"Rapid”
klubunun prezidenti Dinu Qeorqe və "Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça
Rednik bu gün görüşərək Stefan Qriqorinin və Çesinanın "Xəzər Lənkəran”a transferi
ilə əlaqədar məsələlərə aydınlıq
gətirəcəklər. Eyni zamanda Lusian Radutanın da icarə əsasında "Xəzər Lənkəran”da
oynaması variantını da müzakirə edəcəklər.
Rumın
mətbuatına verdiyi açıqlamasında da Rednik bunu təsdiqləyib:
"-Mən dünən Dinu Qeorqe ilə danışıb Çesina və
Qriqorinin keçidinə münasibətimi bildirdim. Bir neçə günə isə bu məsələni bütün
xırdalıqlarına qədər müzakirə edəcəyik. Adlarını çəkdiyim hər iki futbolçunu sonradan
almaq imkanı şərti ilə 6-aylıq icarə
əsasında istəyirəm, Lusian Raduta isə bu
işdə mənim üçün bonus oldu.”
Karlos
Sezar Çesina 2007-ci ildə "Rapid” klubuna gələnə qədər 800.000 avro
qazanırdısa, hazırda "Rapid”in heyətin də 300.000 avro qazancı ilə mövsüm
ərzində komandanın ən çox qazanan
futbolçusudur. Rumın mətbuatı iddia edir ki, "Xəzər Lənkəran” klubu Çesinanı əldə etmək
üçün 500.000 avro ilə vidlaşmağa hazırdır. Tərəflər yaxın bir neçə gün ərzində
futbolçuların keçidinə tam aydınlıq gətirəcəklər. Rednik hər üç futbolçunu əldə
etmək üçün cəmi 1.000.000 avro verməyə
razıdırsa, "Rapid” rəhbərliyi Mirça Rednikin onlarla razılığa gələcəyinə ümid edir.
|