Deyilən fikirlərdə "Avropa.az” və "Avropa.tv” layihələrinin həyata keçirilməsində məqsəd azarkeşləri canlı olaraq internet radio vasitəsilə və gələcəkdə mümkün olacaqsa internet televiziyası vasitəsilə izləməsinə şərait yaratmaqdır. Bəzi matçların televiziya vasitəsilə yayımında mümkünsüzlüyünü nəzərə alan layihə təşkilatçıları "Avropa.az” və "Avropa.tv” vasitəsilə bunun aradan qaldırılmasına çalışacaqlarını bildirdilər. Hələ planlarını daha da genişləndirəcəklərini bildirən təşkilatçılar çıxışlarından sonra yarana biləcək suallara cavab verməyə hazır olduqlarını bildirdilər.
Daha sonra görüş iştirakçılarına söz verildi. Ilk olaraq "Bosman” fanklubunun rəhbəri Mirhafiz Babayev rəy bildirdi. O, görüş iştirakçılarını salamlayaraq layihə iştirakçılarına uğurlar arzuladı. Çıxışında premyer liqa matçlarının canlı yayımında zaman-zaman problemlər olduğunu bildirən Mirhafiz bəy, bu baxımdan bu layihənin vacibliyini göstərərək layihənin həyata keçirilməsində operativlik və peşəkarlığın vacibliyini vurğuladı. Daha sonra onun bu layihəyə niyə məhz "Avropa.az” və "Avropa.tv” adlandırılması sualını ünvanladı. Azərbaycan futbolunun son illərdə Avropaya yaxınlaşması ilə əlaqədar olaraq belə bir seçimin edildiyi təşkilatçılar tərəfindən vurğulandı. Sonra digər görüş iştirakçıları da öz təbrik və fikirlərini çıxışlarında qeyd etdilər.
Daha sonra layihənin artıq fəaliyyət göstərə bilmə imkanlarını nümayiş etdirən görüşün təşkilatçıları Türkiyənin İzmir şəhərində yerləşən "Can.az” saytının rəhbəri Məhmət bəylə Skype vasitəsilə canlı videoəlaqə yaradıb, qısa dialoq qurdular. Həmçinin "Can.az” internet televiziya saytının "Avropa.az” və "Avropa.tv”nin ilk əməkdaşı olduğu məlum oldu.
Görüş bağlı elan edildi. Qeyri-rəsmi olaraq çay süfrəsi arxasına davam etdi.