Ana Səhifə» 2010»Oktyabr»29 » "12-ci oyunçu"nun nümayəndəsi canlı olaraq...
16:22
"12-ci oyunçu"nun nümayəndəsi canlı olaraq...
"Xəzər
Lənkəran”ın məşqində.
T.Bəhrəmov stadionundan canlı...
"Qarabağ”la
oyun öncəsi "Xəzər Lənkəran” bu gün
T.Bəhrəmov stadionunda saat 15:30-da son məşqinə çıxdı. Ilk olaraq futbolçular məşqə
bir toxunuşlu ötürmələrlə başladılar. Daha sonra müxtəlif taktiki sxemlər üzrə
məşqi davam etdirən Mirça Rednik futbolçuları daha çevik olmağa səsləyir.
Qapıçılarla
çalışan məşqçi Hafiz Əliyev isə Kamran Ağayev və Orxan Sadıxlıya son
tapşırıqlarını verərək penalti zərbələrinin üzərində işləyir.
Gürcü
futbolçu Devid İmedaşvili fərdi məşq edir.
"Xəzər
tv” nin əməkdaşları çəkilş aparırlar.
"Futbol
saatı” verilişinin heyyəti stadiondadır.
Babək Quliyev, Urfan Məmmədli, Kamal Quliyev və verilişinin aparıcısı Emin Abbasov
oradadırlar. Emin əlində sanki hədiyyə
tutub. Onlar meydançaya daxil olub futbolçularımıza yaxınlaşırlar. "Futbol
saatı” verilişinin adından futbolçularımıza şirniyyat təqdim olunur.
Məşq
davam edir...
*************
"Futbol
saatı”nın təqdim etdiyi şirniyyat futbolçulara məşqdən
sonra oteldə paylanacaq.
"Xəzər
Lənkəran” komandasının futbolçuları iki qrupa bölünüb qarşılıqlı oyunla məşq davam edir.
Komandanın
rəisi Səməd Mustafayev həmişə olduğu kimi komandanın yanındadır. Futbolçuların
məşq zamanı intizamlı davranışı diqqət çəkir. Komanda daxili ab hava yüksəkdir.
T.Bəhrəmov
stadionunun tablosunda hər iki komadanın loqoları görünür.
16:37-də
məşq bitdi.
QEYD: "Xəzər Lənkəran"ın məşqi haqda məlumatları saytmıza opertaiv şəkildə ötürdüyünə görə Fariz İsayevə təşəkkür ediririk.