"Neftçi" komandasına yeni oyunçu və ya baş məşqçi gələr-gəlməz hava limanında elə təlimatlanılırlar ki, sabahı günü jurnalistlərimizə intervyu verən təzələr artıq ən əsas rəqib kimi "Xəzər Lənkəran" ı gördüklərini deyərək bu oyunun prinsipiallığını başa düşdüklərini vurğuluyurlar. Hətta Petrjela karyerasındakı ən böyük uğuru "Zenit"lə möhtəşəm meydanlarda keçirtdiyi oyunları yox , "Xəzər Lənkəran" üzərində Lənkəran Olimpiya kompleksinin bostanlığında nail olduğu 1-0 lıq qələbəsini göstərirdi. Nəyə görə dünən gələn Atem, Nyaqa bu oyunda səviyyəcə özündən geri qalmayan bəlkə də çox üstələyən Ahmetdən, Fatehdən, Svetkovdan daha böyük qələbə istəyiylə çıxmışdı bu oyuna ?! Nəyə görə çempionatda iddiası qalmayan "Neftçi" çempionluq şansını belə itirməyən "Xəzər Lənkəran"a qarşı daha çox motivasiya olunmuşdu?! Nəyə görə hər zaman hər yerdə sevimli komandasını dəstəkləyən "Xəzər Lənkəran" ın sadiq azarkeş ordusu rəqib meydanında oynamağına baxmayaraq və sayca yenə də rəqib azarkeşləri üstələyərək meydanı özündən dəfələrlə zəif bir komandaya qarşı oyunda üzgün tərk etməliydi ?! Azarkeşlərdən söz düşmüşkən dünən "Neftçi" azarkeşlərinin bizə vəd etdikləri sürprizin şahidi də olduq. Tribunada azarkeşlərimizdən yuxarı cərgələrdə qərarlaşmış 10-12 nəfər üzdəniraq fanatlar komandamızın oyunçuları ( Mario Souza) hər dəfə künc zərbəsindən topu oyuna daxil edərkən onu butulka atəşinə tuturdular. Hələ biz qol vurarkən və oyunun final fiti səslənən kimi üstümüzə atılan saysız kreslo qırıqlarıyla butulkaları demirəm. Belə bir olay "İnter" lə kubok oyununun finalında da yaşandı , qələbə qazanan komandamıza kuboku təqdim edərkən də azarkeşlərimizə və meydana butulka və kreslo qırıqları yağışı yağdı. Qəribə olanı isə burasıdır ki, azarkeşlərimizə az qala yerindən durmağı belə qadağan edən asayiş keşikçiləri fan klub üzvlərimizin təkidinə baxmayaraq iğtişaş yaradanlara qarşı heç bir ölçü götürməyərək seyriçi mövqeyi tuturdu. Nə isə ... Sonda əvvəlki keçirdilən bütün qarşılaşmalara bir daha göz gəzdirsək görərik ki, "Neftçi" komandası "Qalatasaray"kimi "çempion olma ancaq "Fənər"i ud" prinsipiylə bu oyunlara yaxınlaşaraq hələ ki, üstün durumdadırlar. Qələbə münasibətiylə "Neftçi" komandasını və "Xəzər Lənkəran" azarkeşlərini təbrik edirəm. Dünənki oyunda "Neftçi" komandası qələbə qazansa da azarkeşləri azarkeşlərimiz qarşısında həm say baxımından , həm də təşkilatlanma baxımından növbəti dəfə məğlubiyyətə uğradılar. Gələn oyunlarımıza qədər "Neftçi" komandasında azarkeşlərinin sıralarına bir daha nəzər keçirdərək klubun azarkeş imicinə xələl gətirən ünsürlərdən təmizlənməsini arzu edirik. Ponomaryova və klubda nəticəyə cavab olan şəxslərə isə yuxarıda dediyimiz kimi azarkeşlərimizdə olan dəyanət, mətinlik və qeyrətin heç olmasa 10% ini arzulayırıq. Bu olsa "Xəzər Lənkəran" ımızın qarşısını kəsə biləcək bir komanda qalmaz!