www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » May » 28 » "Bakı" ya Fair play dərsi.
23:06
"Bakı" ya Fair play dərsi.
"İş sossiskada deyil, adam gərək "vnimatelni" olsun!"
*
Məşhur "Uşaqlığın son gecəsi" filmində Davud Muradla söhbət əsnasında "iş sossis-kada deyil, adam gərək vnimatelni" olsun" sözünü deyərkən nə biləydi ki, uzun illər ötəndən sonra da "Bakı" "Xəzər Lənkəran"la kubokun finalında həmin o "vnimanie"ni əldən verəcək. Bəli, iş "Bakı"nın vurduğu qolda deyil. Belə qolların 100-nə "tüpürəsən". Topdu da, həmişə onu qapıdan keçirmək olar. Ancaq lənət olsun o qola ki, sabah səni vicdanınla üz-üzə qoyacaq. Hələ mən ictimaiyyətin qınağından danışmıram. "Bakı"nın bu qolla qazandığı titul tarixin yaddaşında qalsa da, ləkə də uzun müddət azarkeşlərin yaddaşından silinməyəcək. Ona görə də futbolu kişi kimi oynamaq lazımdı. İdman hiyləgərlik yox, sülh rəmzi olmalıdı. Sən sülh üçün hiyləgərliyə əl atırsansa, demə-li, qarşındakına hörmət etmirsən. Düzdü, tarix belə hörmətsizlik edən komandaları çox görüb. Ancaq həmişə centelmenliyi ilə seçilən komandalar da mövcud olub. Aşağı-da sadalayacağım faktlar isə tarixin yaddaşında qalacaq. Amma yaxşı mənada. Sabah həmin komanda və ya oyunçudan söhbət düşərkən kənardakıların həmin qəhrəmana məhəbbəti artacaq. Sizi onlar və "Bakı"yla üz-üzə qoyuram. *
1. 10 oktyabr 1999. Danimarkayla İran arasındakı yoldaşlıq matçında cənub qonşularımızın oyunçusu cərimə meydançasında olarkən hakimin ilk yarını başa çatdıran fitini səsləndirdiyini eşidir və topu əlinə götürür. Sən demə, həmin ərəfədə hakim yox, tirbunada əyləşən azarkeşlərdən biri fit çalıbmış. Belədə referi tərəddüd etmədən penalti qərarı verir. İranlılar hakimdən onları əfv etməsini istəsə də, referi qərarını dəyişmir. Əvəzində danimarkalılar iranlıları bağışlayır. Belə ki, nöqtəyə yaxınlaşan şimali avropalı oyunçu topu kənara vurur.
*
2. 16 dekabr 2000. "Vest Hem"lə "Everton" arasındakı matçda londonluların italyan forvardı Paolo Di Kanio rəqib qapıçı Pol Cerrardla üz-üzə qalarkən "əlcək sahibi"nin yerdə zədədən əziyyət çəkdiyini görür. Di Kanio topu boş qapıya vurmaqdansa, onu kənara çıxarır. Maraqlıdı ki, Di Kanio o qolu vursaydı, "Vest Hem" hesabda önə keçəcəkdi. Amma oyun 1:1 hesabıyla başa çatır.
*
3. 7 may 2008. Elitada son günlərini keçirən "Levante" La Korunyada "Deportivo"yla üz-üzə gəlirdi. Səkkiz aylıq məvacibini almayan "Levante"nin futbolçuları klubun rəhbərliyinə etiraz əlaməti olaraq, oyun başlayan kimi mərkəz xəttin yaxınlığında qapıçıyla birgə meydanın mərkəzində bir-biriylə qucaqlaşaraq dayanıb. "Deportivo"nun futbolçuları oyuna başlayınca rəqib futbolçuların yerində donduğunu görüb təəccüblənir. Belədə boş qapıyla üz-üzə qalan "Depor"un hücumçusu Sebastyan Taborda topu kənara vurur. Ancaq Tanrı bu centelmenliyinə görə lakorunyalılara qələbə qazanmağa kömək edir. 87-ci dəqiqədə Riki "Levante"nin qapısına yol tapır.
*
4. 21 mart 2009. Rumıniya çempionatının "Rapid" - "Otselul" oyunu. 63-cü dəqiqə gedir. Qonaqların müdafiəçisi cərimə meydançasında "Rapid"in oyunçusu Kostin Lazara qarşı "sürüşmə" fəndi tətbiq edərək, topu ələ keçirir. Vəziyyəti düzgün qiymətləndirməyən hakim Teodor Krasineçku "Otselul"un qapısına penalti təyin edir. Ancaq Lazar qəti şəkildə hakimə yaxınlaşaraq bildirir ki, qayda pozuntusu olmayıb: "Hakimin penalti tə-yin etdiyini görəndə təəccübləndim. Həmin anda hesab bərabər olsaydı, necə edəcəyimi bilmirəm. Bu, bir an içindən verilən impulsiv qərar idi. Mən sadəcə, hiss etdiyimi dedim. Həmin an düşündüm ki, Allah vicdanlı hərəkətimin əvəzini verəcək". Maraqlıdı ki, həmin an artıq 2:0 hesabıyla irəlidə olan "Rapid" 82-ci və 90+3-cü dəqi-qələrdə daha iki qol vuraraq, "Otselul"u darmadağın etdi. Lazar isə qollardan heç birini vurmamasına rəğmən, matçın ən yaxşı oyunçusu sayıldı.
*
5. 21 noyabr 2009. B seriyasında "Askoli" -"Ankona" matçında meydan sahibləri "feyr-pley"i pozaraq qol vurur. Nəticədə bir neçə dəqiqədən sonra hesabda önə keçən "Asko-li"nin məşqçi heyəti ehtiyat oyunçular skamyasından oyunçulara qol buraxmağı tapşırır. Belədə heç bir müqavimət görəməyən "Ankona" status-kvonu bərpa edir. Maraqlıdı ki, oyun "Ankona"nın 3:1 hesablı qələbəsiylə başa çatır.
Mənbə “Futbol +” qəzeti
Bölmə: |Baxış sayı: 624 | Yazar: ISLAM |
Всего комментариев: 0
der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz