Ana Səhifə» 2010»Yanvar»24 » “12-ci oyunçu” azarkeş klubu təşkilat komitəsinin toplantısının toplantısında.
20:22
“12-ci oyunçu” azarkeş klubu təşkilat komitəsinin toplantısının toplantısında.
Azarkeş klubunun fəaliyyətində dəyşıklik olmayacaq. Ynavarın 24-də saat-17-00-da Lənkəran şəhərində, “12-ci oyunçu” azarkeş klubu təşkilat komitəsinin toplantısı keçirildi.Toplantıda ilk olaraq bu vaxta qədər görülən işlər müzakirə olundu.Həyata keçirilən layihələrin, azarkeşlərin maariflənməsi işində rolu haqda fikir mübadiləsi aparıldı.Yarandığı gündən fəal azarkeşlərin fikir və istəklərinə uyğun fəaliyyət göstərmiş azarkeş klubu təşkilat komitəsinin ümumilikdə fəaliyyəti qənaətbəxş hesab edildi.Bundan sonrakı fəaliyyətinin də bu formada qurularaq davam edilməsi barədə qərar qəbul olundu.Azarkeş klubunun bundan sonra həyata keçirməyi planlaşdırdığı bir çox layihənin, təşkilat komitəsiin üzləşdiyi maliyyə çətinlikləri üzündən təxirə salınması düzgün sayıldı. “Xəzər Lənkəran”ın növbəti ev oyununda tribunalarda fan klub kimi fəaliyyət göstərməmək məqsədə uyğun hesab olundu.Bununla belə fəal azarkeşlərin istəyinə uyğun olaraq, klub və ya komanda rəhbərliyi ilə fəal azarkeşlərin arasında görüşlərin və diskusiyaların təşkil olunması işinin davam etdirilməsi,eyni zamanda azarkeş klubunun rəsmi saytında işlərin daha yaxşı qurulması haqda qərar qəbul olundu. “12-ci oyunçu” azarkeş klubunun (mfk) yaranmasının 4-illiyi, azarkeş klubunun saytının isə bir illiyi qeyd olunacaq fevral ayında təşkil olunacaq tədbirlərin hazırlıqlarına başlanması haqda da qərar verildi.Sonda bir daha qeyd olundu ki, “12-ci oyunçu” azarkeş klubu bundan sonra da öz fəaliyyətini, real vəziyyəti qiymətləndirərək,fəal azarkeşlərin istəklərinə uyğun quracaq.Kənardan olunan təzyiq cəhdlərinə baxmayaraq, məqsədlərinə çatmağa çalışan bir neçə insanın əlində silaha çevrilməyəcək.Bundan sonra da “Xəzər Lənkəran”ın yanında olacaq və bu devizi əsas götürəcək.-"Öncə Vətəni ,sonra səni sevdik- Xəzər Lənkəran” ! “12-ci oyunçu” azarkeş klubunun təşkilat komitəsi. 24-yanvar 2010-cu il.