Yanvarın 7-də “Palmali”nin Bakı ofisində, “12-ci oyunçu” azarkeş klubu təşkilat komitəsinin rəhbəri İslam Cabbarlı, “Xəzər Lənkəran” klubunun prezidenti Mais Mənsimovla görüşdü.Səmimi şəraitdə keçən görüş zamanı azarkeş klubunun rəhbəri, “Xəzər Lənkəran” klubunun prezidentinə azarkeşlərin arzu və təkliflərini çatdırdı.Əsasən Lənkəranda yaşayan və fan klublara daxil olmayan azarkeş kütləsinin sayca çoxluğunu nəzərə alan tərəflər,klub ilə azarkeşlər arasında daha sıx əlaqələrin qurulması işini müzakirə etdilər.Komandanın ev oyunlarında satılan biletin bundan sonra da hazırki qiymətinin saxlanması barədə azarke. klubunun müraciətindən tutmuş yeni transferlərə qədər bir çox məsələlər müzakirə olundu. “Fırtınlarar meydanı”nın bəzəyi olan və azarkeşlər tərəfindən sevimli komandalarının hər qolu zamanı qol sevincini qeyd edərək tribunalara səpdikləri xırda doğranmış kağızların stadion mühafizəçilərinin içəri buraxmaması da klub rəhbərliyinə çatdırıldı.Mais Mənsimovun “mən azarkeşlərə güvənirəm” sözü və ardıyca “bu klub onlarındır” deməsi ilə söhbəti daha səmimi etdi.” Bilirsinizmi,”Xəzər Lənkəran”ı sevməyənlər çoxdur amma sevənlər yəni azarkeşlərimiz onlardan da çoxdurlar” deyən Mənsimov sonda bildirdi ki,”biz hər zaman azarkeşlərin fikirlərini öyrənməyə, onlarla təmas qurmağa və beləcə “Xəzər Lənkəran” ailəsinin birlikdə ucalmasında maraqlıyıq”. Daha sonra “Xəzər Lənkəran” klubunun prezidenti Tuyğun Nadirova azarkeşlərin iradları və təkliflərini əks etdirən ümumi siyahı təqdim olundu. Görüş barədə daha ətraflı növbəti yazılarda.