www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » May » 6 » Ağasəlim Mircavadov:-“Bu mənim bir sirrimdir”.
18:34
Ağasəlim Mircavadov:-“Bu mənim bir sirrimdir”.
“Xəzər Lənkəran” türk liseyində.
Mayın 6-da “Xəzər Lənkəran”ın məşqçi və futbolçuları, Lənkəran türk liseyininin şagirdləri ilə görüşdülər.İki gün öncə Liseyin müdiri Murad Kadifeçinin dəvətini qəbul edən “Xəzər Lənkəran”,görüşü məhz ölkə kubokunun finalına vəsiqə qazanandan sonra bu gün kerçəkləşdirdi.Görüşdə məşqçi heyyətindən,Ağasəlim Mircavadov,Tofiq Mustafayev,Tərlan Əhmədovla yanaşı,futbolçulardan,Kamran Ağayev,Devran Ayhan,Rahid Əmirquliyev,Martins Kabral,Mario Souza,Dmitriy Kramarenko və Ramazan Abbasov da iştirak etdilər.Liseyin müdiri əvvəlcə qonaqları çay süfrəsinə dəvət etdi.Sonra isə qonaqlar Murad bəylə birgə liseyin akt zalına yollandılar.Orada artıq qonaqları gözləyən şagirdlər “Xəzər Lənkəran” komandasının nümayəndələrini alqışlarla qarşıladı.Şagirdlərin çox yaxşı tanıdıqları simaları bir daha liseyin müdiri Murad Kadifeçi onlara təqdim etdi.Hələ 2004-cü ildə liseyin nəzdində “Xəzər Lənkəran”ın fan klubun yaranmasından danışan Murad bəy,daha sonra tədris müəsisənin pedaqoji kollektivinin ümumi rəyinə əsasən təyin olunan,Azərbaycan futbolunda ilin ən yaxşıları nominasiyaları üzrə mükafatçılara xüsusi diplomları təqdim etdi.Ağasəlim Mircavadov 2009/10-cu futbol ilinin ən yaxşı məşqçisi,Kamran Ağayev ilin ən yaxşı qapıçısı,Allan lalin ilin ən yaxşı futbolçusu adına layiq görülərək mükafatlarını aldılar.İlin ən yaxşı klubu kimi “Xəzər Lənkəran” klubu seçildiyindən, mükafat klubun icraçı direktoru Höccət Hacıyevə təqdim olundu.Ağasəlim Mircavadov da “Xəzər Lənkəran” atributlarını və üzərində 12-yazılmış və komandanın bütün futbolçularının imzası olan futbolçu köynəyini onlara hədiyyə etdi.Bundan sonra şagirdlər, məşqçi və futbolçuları sual atəşinə tutdulr.Ağasəlim Mircavadova ünvanlanan sual,elə cavab da maraqlı alındı:- “Denis Kalinkov niyə, çempionat matçlarında əvəzetmə ilə oyuna daxil olduğu halda,kubok matçlarında bütün oyunu meydanda olur”- sualına baş məşqçi –“Bu mənim bir sirrimdir”- deyə cavablandırdı.Klubun icraçı direktoruna komandanın avropa kubokları turnirində hansı stadionda ev oyununu oynayacağı sualına verilən cavab da şagirdlərin marağına səbəb oldu:- ““Xəzər Lənkəran” avropa kubokları turnirinin bütün ev oyunlarını “Fırtınalar Meydanı”nda keçirəcək,Hətta “İnter” də bu turnirdə iştirak edəcəyi təqdirdə Lənkəranda oynamaq arzusundadır”.
Sonda görüş iştirakçıları xatirə şəkli çəkdirdilər.
Bölmə: |Baxış sayı: 698 | Yazar: ISLAM |
Всего комментариев: 0
der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz