www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » May » 27 » Ağac kölgəsində,yuxu qəhrəmanları.
01:31
Ağac kölgəsində,yuxu qəhrəmanları.
“Xəzər Lənkəran” azarkeşləri hətta yuxularında da yalnız futbol və “Xəzər Lənkəran” haqda danışırlar.Yuxuda olarkən insanlar isə bütün gizli fikirlərini aşkarda deyirlər.Son günlərin mövzuları, bəzi yuxu qəhrəmanlarının ifasında.Bütün yuxu qəhrəmanları həyatda mövcuddur.A nöqtəsinin B nöqtəsinə münasibəti..
Birinci:-Kim gəlir gəlsin,təki Ağasəlim Mircavadov getsin,qoy başqası gəlsin.
İkinci :- Maraqlıdır niyə ?
Birinci:-Ona görə ki,mənim işdən çıxmağıma səbəb o olub.
İkinci:-Hə belə de,mən səni anladım.
Üçüncü:-Mən demişdim ki,o baş məşqçi gələrsə komandaya, mən stadiona getməyəcəyəm.
İkinci:-Sən niyə ?
Üçüncü:-Onun gəlişini istəyən adamlardan xoşum gəlmirdi bəlkə də...
İkinci:-Elə bu ?
Üçüncü:-Bu az deyil.
İkinci:-Bəs Ağa gələndə nə etdin?
Üçüncü:-İnsanlar arasında Ağasəlim Mircavadov haqda söhbətlərə başladım.Komanda uduzanda sevinirdim.Çempion ola bilməyəndə sakit-sakit gəzişdim,əsəbi insanları oyun sonrası Ağaya qarşı çıxmağa çağırmasam da onlara öz sakitliyimdən danışdım.Bu insanlarda qeyri adi hiss yaradırdı.
İkinci:-Sən bu qədər sakit qala bildin,ya daxilində stress var idi ?
Üçüncü:-Bax elə bu romantikadır...
Dördüncü:-Mənim uşağım,hələ aşağı yaş qruplarındadır.Onun gələcəkdə əsas komandada oynamasına görə, hər təzə gələn uşaq məşqçilərini yedirtmək üçün dəridən qabıqdan çıxmışam.Birdən uşağı qovarlar axı.
İkinci:-Uşağın qabında bir şey var?
Dördüncü:-Qabında deyəndəki..,bilirsən Ağanı pisləməklə kluba qarşı olan fikirləri dəyişməyə çalışırdım ki,komandanın baş məşqçisi həmişə müzakirə mövzusu olsun və uşaq məşqçiləri yaddan çıxsın.Mən həmişə aşağı yaşlarda oynayanların içindəyəm,özümüzkülərə də məlumatları mən verirəm.
Beşinci:-Mənim çörəyim onlarla iş birliyindən çıxır,onların bir çoxları ilə dostluq edirəm.Yuxarılar da onsuz da nə etmək istədiklərini bilmirlər.İşimiz belədir də,hərdən Ağanı işdən azad etmək söhbətini ortaya çıxarmaq lazım gələndə də mən...
Altıncı:-Mən yaşlı adamam,xəstəyəm işləməyə nə halım var,nə də həvəsim.İçkidən də qurtula bilmirəm.Onlar deyirdilər ki,Ağanın getməsi üçün camaatı hazırlamaq lazımdır,mən də gedib məşqlərdə yayırdım ki,istefa deyərsiz,filən...Tutaq elə sən,10-manat verərsən ki,Ağanın əleyhinə danışmayım.
Ikinci:-Yox pulum yoxdur, olsaydı bəlkə də verərdim.
Altıncı:-Deməli sən də belə iş üçün pul verərsən,hə ?
İkinci:-Mən pul verərdim ki,ara qarışdırmayasan.Yaxşı bəs indi nə deyirsən ?
Altıncı:-Heç nə demirəm,Türkiyədəki gəlib dedi ki,KTO PLATİT,TOT ZAKAZIVAYET.Yəni mən deyən olacaq.Onunla işiniz yoxdur.
Yeddinci:-Mənim heç nə işim yoxdur.Ağa gedəndən sonra mənə tapşırılsa ki,söhbət yay,mən də deyəciəym ki,Ağa gəlmişdi bura pul qazanmağa.
