Ana Səhifə» 2010»Fevral»26 » "Neftçi" fanatlaının vəhşilikləri."Bosman" fan klubunun bəyanatı.
18:21
"Neftçi" fanatlaının vəhşilikləri."Bosman" fan klubunun bəyanatı.
Mediaya, o cümlədən “12cioyuncu.com” saytına təqdim olunan bu bəyanat, videogörüntü ilə birlikdə göndərilmişdir. Bəzi saytlarda bu göndərilmiş görüntülər fotoşəkil kimi təqdim olunmuşdur. “Xəzər TV”-nin “Futbol Saatı” proqramında isə video şəklində nümayiş etdirilmişdir. “Bosman” fanklubuna məxsus müvəqqəti “www.Bosman.at.ua” saytında da bu videonu izləyə bilərsiniz.
17 fevral 2010-cu il tarixində “Neftçi”-”Xəzər Lənkəran” matçından sonra baş vermiş hadisə ilə bağlı “BOSMAN” fanklubunun bəyanatı.
Bu videomaterialı təqdim etməkdə bizim məqsədimiz heç də qızışdırıcılıq deyil. Əksinə belə xoşagəlməyən halların nümayişi gələcəkdə də belə halların baş verməsinin qarşısını almaq məqsədidir. Kimlərsə bundan sonra belə hallara yol verməsin və nə qədər utancverici olduğunu dərk etsin.
Fevral ayının 17-si “Böyük oyun” adı almış “Neftçi”-“Xəzər Lənkəran” matçı bitəndən sonra T.Bəhramov adına stadionun avtomobillər üçün nəzərdə tutulmuş giriş-çıxış qapısından,”Gənclik” dairəsi ilə Təbriz küçəsini birləşdirən yolun əks tərəfindəki avtomobil saxlamaq üçün olan kiçik meydançada “Xəzər Lənkəran” azarkeşlərinə məxsus iki avtobus və bir neçə avtomobil dayanmışdı. Oyunun bitimindən sonra “Xəzər Lənkəran” azarkeşləri avtobuslara əyləşmək üçün həmin meydançaya yığışıb yola çıxmalarını gözləyirdilər.
Elə bu zaman da azarkeşlərin stadiona fərdi giriş-çıxış qapısından bir neçə yüz ”Neftçi” “azarkeşi” ərazidə yerləşən “McDonalds” ın arxa tərəfində avtomobil saxlamaq üçün nəzərdə tutulmuş meydançada toplaşıb özlərini səfərbər etdikdən sonra hücuma hazır vəziyyətə gəldilər. Onlar ilə “Xəzər Lənkəran” azarkeşlərinin arasında şam ağacları olan sahə var idi.Bu ağaclar olan sahədə yerdə müxtəlif vasitələri- daş, butulka, şam qozaları vəə s. kimi sərt şeyləri yerdən yığaraq ”Neftçi” fanatları hücuma keçdilər.Hücum zamanı müxtəlif söyuş və etnik səpkili şüarlar səsləndirməyə başladılar.
Biz yalnız onlar hücuma keçən anda kameranı işə sala bildik və təqdim olunan bu materialı yaddaşa köçürə bildik.
Onlar əllərindəki əşyaları “Xəzər Lənkəran” azarkeşləri istiqamətində tullayaraq irəli gedir və əks tərəfin də cavab verəcəyini düşünərək özləri də bir neçə kamera ilə çəkiliş aparırdılar. Buradan və bəzi bu kimi hallardan onların bu işinin sırf təxribat xarakterli olduğu aydın görünürdü.
Lakin ən azı “Çox sağ ol !” kəlməsi ilə qiymətləndirilməyə layiq olan polis dəstələri vaxtında səfərbər olaraq onların qarşısını kəsdilər və bir neçəsinin qolunu buraraq digərlərinin dağılışmasına səbəb oldular. Bundan sonra hadisələr polisin köməyi ilə yumşalıb sakitləşməyə doğru getdi.
Biz “Bosman” fanklubu olaraq belə halları pisləyir, nə Bakıda, nə Lənkəranda nə də digər ş
əhər və rayonlarımızda bir daha belə halların baş verməməsini arzulayırıq.
“Bosman” fanklubunun idarə Heyəti. 22.02.2010