"Zəka" kompyuter mərkəzi
www.zaka.biz
Giriş Forması |
|
|
|
|
Növbəti oyun ________________________ Azərbaycan kuboku
8-mart saat 18:00
Fırtınalar Meydanı "X. Lənkəran" - "Neftçi"
___________________ Turnir Cədvəli
Neftçi |
22-48
|
Xəzər Lənkaran
|
22-47
|
Qarabağ
|
22-42
|
İnter
|
22-40 |
AZAL |
22-36
|
Bakı
|
22-33 |
Qəbələ |
22-31
|
Muğan |
22-27
|
________________________
Bombardirlər
1.Uinston Parks
|
6
|
2.Elvin Beqiri
|
4 |
3.Alim Qurbanov
|
4 | ________________________
Qarşıdakı Oyun
Azərbaycan kuboku
8-mart saat 18:00
Fırtınalar Meydanı "X. Lənkəran" - "Neftçi"
__________________
Qəhrəmanımız: Mirça Rednik
|
BİZİM DOSTLARIMIZ
Ağlı Göylü Fan Portal İnter Fan Klub
Fırtına Fan Klub
Bosman Fan Klub
|
Ana Səhifə» 2010 » Dekabr » 3 » 73-yaş və davranış qaydaları...
01:39 73-yaş və davranış qaydaları... |
"Neftçi”nin
fanatları növbəti dəfə mətbuatda bəyanatla çıxış edərək "Xəzər Lənkəran”ın yeni yaranmış klub olduğuna işarə etmiş və
beləcə yarandığı dövrdən bu yana uğur qazana bilməməsini əsas göstərməyə çalışmışlar. Əslində Lənkəranı hələ sovetlər dönəmində təmsil
edən və SSRİ çempionatının ikinci dəstəsinin 9-cu zonasında çıxış edən, əsası
isə 1968-ci ildə qoyulmuş "Xəzər” komandasının olduğunu unudan "Neftçi”
fanatlarının yaydığı bəyanatda şoxlu digər
boşlulqar da mövcuddur.
Lənkəranın "Xəzər" komandasında forma geyinmiş veteranlara yiyə çıxan, stadionu əsaslı
təmir edib, ölkədə ən yaxşı baza və futbol klubuna vacib olan infrastruktur
yaradan "Xəzər Lənkəran” klubu ikinci dəfə
futbola qayıdışından sonra, bir dəfə çempionluq sevincini yaşamış və iki dəfə
ölkə kubokuna sahib çıxmışdır. Bu nailiyyətlərə MDB kubokunu da əlavə etsək ümumilikdə
bu heç də pis nəticə sayılmamalıdır. Üstəlik qayıdış ilində belə "Neftçi”yə
yalnız qızıl oyunda məğlub olan "Xəzər Lənkəran” sonrakı illərdə də çempionluğa
oynamışdır. Düzdür komandanın avroliqalarda uğursuz çıxışı faktdır. Amma hər
hansı fakta əsaslanaraq fikir bildiriərkən ədalətli davranmanın vacibliyini də bildirməliyik.
"Neftçi”
klubunun 73-il ərzində qazandığının 6-ilinə
düşənini, "Xəzər Lənkəran” klubu qayıdışdan
sonrakı illər ərzində xüsusi dəstək olmadan öz uğurları ilə təkrarlayıb və
hətta irəli də gedə bilmişdir. Lakin bunu görmək istəməyənlərin hələ də mövcud olması üzücüdür.
"Flaqman”
fan klubunun bəyanatında səsləndirilən bir fikri daha qabarıq şəkildə "Neftçi”
fanatlarının əsassız olduqlarına əyani
sübut kimi saymaq olar. Beləki,” " Neftçi” sözünü futbol meydanında deyir”
fikri ilə heç cür razılaşmaq mümkün deyil. "Neftçi” klubuna futbol qurumlarında
müxtəlif formalarda dəstəyin verilməsini yalnız biz deyi elə mətbuatın özü də dəfələrlə
qeyd etmişdir.
Elə
bu klubun maliyyə mənbəyinin bir başa olaraq dövlət strukturları ilə bağlılığı
da heç kimə sirr deyil. Eləysə hansı məntiqlə ""Neftçi” sözünü futbol
meydanında deyir” fikri ilə razılaşmaq
olar ?
Əslində
"Neftçi” öz sözünü, onun üçün ölkə
daxilində süni surətdə yaradılmış "böyük meydan”larda deyir ki, belə şəraiti
yaratmaqla da futbol qurumları klublar arasında ayrıseçkilik etmiş olurlar.
"Futbol+”
qəzetinin sonuncu sayında, Premyer
liqanın arxada qalan 15 turu çərçivəsində keçirilən oyunlarda "Neftçi”nin ən
çox penalla qol vuran komanda olduğu, əksinə "Xəzər Lənkəran”ın isə bu vasitə
ilə bir dənə olsun belə qol vurmadığı qeyd
olunub.
Üstəlik
çempionatın 15-turunda keçirilən oyunlarda "Neftçi” nin qapısına
futbol qaydalarına görə təyin olunması vacib sayılan "11-metrlik” cərimə zərbələrinin verilməməsi və "Xəzər Lənkəran”ın isə əksinə rəqib
qapılara eyni qaydayla penal vurmaq haqqının tapdanması da hamıya bəllidir. Bu fakt
da telekanllarda yayımlanan futbol proqramlarında dəfələrlə müzakirə
olunmuşdur.
"Neftçi”
klubunun ölkə futbolunun inkişfında bir maneə olduğunu sübut etməyə
çalışmayacaq qədər səbrimiz vardır. Bunu zamanı gələndə edəcəyik. Eyni ilə də "Xəzər
Lənkəran”ın Azərbaycan futbolunun inkişafındakı rolunu da qabartmaq istəmirik.
Kimlərin ölkə futboluna sərmaye qoyduğu, stadion, baza inşa etdirdiyi, kimlərinsə xalqa məxsus əmlakdan yararlanaraq
özbaşınalıq etməsi göz qabağındadır.
Elə "Neftçi”
fan klublarının da ölkənin fanat hərakatına
bəxş etdiyi "... qazdır” və ya "... şərəfsiz”
, həmçinin digər iyrənc şüarları xatırlatmağa
da yəqin ki, ehtiyac yoxdur.
Eyni
zamanda klubdan aldıqları pul mükafatlarına görə və pulsuz əldə etdikləri biletlərlə stadionlara
gedənlərin bizlərdən fərqini də göstərməyə ehtiyac olmadığının düşünürük. Axı biz azarkeşlik etdiyimiz klubun, həmçinin milli komandanın oyunlarına pulumuzla
bilet alaraq stadionlara gedirik.
"12-ci
oyunçu” azarkeş qrupu. 03/12/10.
|
Bölmə: 12cioyuncu Azarkeş Qrup xəbərləri |Baxış sayı: 765 |
Yazar: 12cioyuncu
| |
|
Copyright MyCorp © 2025 | Используются технологии uCoz |
|