İkinci:-Məgər sən bura pul qazanmağa gəlməmisən ?
Yeddinci:-Niyə,orası elədi.Bilirsən deyir de,mən də deyirəm.Ancaq hər kəsin sözünə demirəm.Bilirsən də mən bircə onun sözünü deyirəm.
İkinci:-Bilirəm,bilirəm.
Səkkizinci:-Bilirsən, bu Ağa mafiozdur,pulxordur,rüşvətxordur.
İkinci:-Hansı mafiyaya başçılıq edir.
Səkkizinci:-Deyirlər də,misal üçün dedim də.Pulxordur,rüşfətxordur vəssalam.
Ikinci:-Sürücülük vəsiqəsinin dövlət rüsümü,yəni qanuni nə qədərdir?
Səkkizinci:-112-manat,orası,burası...
Ikinci:-Bəs sən nə qədər alırsan,hər vəsiqə üçün?
Səkkizinci:-Sən də dilgildənirsəna,deyəsən,maşın almaq istəyirsən.Sənin üçün hörmətə 800-manat alaram.Mən də ora bura verirəm də...
İkinci:-Düzü heç oyuncaq uşaq maşını alıb oğluma ad günü hədiyyəsi etmək imkanım da yoxdur.Amma bu başqa söhbətdir.Səndən bir də soruşum,səncə Ağa rüşfətxordu?
Səkkizinci:-Sən lap ağ elədina,bizimlə onu müqayisə etmə də,bizim işimzi başqa,futbol başqa.
Doqquzuncu:-Ağa getməlidir.Bizə avropa səviyyəli məşqçi lazımdır.
İkinci:-Əhsən,sonra,arqumentlərini say baxalım...
Doqquzuncu:-Onu gətirəndə mən deyirdim ki,ona əl çalanlar sonra onun üçün istefa deyəcəklər.Belə də oldu.Komandanın məğlubiyyətlərində biz daha çox əsəb keçirirdik.Bilirsən niyə çünki,məğlub olduğu üçün ürəyimizin dərinində sevinirdik ki,sonda biz deyən olacaq,bir tərəfdən də əsəbləşirdik ki, axı sevimli komanda məğlub olur.
İkinci:-Nəsə bir az fikirlərim qarışdı.Bu fikirlər mənə qəribə gəldi.
Doqquzuncu:-Klubun böyükləri bizi saymadı,əvvəl bizik sonra...Biz gərək avropaya gedək,çempionlar liqasını alaq.Ağa ilə isə bu mümkün deyil.Ümumiyyətlə biz demişiksə Ağa ilə olmaz deməli axıra qədər biz deyən də olmalıdır.Bakı ilə oyunda hamı da desə ki,Fair play filən pozulub,mən Ağanın acığına deyəcəyəm ki,Kamranın səhvidir.Kamranı pisləməklə Ağanı vurmuş oluram da...
Onuncu:-Lənkəranlılar oynamayan komanda belə olar da.Bunların adı Lənkəranla bağlıdır.Bilirsən niyə Lənkəranlıları oynatmaylrlar ?
İkinci:-Maraqlıdır niyə?
Onuncu:-Birdən Lənkəranlılar,klub daxilində olan pul yeyintiləri və s. haqda xəbərlər kənara çıxarar.
İkinci:-Bu nə söhbətdi,Lənkəranlılar məgər sirr saxlamırlar? Razı deyiləm,başqa fikrin var ya yox.
Onbirinci:-Mənim hər şeydən dəqiq məlumatlarım var.Məndən yaxşı heç kəs bilməz.
Ikinci:-De gəlsin.
Onbirinci:-Mənim bir az alacağım var idi,hər halda bilərsən də kimin ehtiyacı olur əl tuturam.
İkinci:-Çox gözəl.
Onbirinci:-Uşaqlardan biri faizi gecikdirmişdi,biz də getmişdik,söhbətə...
İkinci:-Anlamadım,faiz? Bəs əl tutmaq..?
Onbirinci:-Hə də bu elə əl tutmaqdı da.Nə olar ki,faizə pul verirəm,mənim də çörəyim belə çıxır da.Qulaq as,bunlar klubu ona görə yaradıblar ki,nefti daşıyanda dövlətə vergi verməsinlər. Bunalr klubu pul qazanmaq üçün yaradıblar. Bunlar haramçıdırlar.Bəlkə belə deyil hə?
