“12-ci oyunçu” azarkeş klubuna bu şounun həyata keçirilməsinin təşkilatçılığında yardım etmək üçün müraciət edən bu fəal azarkeşlər, çox maraqlı təkliflə çıxış ediblər. Beləki mayın 15-də baş tutacaq "Xəzər Lənkəran" - "Bakı" oyunu başlamazdan əvvəl hər iki komandanın futbolçuları meydana daxil olan zaman “Fırtınalar Meydanı” bütövlüklə ag lentlərə bürünəcək.Oyundan əvvəl stadionun bütün sektorlarına qabaqcadan paylanacaq kağız lentlər oyunun başlamasına 2-dəqiqə qalmış eyni vaxtda tribunalardan atılacaq.Həmin gün “Fırtınalar Meydanı”na toplaşan azarkeşlərə nə az nə də çox 5000-ədəd bu kağız lentlərdən paylanacaq.Bu vaxta qədər Azərbaycan çempionatları və kubok oyunları zamanı stadionda bir oyunda maksimum 50-ədəd və ya 100-ədəd belə lentlərə rast gəlmək olardı. Mayın 15-də səpiləcək lentlərin bu sayda olması ölkə futbolu üçün rekord sayılır.
Qeyd edək ki,5000-ədəd kağız lentin sektorlara paylnması işini “12-ci oyunçu” a azarkeş klubu təşkilat komitəsinin üzvləri həyata keçirəcək.