakimlər komitəsinin sədri Xaqani Məmmədova məktub ünvanlamışdıq. Hörmətli sayt izləyiciləri, bu gün saytımızın e-mail ünvanına komitə sədri cavab məktubu göndərib. Məktubu olduğu kimi təqdim edirik:


"12 oyunçu” azarkeş qrupu və "Bosman” fanklubunu salamlayıram.

Əvvəla sizi 27 fevral 2011-ci il tarixində "İnter” komandası üzərində qazandığınız qələbə münasibətilə təbrik edirəm.

İkincisi, kompyuterimdə yaranan problemlə bağlı müraciətinizə gec münasibət bildirdiyimə görə sizlərdən üzr istəyirəm.

Üçüncüsü, münasibət bildirmək üçün məndən heç kim heç nəyi tələb edə bilməz. Sadəcə olaraq, sizə olan hörmət naminə cavab yazmağı özümə borc bildim. Yəqin ki, həmin matçın obyektiv idarə edilməsi siz qeyd etdiyiniz kimi yayılan söz-söhbətin nə dərəcədə əsassız olduğunu sübüt etdi. Yayılan xəbər yalnız bir saytda özünə yer almışdır ki, həmin sayt da mənə qarşı öz qərəzli mövqeyi ilə seçilir. Hər halda maraqlanmaq olardı ki, hansı hakimlər test kuperdən keçib, keçməyib.

Bizim iclaslarımızda heç vaxt bu cür səviyyəsiz çıxışlar və çağırışlar olmur. Adları çəkilən hakimlərdən yalnız Əli Əliyev mövsümün sonunadək Premyer-Liqa, əvəzedicilər və I divizion komandalarının oyunlarından kənarlaşdırılmışdır. Yazıda göstərilən fikirlər tamamilə cəfəngiyatdır. Biz hakimlərdən yalnız bir şeyi tələb edirik: oyunları obyektiv və qərəzsiz idarə etmək.

Yeri gəlmişkən həmin matçın referi köməkçiləri olan Ramiz Əsədov və Munis Abdullayev öz işlərinin öhdəsindən ideal şəkildə gəldilər.

O ki, qaldı matçın translyasiyasına, qeyd etməliyəm ki, bu bizi də çox üzdü. Çünki belə gözəl matçın göstərilməməsi Cənub bölgəsinin azarkeşləri üçün bir zərbə oldu.

Ümid edirik ki, nəinki "Xəzər-Lənkəran”ın iştirakı ilə keçirilən oyunlarda, eləcə də heç bir Azərbaycan klubuna qarşı haqsızlıqdan, qərəzdən söhbət gedə bilməz. İstəyimiz odur ki, mövsümün sonunda güclü klublarımız qalib olsunlar və ölkəmizi beynəlxalq arenada ləyaqətlə təmsil etsinlər.

Sizinlə hər zaman əməkdaşlıq etməyə hazırıq.

Qoy güclü qalib olsun.

 

Xaqani Məmmədov

Hakimlər Komitəsinin

sədri


*****************

QEYD:

Biz də "12ci oyunçu” azarkeş qrupu və "Bosman” fanklubu olaraq Xaqani bəyin etiraflarını səmimi qəbul etmək istəyirik. Əmin olmaq istərdik ki, yerdə qalan mövsümün bütün oyunlarında, istər kubok olsun istətsə də Premyer-Liqa oyunları olsun bütün matçların tam obyektiv və hakim səviyyəsi baxımından yüksək səviyyədə idarə olunacağına ümid etmək istərdik.

 

            Bir də Xaqani bəyə bu cavabın matçdan əvvəl verilməsinin daha obyektiv və effektli olmasının məntiqəuyğun olmasını bildirmək istərdik. Kompyuterinizdəki problemin isə XXI əsrdə belə bir gecikməyə əsas olmadığını düşünürük.

 

            Bir də onu demək istəyirik ki, Demokratik Azərbaycan Respublikasında dəfələrlə ölkə prezidentinin, AFFA və PFL prezidentlərinin azarkeşlərin sorğularına vaxtında cavab verib tədbir gördüyü halda, bunun sizin də ümdə vəzifəniz olduğunu bir daha diqqətinizə çatdırmaq istəyirik.

 

            Məktubumuza cavab göndərdiyiniz üçün bir daha təşəkkürümüzü bildirir və bizlərin də Azərbaycan futbolunun inkişafı üçün sizinlə əməkdaşlığa hazır olduğumuzu bildiririk.


Bölmə: Azarkeş Xəbərləri |Baxış sayı: 306 | Yazar: 12cioyuncu |
Всего комментариев: 1
01.03.2011 Спам
1. Anti-AFFA
..................
Cavab: Bütün iştirakçılara hörmətlə yanaşırıq. Amma bu yazıya verilən şərhləri silərək, şərh müəlliflərindən xahiş edirik ki, bizim bu addımımızı anlayışla qəbul etsinlər.
Xaqani Məmmədov ona ünvanlanan məktubumuza cavab verdi. Biz də "Xəzər Lənkəran" azarkeşinə məxsus şəkildə etika və mədəniyyətlə onun məktubuna yanaşaq. O biri yazılarda bu mövzuda şərh yazmaq olar. Güman edirik ki,saytımızın hörmətli istifadəçiləri bizim bu addımıza etiraz etməyəcəklər.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR




Copyright MyCorp © 2017
Используются технологии uCoz