www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » İyun » 2 » "Bakı" azarkeşi:-“Bakı” çempion,”Bakı” güclü, “Bakı” - “polasatıy” ...
19:47
"Bakı" azarkeşi:-“Bakı” çempion,”Bakı” güclü, “Bakı” - “polasatıy” ...
&
“Bakı” klubunun tərəfindən yaradılmış rəsmi fan klubun üzvlərindən başqa, “Bakı”nın ümumiyyətlə azarkeşinin olub olmaması haqda fikirlər,kubokun final oyunundan sonra meydana çıxdı.Beləki,həmin oyunda T.Bəhrəmov stadinonunda ağ-göy köynəkliləri görənlər bir anlığa gözlərinə inanmadılar.”Bakı” klubu əməlli başlı şou göstərirdi.Zolaqlı futbolkaları kimə gəldi paylayaraq,bu hədiyyədən imtina etməyənləri “Bakı” azarkeşi kimi göstərməyə çalışdılar.Etiraf etmək lazımdır ki,buna ilk baxışdan aldananlar da,hətta kənardan inananlar da oldu. Axı bu klubu 9-ay ərzində davam edən futbol mövsümünün ev oyunlarında belə cəmi 500-dən də az fanat dəstəkləyirdisə birdən birə final oyununda minlərlə insan haradan peyda oldu ? Bu suala cavab tapmaq çətin deyil.Bizim cəmiyyətdə hələ də konfetlə baş aldadanlar olduğu kimi aldananlar da vardır...
*
“Bakı” klubunun rəsmisi Yaşar Seyidov, bir neçə gün öncə televiziya kanallarının birində, Lənkəranda “Bakı”ya azarkeşlik edənlərin olduğunu iddia etmişdi.Bu da bir çox Lənkəranlı azarkeşin hiddətinə səbəb olmuşdu.İyunun 1-də “12-ci oyunçu” azarkeş qrupunun növbəti toplantısında iştirak edən bir neçə fəal azarkeş təkliflə çıxış edib,Lənkəranda yaşayan “Bakı” azarkeşinin axtarılıb tapılmasını və həmin insanların mükafatlanmasını istədilər.Hədiyyələrin xərclərini də ödəyəcəklərini bildirdilər.Təklif müzakirə olundu və 16-azarkeşə bu axatarışı həyata keçirmək həvalə edildi.
*
Məlum olduğu kimi,bir müddət əvvəl biz, Lənkəranda yaşayan “Neftçi” fanatlarının axtarışına çıxmışdıq.İyun ayının 2-də isə Lənkəranda “Bakı” klubunun azarkeşini tapmaq üçün,Lənkəranın müxtəlif yerlərində 8-qrupa bölünərək, fəaliyyətə başladıq.Səhər saat 11:00-dan başlayan axtarış, nəhayət axşam saat 17:30-da sona çatdı.Çox çətinliklə keçən 6-saatlıq axtarışın nəticəsində cəmi bir nəfər “Bakı” azarkeşi tapıldı.Təəssüf ki,yaxınları həmin insanın haqqında ətraflı məlumat verilməsinə razılıq vermədilər.Bunu onunla əsaslandırdılar ki, həmin şəxs ruhu xəstədir və nə danışdığının fərqində deyil.Qəhrəmanımızın kimliyinin tanıdılması valideynlərin etirazı ilə qarşılandıqdan sonra bir az da dəqiqləşdirib tam əmin olduq ki,həqiqətən də həmin şəxs Lənkəran rayonlararası psixonevroloji dispanserdə qeydiyyatdadır.
Çıxış yolu olmadığından, “Bakı” klubunun kubokun finalında vurduğu birinci qol vəziyyətini əks etdirən video görüntüləri, “Bakı” klubu rəsmilərinin qəzetlərdə özlərinə bəraət qazandırmasını xəstənin valideynlərinə göstərəndən sonra ruhu xəstənin atası (öz xahişi ilə onun də adını yaza bilmirik) bunları dedi:
-Mən Edikin(Edik - Ruhu xəstənin ləğəbidir) niyə “Bakı”ya belə maraq göstərməsini bilmirəm. Lənkəranda keçirilən oyunlara baxmaq üçün stadiona ailəmizdən bircə mən gedə bilirəm.Kubokun finalını isə bütün Lənkəranlılar kimi biz də evdə televiziya vasitəsiylə izləyirdik.Gördüyünüz kimi evimizdə 7-nəfər var və ailəmizin 5-üzvü futbola həvəs göstərir.Edikdən başqa hamımız o qolun vurulmasından sonra futbolçuların və tribunalardakıların bəzilərinin,kuboku bağırlarına basanda isə böyüklərinin sevinməsinə təəcübləndik.Bu kişilikdən uzaq addım idi.Bu isə (Edikə işarəylə) sevinəndə bizim üçün adi göründü.Nə bilim,görünür,Edikin ağlındadırlar...."
*
Bu zaman Edikin gözləri tavana baxır,özü də Bakı gözəl şəhər… sözləri ilə başlayan mahnını yarı Rus,yarı Azərbaycanca oxuyur və sanki bizə acıq vermək üçün - “Bakı” çempion,”Bakı” güclü, “Bakı” “polasatıy” -deyirdi.
*
Sonda biz də öz növbəmizdə gəlişimizn səbəbini,həyata keçirdiyimiz layihənin mənasını anladan sonra,qabaqcadan “Bakı” azarkeşi üçün hazırladığımız hədiyyələri onun valideynlərinə təqdim etdik. Bir neçə nəfər üçün hazırlansa da bütün hədiyyələr bir nəfərə qismət olduğundan,zolaqlı azarkeşin ailə üzvləri çox sevindilər.Biz də sevindik,amma sevinməyimizin səbəbi başqa idi;Lənkəranda kubokun finalında vurulan şərəfsiz qola bəraət qazandıran yoxdur,əlbəttəki bir ruhu xəstədən savayı.
*
QEYD:Söhbət zamanı Edikin fotoşəklini çəkə bilsək də valideynlərinin xahişini nəzərə alaraq qəhrəmanımızın şəkilini saytımızda təqdim etmədik.
Bölmə: |Baxış sayı: 704 | Yazar: ISLAM |
Всего комментариев: 0
der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz