Azərbaycanda ilk dəfə biz əvəzedici heyyətin oyununa afişa hazırladıq və 1000-azarkeş yığdıq.Bu say daha çox yəni 2000 və ya 3000 də ola bilərdi.Bizim zəhmətimizi yerə vurmağa cəhd etməyə çalışanlar “Xəzər Lənkəran”ı biz qədər sevə bilməzlər.Bu afişaları hazırlayarkən biz bir kimsədən maliyyə yardımı da olmadıq,nə etdiksə öz hesabımıza etdik.Bizim imkanlarımız ağ-qara rəngli afişalara çatdı,amma bu iki rəngin arxasında səmimiyyət və sevgi var idi.Güman edirik ki, “Xəzər Lənkəran” klubunun rəhbərliyi bu işdə cavabdeh olanları və öz məsuliyyətsiz hərəkətləri ilə çəkdiyimiz zəhmətimizi yerə vuraraq bizi təhqir etmiş insanları cəzalandıracaqdır. “12-ci oyunçu” azarkeş klubu.
Kateqoriyası: | Oxunuş sayı: 950 | Əlavə etdi: ISLAM | Tarix: 25.09.2009 | Şərhlər (4) |
Öncə vətəni, sonra səni sevdik Xəzər Lənkəran !