"Zəka" kompyuter mərkəzi
www.zaka.biz
Giriş Forması |
|
|
|
|
Növbəti oyun ________________________ Azərbaycan kuboku
8-mart saat 18:00
Fırtınalar Meydanı "X. Lənkəran" - "Neftçi"
___________________ Turnir Cədvəli
Neftçi |
22-48
|
Xəzər Lənkaran
|
22-47
|
Qarabağ
|
22-42
|
İnter
|
22-40 |
AZAL |
22-36
|
Bakı
|
22-33 |
Qəbələ |
22-31
|
Muğan |
22-27
|
________________________
Bombardirlər
1.Uinston Parks
|
6
|
2.Elvin Beqiri
|
4 |
3.Alim Qurbanov
|
4 | ________________________
Qarşıdakı Oyun
Azərbaycan kuboku
8-mart saat 18:00
Fırtınalar Meydanı "X. Lənkəran" - "Neftçi"
__________________
Qəhrəmanımız: Mirça Rednik
|
BİZİM DOSTLARIMIZ
Ağlı Göylü Fan Portal İnter Fan Klub
Fırtına Fan Klub
Bosman Fan Klub
|
Ana Səhifə» 2010 » May » 8 » Azərbaycanın futbol üzrə premyer liqası və ya futbolun Azərbaycan premyerası.
21:48 Azərbaycanın futbol üzrə premyer liqası və ya futbolun Azərbaycan premyerası. |
Azərbaycanın futbol üzrə premyer liqası və ya futbolun Azərbaycan premyerası.
Bizim ölkədə, futbol klublarının birini, tərcümədə bayraqdar adlandırırlar.Ana dilimizdə onların dedikləri o qəribə ada və ya sözə rast gəlmədiyimizdən,belə qənaətə gəlmək olar ki,o adı dilə gətirənlər yəqin öz ana dillərində deyirlər.Hər halda bizim ana dilimiz Azərbaycan dilidir...
Digər kluba isə adına görə hörmət olunur.Həmin məntiqlə, bu yazı müəllifinin hörməti ölkədə hamıdan çox olmalı idi.Adımıza görə bizə hörmət olmasını istəmirik.Heç olmasa əməllərimizə görə hörmət qoyulmasını arzulasaq da, sevimli komandamızın oyununa baxmağa gedərkən, ikinci evimiz saydığımız və adına “Fırtınalar Meydanı” deyərək ad qoyduğumuz stadionumuzun mühafizəçiləri, məhz bizə qarşı hörmətsizlik edirlər.Amma bu məsələ qaldı çempionat və kubok oyunlarından sonraya.Yəni mühafizəçilərlə işimiz var,lazım gələrsə davamız da var...
Qayıdaq yenə adına görə hörmət edilən kluba.O da bilindiyi kimi “Qarabağ” klubudur.Bütövlükdə klubla işimiz yoxdur,amma azarkeşlərindən savayı,futbol qurumqlarında və informasiya vasitələrində bu adı daşıyan komandaya simpatiya göstərənlərin nə qədər cılız olduğunu düşünəndə, yazıçı Teodor Drayzerin qəhrəmanlarından biri yada düşür.Drayzerin həmin qəhrəmanı, insanlara münasibət bildirərkən , insanı cılızlaşdıran bir neçə amili sadalayır.Sadələşdirilmiş şəkildə desək, ardıcıllıqla odu söndürüb közü ilə oynamaq və bu közdən ümidlənmək,sonra təsəlli tapmaq,daha sonra arzunun çin olmadığını görüb, xəyala dalmaq və xəyaldan xülyaya yuvarlanmaq və ən nəhayət acizlik hiss edib, sönmüş küldə yanğının və bu yanmanın sonda hansı səbəbdən sönməsinin məntiqini axtarmaq insanı cılızlaşdırır. “Qarabağ” komandasının ölkə daxilində qazandığı uğurları vasitəsi ilə, torpaqların qaytarılmasına ümid etmək xülyası- bax buna bənzəyir.Cılzlıq da bax budur.Heç olmasa ölkə xaricində bu komandanın uğurlu çıxışında nəsə axtarılsaydi,tapmağa onsuz da heç nə olmasa belə , ən azı cəhd olunmasını göz ucu baxaraq bəlkə də “Xala xətrin qalmasın” deyə alqışlamaq olardı...
Maraqlıdır görəsən niyə “Qarabağ” komandası ev oyunlarını məhz Quzanlı stadionunda keçirir.Deyəcəksiniz,Ağdamı təmsil edir.Bunu bilirik,bəs niyə rəqib komanda son məşqini bu stadionda keçirə bilmir. Deyəcəksiniz şərait yoxdur.Deməli bu, rəqibi oraya apraraq,məşqsiz bir başa meydanda oyuna çıxarmaq və beləcə təzyiq edərək məğlub etmək siyasətidir.Bu siyasəti isə PFL və “Qarabağ” klubu birgə həyata keçirirlər .İnformasiya vasitələri də buna qarşı heç nə demir.Ay sizi..., Drayzerin qəhrəmanının təsvir etdiyi bədbəxtlər...
Danışmırıq dinmirik,demiyin ki,bilmirik...
Azərbaycanın futbol üzrə premyer liqasında yarışan klubların hansı birisi dövlətdən asılı deyil və ya hansı klubun rəhbərliyinin bir ucu, bir dövlət xadiminə gebib çıxmır,hansı bir klub, müstəqil fəaliyyəti ilə atributlarını satışa çıxarır və ya çıxararasa belə bu atributların alıcısı varmı?
Hansı bir klub komandanın ev oyunlarına bilet satır,satarsa belə bu biletlərin alıcısı varmı? Bütün hallarda “Xəzər Lənkəran” digərlərindən bir addım öndədir.İnformasiya vasitələri isə əvvəllər “Xəzər Lənkəran” klubunu puluna görə,indi isə azarkeşinə görə araşdırırlar...
“Qarabağ”la səfər oyunu öncəsi “Xəzər Lənkəran” azarkeşlərinin 90%-nin yaşadığı Lənkəranda əhval ruhiyyə yaxşıdır.Azarkeşlər həvəslə sevimli komandalarının qələbəsini gözləyirlər.Bu qələbə həm də çempionluq sevincinə səbəb ola bilər.Eyni zamanda narahatçılq da hiss olunamqdadır.Lənkəranlı azarkeşlər, onu da bilirlər ki,cılızlıq edib “Xəzər Lənkəran”a badalaq gəlmək istəyənlər də az deyil.
Beləliklə də, cılızların hökmranlıq etdiyi üçün Azərbaycanın futbol üzrə premyer liqasını,futbolun Azərbaycan premyerası da adlandırmaq olar.
|
Bölmə: |Baxış sayı: 789 |
Yazar: ISLAM
| |
|
Copyright MyCorp © 2024 | Используются технологии uCoz |
|