"Balon Şou".
“Xəzər Lənkəran”-“Qarabağ” oyununda “Fırtınalar meydanı”nın “E”-sektorunda “Balon Şou” adlı layihə həyata keçiriləcək Balon Şou adlı bu layihə azarkeş şousu olaraq “12-ci oyunçu” azarkeş klubunun növbəti addımıdır.Beləki oyunun baçlamasına bir neçə dəqiqə qalmışdan başlayaraq böyük həcmdə olan və ağ-yaşıl rəngli 300-ədəd şar balonları azarkeşlərə paylanacaq.Bu şarların hava ilə dolu formada həcminin, adi futbol topundan düz 12-dəfə böyüklüyünü də qeyd edək.Azarkeşlər bu vasitə ilə sevimli komandalarını qələbəyə səsləyəcəklər.”Xəzər Lənkəran”ın rəqib qapısına vuracağı ilk qol zamanı bütün şarlar eyni vaxtda partladılacaq.Bu da qol sevincinin yaşanmasında xüsusi bir effekt verəcək.
“12-ci oyunçu” azarkeş klubunun təşkilat komitəsi.