Bir
neçə il əvvəl "Futbol+” qəzetinin səhifələrində xoşa gəlməz halla
rastlaşmışdıq. Diqqətli oxucuların yəqin yadındadır ki, adı çəkilən qəzetin
səhifələrində yer alan 12-dən sonra
yazısı Lənkəranda hiddətlə qarşılanmışdı. Həmin yazıda Lənkəran və ümumiyyətlə
cənubda çoxluq təşkil edən etnik qrupa aid bəzi anormallar tərəfindən qoşulan və
iyrənc ayrıseçkilik prinsiplərinə köklənən bir səfeh lətifə əsasında məqalə yazılmışdı.Üstəlik
həmin iyrənc yazıda müəllif 12-dən sonra güya Lənkəranlıların başının
işləməməsi fikrini qabartmışdı. Məhz
həmin vaxt biz "12-ci oyunçu” ilk olaraq bu biabırçı yazıya etiraz etmişdik və
bəyanatla çıxış etmişdik.
O
hadisədən sonra vaxtı ilə "Neftçi” klubunun fan klubuna rəhbərlik etmiş Azər
Rəhimovun Talışlar haqqında dediklərinə qarşı yenə biz etiraz səsimizi
qaldırmışdıq. Bütün etirazlarımızda biz, Azərbaycanı bölgələrə bölmək prinsipinə
qarşı çıxmış və milli, dini və etnik ayrıseçkiliyə yönəlmiş addımları
pisləmişdik. Gördüyümüz qədəri "Futbol+” qəzeti daim milli və etnik ayrıseçkiliyə
meyilli yazılar dərc edərək cənub bölgəsinin insanlarını qıcıqlandırır. Biz "12-ci oyunçu” olaraq isə öz ənənvi
devizimizlə həmişə diqqət çəkimişik:
Öncə
vətəni, sonra səni sevdik Xəzər Lənkəran !
"Futbol+”
qəzetinin səhifələrində milli və etnik
ayrıseçkilik zəmində yazılara bundan sonra da yer verilməsi davam edilərsə biz də
müvafiq orqanlara müraciət etmək məcburiyyətində qalacağıq.
|