Azərbaycan
Premyer Liqasının təsnifat mərhələsinin oyunlarını 301 min 840 tamaşaçı izləyib.
Baş tutan 132 qarşılaşmanın hər birinə orta hesabla 2287 seyrçi baxıb.
Komandaların
ev oyunlarındakı göstəricilərinə gəlincə, mütləq rekord "Xəzər Lənkəran”a
məxsusdur. 11 matçda topladığı azarkeşlərin sayında 6 rəqəmli göstəriciyə
çatması üçün cəmi 1000 azarkeş çatmayıb.
Cənublular
kimi "Gəncə” də çox sevilməsi ilə öyünə bilər. Digər komandalara gəlincə, onların
tamaşaçılarının sayı kifayət qədər azdır. Məsələn, siyahıda 3-cü olan "Neftçi”
"Xəzər Lənkəran”dan az qala 4, "Gəncə”dən isə təxminən 3 dəfə geri qalır. Tamaşaçı
sayında lider "Xəzər Lənkəran”la autsayder MOİK arasında isə uçurum var. Bu
rəqəm təxminən 17 qat fərqlə ölçülür.
Mənbə:apasport.az
|