Qara
qulaq ağ bim -2
Fevralın
10-da "Xəzər Lənkəran”ın məşqi zamanı stadionun həyətinə qulaqları qara rəngdə
olan ağ itin daxil olduğunu , sonradan
isə məşq keçirilən meydançaya hücum çəkdiyi
barədə yazını saytımızda təqdim
etmişdik. Həmin yazı ilə birgə saytımızda yazını təsdiq edən fotoları da təqdim
etmişdik. Görünür bu bir çoxlarını
narahat edibmiş. Beləki, "Futbol
+” qəzeti saytımızdakı fotoları görməyibmiş kimi "Qara
qulaq ağ bim” sərlöhvəli yazının bir başa "Neftçi”yə aidiyyatı olduğu düşüncəsində
olub. Hər halda adı çəkilən qəzetin 15-fevral tarixli sayında gedən yazının məntiqi
ilə belə çıxır ki, biz öz saytımızda ağ-qara rəngli köpək barəsində yazı təqdim
ediriksə deməli "Neftçi” klubuna sataşmış oluruq. Bu "Futbol+” qəzetinin "Neftçi”
klubuna qarşı münasibəti də ola bilər. Amma bu onların öz işidir...
Fevralın
16-da "Xəzər Lənkəran”ın məşqi zamanı yenidən qara qulaqlı ağ rəngli köpək
stadionun həyətinə daxil oldu və dərhal meydançaya qaçdı. Bəzən futbolçulara da hücum
edən it arabir sakitləşirdi. Amma mühafizəçilərin yardımı ilə köpək meydançadan
uzaqlaşdırıldı.
|