Ana Səhifə» 2009»Avqust»14 » AFFA legioner limitini deyişdi!
14:37
AFFA legioner limitini deyişdi!
Bu gün AFFA-nın inzibati binasında İcraiyye Komitesinin iclası keçirilib. Assosiasiyanın resmi saytına istinaden melumatına göre, komite üzvleri gündelikde duran meseleleri iki saatdan çox müzakire edibler. Neticede bir sıra qerarlar qebul olunub. Bunlardan en mühümü legioner futbolçularla bağlı çıxarılan qerardır. Bele ki, 2010/11 mövsümünden etibaren Premyer Liqada ecnebilere mehdudiyyet qoyulacaq. Daha doğrusu, bir klub oyun zamanı start heyetde maksimum 8 ecnebi futbolçunun xidmetinden yararlana biler. Limit “8+3” sistemine uyğun müeyyenleşdirilib. Bundan başqa, I divizionda birinci ve ikinci yeri tutan klublara pul mükafatlarının verilmesi barede qerar çıxarılıb. AFFA İcraiyye Komitesinde qebul olunan qerarlar: 1. 15 yaşadek (1995-96-cı il tevellüdlü) futbolçulardan ibaret komandalar arasında ölke çempionatı keçirilsin, bu meqsedle AFFA-nın U-15 liqası yaradılsın ve I, II, III yeri tutan komandalar üçün mükafat fondu tesis edilsin. 2. 13 yaşadek (1997-98-ci il tevellüdlü) futbolçulardan ibaret komandalar arasında ölke çempionatı keçirilsin, bu meqsedle AFFA-nın U-13 liqası yaradılsın ve I, II, III yeri tutan komandalar üçün mükafat fondu tesis edilsin. 3. AFFA-nın telebe liqası yaradılsın. 4. Legioner limiti 2010/11 mövsümünden başlayaraq, 8 (legioner futbolçu) + 3 (yerli futbolçu) sistemi ile tetbiq olunsun. 5. 2010/11 mövsümünden başlayaraq, I divizionda I yeri tutan komanda 100 min, II yeri tutan komanda 70 min manat mebleğinde mükafatlandırılsın. 6. AFFA-nın Lisenziyalaşdırma Qrupunun rehberi Elxan Memmedovun UEFA-nın ve AFFA-nın daxili çempionatla bağlı Lisenziyalaşdırma hesabatı dinlenildi ve «Standard» klubuna müvafiq senedleri teqdim etmek üçün 10 sentyabr 2009-cu il tarixine qeder vaxt verildi. 7. 16 yaşadek futbolçu çıxış etdiyi klubu ve ya futbol mektebini deyişerse, hemin uşağın meşqçisine minimum 1000 manat mebleğinde tezminat ödenilmelidir. 8. Tofiq Fetullayev ve Yaşar Şemilova AFFA-nın Futbol Veteranları Fondunun Esasnamesine uyğun olaraq teqaüd verilsin.