www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2009 » Noyabr » 9 » 12-cilərdan sərt addımlar.
21:55
12-cilərdan sərt addımlar.

8-noyabr 2009-cu ildə keçirilən “Xəzər Lənkəran” – “Neftçi” oyununda baş verənlərə “12-ci oyunçu” azarkeş klubunun münasibəti.
Lənkranlı azarkeşlərin səbirsizliklə gözlədikləri oyunda komandamızın futbolçuları meydana istəksiz çıxaraq əzəli rəqib üzərində qələbə çalmaq əzmində olmadıqlarını öz oyunları ilə göstərdilər.Sanki sıradan bir oyuna hazırlaşan komanda üzvləri bu oyunun əhəmiyyətindən xəbərsiz idilər.Belə başa düşmək olurdu ki,klub daxilində heç kəs futbolçulara bu oyunun tarixindən danışmamış,azarkeşlərin uzun müddətdən sonra tribunaları dolduracaqlarını xəbər verməmişdir. ”Neftçi” ilə oyunda qalib gələ bilmədiyindən azarkeş kütləsini itirəcəyini anlamayan klub, oyun öncəsi və oyun zamanı tribunalarda baş verənlərdən də sanki xəbərsiz oldu. Beləki rəqib fanatları mühafizə etməli olan polis və daxili qoşunların dəstələri məhz “Neftçi” fanatlarının istəklərinə uyğun olaraq, “Xəzər Lənkəran” azarkeşlərinin asdıqları plakatları əks tribunalardan təhqiramiz formada götürür,yerli azarkeşlərə fiziki təsir göstərirdilər.Bu zaman “Neftçi” fanatları indiyə qədər görünməyən mütəşəkkil şəkildə yerli azarkeşləri təhqir edir, onları təxribata çəkirdi.Bütün bunlar həmin mühafizə xidmətləri qismində olan polis və daxili qoşunların dəstələrinin gözü qarşısında baş verirdi.Lakin mühafizə işinin nə olduğunu bilməyən və ya qabaqcadan hazırlanmış bir planı həyata keçirən asayiş keşikçiləri, işlərini birtərəfli quraraq yalnız yerli futbol azarkeşlərinə fiziki güc tətbiq etməklə məşğul idilər.Futbol azarkeşlərinin nə polisə nə də daxili qoşunların dəstələrinə kəskin etirazları olmadı,çünki onlar futbolsevərlərdir və dövlət orqanlarına hörmətlə yanaşmaqla öz səviyyələrini göstərdilər,baxmayaraq ki,əks tərəf bunu anlamadı.
Nə “Xəzər Lənkəran” klubunun rəhbərliyi, nə də stadionun rəhbərliyi, məsələyə sona qədər müdaxilə etmədikcə lənkəranlı azarkeşlərin təhqir olunması davam etdi.Bu dünya futbolu tarixində görünməyən bir hadisə oldu.Futbol qurumlarının yaşıl meydanlarda azarkeş davamiyyətindən narazılğı bu halda yersiz olduğu bir daha nəzərə çarpır.Çünki PFL-in keçirdiyi premyer liqada stadionlara toplaşan azarkeşlərin arasında fərq qoyulmadan mühafizəsi və ümumi asayiş təmin olunmalıdır.Bu halda isə PFL nümayəndəlri də hadisələrin gedişinə müdaxilə edə bilərdilər.Hadisənin canlı şahidləri PRESS-də oturan jurnalistlər oldular.Məhz onların gözləri qarşısında ayrıseçkilik prinsipi ilə Lənkəranlı azarkeşlərə divan tutulurdu.
Biz “12-ci oyunçu” azarkeş klubu kimi fəaliyyət göstərərək “Xəzər Lənkəran”ın hər ev oyununda klubun hazırladığı afişalardan əlavə xüsusi vərəqələr hazırlayıb azarkeşlər arasında yayırıq ki, onlar “Xəzər Lənkəran”ın oyunlarına daha çox gəlsinlər. Bu səbəbdən də son oyundakı hadisələrdən sonra azarkeş klubumuza müraciət edən azarkeşlərin fikir və düşüncələrini,istək və arzularını nəzərə almaq da bizim borcumuzdur.
Yuxarıda qeyd olunanları əsas götürərək “12-ci oyunçu” azarkeş klubunun təşkilat komitəsi olaraq “Xəzər Lənkəran” azarkeşləri adından, 8-noyabr 2009-cu ildə Lənkəran şəhər stadionunda keçirilən “Xəzər Lənkəran”- “Neftçi” oyunundakı özbaşınalıqlara yol verildiyinə görə premyer liqanın keçirilməsini təmin etməli olan PFL-ə, birtərəfli və anlaşılmaz hərəkətlərə yol verməklə Lənkəranlı azarkeşləri amansızlıqla fiziki təzyiqlərə məruz qoyan polis və daxili qoşunların dəstələrinə,eləcə də məsələyə müdaxilə etmədiyinə görə və bütün bunlara göz yumduğuna görə “Xəzər Lənkəran” klubuna etiraz edirik.Bundan sonrakı fəaliyyətimizdə azarkeşlərin stadionlara dəvət olunmasına yönəlmiş layihələrin keçirilməsini, özbaşınalıqlara son qoyulana qədər dayandırırıq.
“12-ci oyunçu” azarkeş klubunun təşkilat komitəsi.

Bölmə: |Baxış sayı: 813 | Yazar: ISLAM |
Всего комментариев: 0
der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz