Ana Səhifə» 2010 » Mart » 14 » Almaniya-Azərbaycan matçı 50 min 374 nəfərlik arenada (FOTOSESSİYA)
03:03
Almaniya-Azərbaycan matçı 50 min 374 nəfərlik arenada (FOTOSESSİYA)
Almaniya milli komandasının 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində keçirəcəyi ev oyunlarının yeri müəyyənləşib. Bu haqda Almaniya Futbol İttifaqının bu günkü iclasında qərar qəbul edilib. A qrupunda yer alan Almaniya millisinin ilk ev oyunu Azərbaycan yığmasına qarşı olacaq. Görüş sentyabrın 7-də Köln şəhərində baş tutacaq. Qarşılaşma 50 min 374 nəfərlik tamaşaçı tutumuna malik “RheinEnergieStadion”da təşkil ediləcək. Bu arena 16 sentyabr 1923-cü ildə istifadəyə verilib, 2001-2004-cü illərdə isə üzərində yenilənmə işləri aparılıb. (FOTOSESSİYA)