www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2011 » Yanvar » 1 » Acı yazı.
00:37
Acı yazı.

 

   2011-ci ilə qədəm qoyduq.

Keçən il qazanılan uğurlarımızla yanaşı üzücü anlarımız da oldu, istər şəxsi həyatımızda istərsə də digər sahələrdə.

"Xəzər Lənkəran” azarkeşləri olaraq uğursuzluqlarımızdan yaranan acıları bölüşdük, amma bölüşə biləcək qədər sevincimiz olmadı...

2010-cu ildə bir çoxları əsl simasını göstərdi, bəziləri gizli saxladı, bəziləri isə heç bunun fərqində də deyildi...

  Ötən il ərzində kimsə yalanları ilə arxasıyca yüzlərlə insanı apardı, kimisə yüzlərin arxasına düşdü, kimisə gedənlərin arxasıyca seyrçi nəzərlərini  işə saldı...

 Adına "Fırtınalar Meydanı” dediyimiz stadionda bu ad yalnız öz aramızda səsləndi...

Meydanda döyülən hakim sonra qələmini itirdi, nə yaxşı ki, itirdiyi bununla da bitdi...

Bayraq yandırıldı bu arenada. Sonra da bayraq yandırılması az qala  milli faciəyə çevrildi !? Biz bayraq yandırılmasına bəraət qazandırmasaq da ümumi azarkeşlərin ünvanına səslənən fikirlərə qarşı çıxıb sinəmizi qabağa verdik . Sonra isə  haqqımızda ən böyük idman qəzetində yazılar təqdim olundu və adımız  pis mənalarla hallandı...

Bu hallanmaq bizi heç də hallandırmadı və həmin qəzetin son buraxılışında adımız bir dəfə çəkildi o da...Nə isə, hamı öz işini gördü, başqaların işinə işinə qarışanlar da oldu. Futbolla bağlı çalşanlar futboldan "əl çirki” qazandı, biz azarkeşlər isə "depresiya”lar, "sinir”lər .., hətta əlimizi də yuduq...

Çirkablar içində çabalayanlar "bataqlıq göbələyi”nə əl atdıqca, saman çöpləri istifadəsiz qaldı. Öz gözündə çöpü görməyənlər isə həmişəki kimi başqalarının gözlərində axtarışda idi...

Gözə girənlər necə lazımdırsa  reklam olundu və  ilin müzxtəlif nominasiyalarında qalib oldular. Elə dırnaqlar arasında olan gözə girənlər də istəklərinə çatdılar...

Reklam olunan fanatların müsahibələrini oxuyub sevindik ki, bizim etdiyimizin 1/10 hissəsini  edib çorəyə çatdılar onlar. Ən azı ona görə sevindik  ki, bizim gördüyümüz işlərimizlə onların etdikləri  müqayisə olundu və beləcə onlar  "gözə gir”dilər...

Müstəqil medianın müstəqilliyi haqqında ballada yazmaq da daha lazım olmayacaq. Axı onların özlərini də inandırmaq mümkün deyil buna...

Ziyarətlər də artıq ünavınını dəyişdi bu keçən ildə. Daha ziyarətxanalar dəbdə deyil, indi paltar dəyişmə otaqlarını gəzmək daha şərəfli sayılır və şərqin "şəri..” titullarından çox avropanın ... titullarına üstünlük verilir...

Ölkə futbolunda hansı klubun çempion olacağı nəinki qabaqcadan bilindi, hətta çempion klubun rəhbərliyinin də yeni dövlət vəzifəsi artıq hazırlandı elə 2010-da...

Bunun nəyi pisdir ki ?.. bunun heç yaxşısı da yoxdur demək olar !

Yeni sayt açmaq arzumuz, bank hesablarımız kimi boynu bükük bənövşəni yamsılamaqda..

Əhdini unudanların bəlasına düşüb internet klubların arasındakı məsafələri ölçməklə məşğul da olduq ötən ildə... Bu bizim xeyrimizə getdi bir az – piyada  gəzməyin insan üçün nə qədər faydalı olduğunu əyani gördük...

Piyada gedişləri edən vəzirlərin isə  saatlarla danışıqlarını analiz edib təzadları barmaqla saymağa cəhddə bulunduq. Barmaq sayı yetmədi buna , sanki vəzirlər bizi qırxayaq kimi tanımışdılar...

Şahla aramızda duraraq, küt balta ilə baş kəsməyə hazır və əli çoxdan bəri qana bulaşan cəlladlar da tapıldı... Maskalanmaq belə istəmədilər, maskalanmağın populyar olduğu məmləkətdə. Məmləkəti başdan ayağa ... bəzəyən məmurlarımız, bu həyatda  praktika keçərək "cəhənnəm məmuru" statusunu qazanmaq istəyində olduqlarını gizlətmədilər heç və bu aydın göründü... Kim görmürsə bu onun öz problemi...

Əlində haramla qazanılan  pulu olanlar hökm verdilər, "döşəmə silən parça”lar da buyruq qulu oldular onlara, ötən 2010-cu ildə, hər il olduğu kimi...

Ədalətsizliklərə yumulan gözlər hələki kor olmayıb deyə, görünür uzaqdan yaxın, yaxından uzaq  reallığımız. Bizdən istifadə etmək istəyənlər də  turp yeməkdən doymadılar və turpun yaratdığı hava boşluğunu ixrac etməkdədilər indi...

Keçən ildə hamı "özü" ola bilməsə də artıq 2010 arxada qaldı. İlin sonunda yeni illə bağlı təbriklər də oldu, həmrəylik günü də yada salındı bir az. Həmrəy olduq, amma bir az, elə həmin axşam, cəmi bir neçə dəqiqə... Həmfikir tapmaq o qədər çətin  oldu ki, həmrəy ola bilmədik bir neçə dəqiqədən artıq...

2011-cu ildə hər şey təkrarlanacaq ya yox, bunu yaşayıb görərik.

Biz isə hər gün ədalətsizliklərə qarşı  mücadilədəyik ! 

 

Bölmə: Futboldan Kənar |Baxış sayı: 736 | Yazar: 12cioyuncu |
Всего комментариев: 0



Copyright MyCorp © 2024
Используются технологии uCoz