İkinci:-Bunu sən yaxşı bilərsən hər halda,mən belə işlərdə zəifəm.Görünür halalla haramı sən daha yaxşı bilirsən...
Onikinci:-Mən bayadqan sizə diqqətlə baxıram.İnciməyin sizin söhbətlərin hamısını nöqtə vergülünə qədər saytda verəcəyəm.Onsuz da adınızı heç kim bilməyəcək.Özünüz bilsəniz bəsdir də,mən bu eşitdikırimdən sonra hər şeyə tüpürmək istəyirəm.Bir müddət əvvəl demişdim axı tüpürüm sizn futbola... o andan bu yana tüpürcəyim də qurtarıb.Siz nə gündəsiniz.
Onüçüncü:-Sənin də bir saytın var,soxursan elə gözümüzə.Sən ümumiyyətlə düz iş görmürsən.Şəxsən mənə bir az bundan əvvəl adam vardı zəng etdi ki,sənin işlərinin heyranı qaldım.Dünən də çayçıda oturmuşduq,o biri stolda oturanlardan biri gəldi ki,filənkəs sənsən.Səni gördüyüm üçün xoşbəxtəm.Sabah isə yolda gedəndə məndən qabaqda gedənlərdən birisi öz uşağına deyəcək ki,oğlum,o filənkəs var idi ya,bax o filənkəs arxada gəlir.Uşaq da arxaya çevrilib məni görəcək.Sonra Bakıdan zəng edib deyəcəklər səninlə fəxr edənlər deyir ki,amalından dönməsin.Dostum filənkəs demişkən,yox yox o biri dostum filənkəs demişkən...bax bunlar mənim dostlarımdır.Hamı mənim heyranımdır,hamı məndən danışır...
İkinci:-Doğurdan da qəribə işlər gördüm burada.Onikinci mənə deyirdi axı...daha nələr,nələr,mən elə qoy Bakıdan baxım hər şeyə,yoxsa burada dəli olaram.
Ondördüncü:-Klubun bir problemi var o da Ağadır.
İkinci:-Bəs Ağa olmayanda klubda problem var idimi?
Ondördüncü:-Mən bu mövsümdən danışıram.
İkinci:-Növbəti mövsümdə Ağa olmasa problem olmazmı?
Ondördüncü:-Xarici məşqçi gətirsinlər.Lap,15-ay işsiz qalmış olsun,alkoqoldan 15-ay müalicə alan olsun,nə bilim nə olsun...Ancaq Ağa olmasın.Lap lazım gəlirsə uğur da olmasın.
Onbeşinci:-Mənə qulaq as,Yerli uşaqlar oynasınlar da.Bu qədər pullar sərf olunur,niyə yerli futbolçu yetişmir.Bəs necə olur ki,Tovuzda yetişir ?
Ikinci:-Tovuzda da böyük pullar xərclənir ?
Onbeşinci:-Orada pul xərcləmək lazım deyil.Özü yetişir.Pul önəmli deyil.Orada futbolçu yetişir həmişə.
İkinci:-İndi kim kimin sualına cavab versin...
Onbeşinci:-Deməyim odur ki,mən həmişə futbola gedirəm, bu yaxınlarda əsgərliyə gedəcək oğlumu da da aparıram özümlə.İndi məni incidirlər.Deyirlər bilet al.
İkinci:-Bəs əvvəllər bilet almırdın ?
Onbeşinci:-Yox,imkan yoxdur,çatdırmaq olmur.Əvvəllər jiquli idi məndə,indi iki dükanı satıb bir dənə cip almışam,inanırsan evlərdən və mağazalardan aylıq yığdığım icarə haqları ancaq evə,maşının benzininə çatır...
İkinci:-Yəqin imkan sarıdan korluq çəkirsən,hə ?
Mobil telefonunun səhər zəngi....
Onikinci:-Sabah bütün danışıqlarınız saytda verilcək.Oxuyun...
Bölmə: |Baxış sayı: 720 | Yazar: ISLAM |
Всего комментариев: 0
der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz