www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » Sentyabr » 10 » Başımız xarab olmuşdu,Tvente əhvalatından,Tvente rəhbvərliyinin başı xarablığından.
18:07
Başımız xarab olmuşdu,Tvente əhvalatından,Tvente rəhbvərliyinin başı xarablığından.

"Bosman" Fanklubunun üzvü Etibar Cəbrayıloğlunun "Ədalət" qəzetində çıxan yazısını təqdim edirik.     

 

 

                          Cəfərqulu "Real"da!

 

 

 

       Transfer "bombası"nın görünməyən tərəfləri haqqında

 

          Bomba partladı, özü də necə! 5-6 ay ötməsinə baxmayaraq, hələ də səs-küyü davam edirdi. Hamı ondan- gənc futbolçu Cəfərquludan danışırdı. Toylarda onun sağlığına badələr qalxırdı, yas mərasimlərində canına dualar oxunurdu. Bütün günü telekanallar onu göstərirdi. Yemək bişirilən proqramlarda, hətta siyasi verilişlərdə Cəfərqulunun "Real"a gözlənilən keçidindən söhbət açılırdı. Uzun illər tikintidə iş icraçısının müavini işləmiş, son vaxtlar isə siyasi icmalçı imicində kanallarda görünən birisi deyirdi ki, Cəfərqulunun transferi əsl siyasi hadisədi. Futbolçumuz bircə dəfə dünya şöhrətli klubun heyətində meydana ayaq bassa erməni ordusu top-tüfəngini Qarabağdan geri çəkəcək. İşğalçı ordunu BMT, ATƏT yox, Cəfərqulu təkliyinə öz yerində oturdacaq.

          Azərbaycanlı futbol azarkeşləri özlərini dünyanın ən xoşbəxti sayırdılar. Bəs necə! "Real" bizim Cəfərqulunu sıralarında görmək istəyirdi. Səbəbkar Cəfərqulu da hər müsahibəsində fanatlara dünyanı bağışlayırdı. Deyirdi ki, ilk qolumu məni bu səviyyəyə çatdıran doğma azarkeşlərimizə həsr edəcəyəm, ölkəmi İspaniya çempionatında uğurla təmsil etməyə çalışacaq, "Real"ın uğurları üçün tər tökəcəyəm.

          Futbolçumuzu yetişdirən "Aran" komandası hər gün bəyanat verir, bütün Azərbaycanı borclu çıxarırdı. Klub rəsmiləri deyirdilər ki, bundan sonra Azərbaycanda camaat yalnız "Aran"a azarkeşlik etməlidi.

          Cəfərqulunun atası Qulucəfərin ayağı yer tutmurdu, kişi bu yaşında göylərdə gəzirdi. Oğlu ilə fəxr edən ata Bakının ən gur küçələrində belə düz yolun ortasıyla gedirdi. Müsahibə-filan da öz yerində. Bəzi müxbirləri qabaqcadan "görmüşdü". Onu keçmişin məşhur idmançılarından biri kimi təqdim edirdilər. Amma əslində Qulucəfər nərddən başqa heç nə oynaya bilmirdi. Onu da məhəllə səviyyəsində. Hər dəfə də bəxti gətirmirdi, qonum-qonşuya uduzurdu. İndi bunları xatırlatmağın nə mənası?  Qulucəfər artıq "Real"da ulduz futbolçularla birlikdə meydana çıxacaq Cəfərqulunun atası idi.

          Bu günlərdə Yazıçılar Birliyinə üzv qəbul olunan idman yazarlarımızdan biri Qulucəfərin sifarişi ilə Cəfərqulu barədə lirik poema da yazmışdı. İdman qəzetlərindən biri həmin poemadan parçaları həftələr idi ki, çap edirdi.

 

                         Qulucəfər oğlu

 

                         Cəfərqulu,

 

                         Meydan yaşdı, top sulu.

 

                         İrəli Cəfərqulu,

 

                         irəli Cəfərqulu!

 

          Günlər, aylar bir-birini əvəz etsə də Cəfərqulunu "Real"ın bazasında gördüm deyən yox idi. Daha doğrusu, onu heç İspaniyaya çağırmırdılar da. Mətbuat yavaş-yavaş narahat olmağa başlamışdı. Ata-oğul gah görünür, gah da yoxa çıxırdılar. Eyni gündə verdikləri açıqlamalar bir-birindən kəskin fərqlənirdi. Gah deyirdilər ki, poçtalyon "Real"dan gələn məktubu gec çatdırıb, gah da başqa söhbət ortaya çıxırdı. Guya Cəfərqulu İspaniyaya uçmaq üçün bilet tapıb, sadəcə təqvimdə tək gün olduğu üçün yola çıxmayıb. Anası belə günlərdə evdən çıxmağı ona məsləhət görməyib, hər halda tək gündü, düşər-düşməzi olar.

          Atası bir dəfə and-aman elədi ki, "Real" Cəfərqulunu təcili düşərgəyə çağırır. Raul gedəndən sonra baş məşqçi çox çətin duruma düşüb. Onu bu vəziyyətdən Cəfərqulunun çıxara biləcəyinə inanır. Hətta bu barədə Madaqaskarda çıxan "Traktor, Topum və Tapmaca" aylıq qəzetinə müsahibə verib. Amma Cəfərqulu belə təcili getmək istəmir. Çünki ona Madridin mərkəzində ayrılan 8 otaqlı mənzili bəyənmir, çox darısqaldı.

          "Real"dan isə heç bir səs-soraq çıxmırdı. Elə bil o boyda klubda hamı yatmışdı. Gözümüzün kökü saralmaqda davam edirdi. Futbolçumuz İspaniya klubunun formasını geyinə bilmədiyi üçün ermənilər də hər gün atəşkəsi pozurdu. Nə BMT, nədə də ATƏT onlara bir söz deyə bilirdi. Belə bir zamanda eşitdiyimiz yeni bir xəbər növbəti bombanı xatırlatdı. Məlum oldu ki...

          Futbolçumuz Cəfərqulunun "Real" məsələsi real deyilmiş. Çünki gözlənilən transfer məsələsi İspaniyada cəmi bir dəfə müzakirə olunub. O da Madriddə taksi sürücüsü səviyyəsində. Həmin sürücü Çindən gələn müştərisinin başını qatmaq üçün deyib ki, "Real"da Qafqaz ölkələrindən birini təmsil edən futbolçu oynasa yaxşı olar. Çinli də heç nə başa düşmədiyindən başını yelləyib. Vəssalam.

          Hollandiyanın "Tvente" klubunun heyətinə düşə bilməyən Vaqif Cavadov bundan sonra karyerasını yenə Azərbaycanda davam etdirəcək. Onu "Bakı" klubu öz heyətinə qatıb. Polşada oynaya bilməyən Saşa Yunusoğlu isə "Bakı"nı "Qəbələ"yə dəyişib. Amma heç özüm də bilmirəm Vaqif Cavadovla Saşa Yunusoğlu məsələsinin bu yazıya nə dəxli var...

 

Mənbə: "Ədalət" qəzeti.

Bölmə: Futboldan Kənar |Baxış sayı: 714 | Yazar: ISLAM |
Всего комментариев: 0
der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz