www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2011 » Fevral » 11 » Bayquş sadəcə bəhanə oldu...
18:33
Bayquş sadəcə bəhanə oldu...


"Böyük oyun” öncəsi bayquşdan qorxan siçovullar kimlərdir ?

Bir gün və bir neçə saat, sonra da  "Böyük oyun”un üçüncü mərhələsi meydanda davam edəcək.

"Futbol+” qəzetinin verdiyi  "Böyük oyun” adı, bu oyunun ətrafında yaradılan böyük marağa illərdir ki, stimul verir. Mətbuat "Böyük oyun”a gedən yolu işıqlandırır, hər iki komandanın transferlərini müqayisə edir, ümumilikdə "Böyük oyun”un iştirakçı komandaları haqqında daha çox məlumatlar yayır.

 "Böyük oyun”a  bir neçə həftə qalmışdan başlayaraq  biz də saytımız vasitəsi ilə Lənkəranda yaşayan azarkeşlərin ümumi fikirləri əsasında  müxtəlif yazılar təqdim edirik. Bəzən saytımızda verdiyimiz yazıların ideya mənbəyi, müvəqqəti olaraq ölkə xaricində yaşayan "Xəzər Lənkəran” azarkeşlərindən də olur. Belə hadisələrdən biri də "Bayquş məsələsi”dir.  Beləki, bir müddət əvvəl Rusiyya Federasiyasında yaşayan cənublu bir azarkeşin istəyini saytımzda işıqlandırmışdıq. Sonradan  bayquş ətrafında, düşündüyümzdən  də çox danışıldı, çox yazıldı. Sanki bu insanların hər işi qurtarıb, bircə bayquşları çatışmır...

Bəziləri "Neftçi” ilə oyuna bayquş aparılmasını pislədi, bəziləri kinayəli sözlərlə qarşıladı, bəziləri bunu vəhşilik adlandırdı, bəziləri hətta erməni müsəlman davasını da bayquşla əlaqələndirdi və s.

Amma son  illər ərzində bu ölkənin stadionlarında oyunlar zamanı  eşidilən iyrənc söyüşlərin yanında bayquşun  toya getməli olduğunu kimsə düşünmədi və dilə gətirmədi.  Futbolumuz, idman mətbuatı və hətta bəzi  başı boş fanatlar gör  nə gündədir ki, bayquş məsələsini az qala futbolumuzun  problemləri ilə eyniləşdirirlər.

Xarabalıqlardakı siçovullar bayquşdan qorxub necə dəlik deşik axtarırlarsa, futbolla bu və ya digər əlaqəsi olanların bir çoxları da bayquş söhbətindən eləcə narahat olublar...

Ən maraqlısı odur ki, belə  "siçovul”ların bəziləri  "pişik”lərlə də gizli görüşlər keçirirlər...

P.S. "Neftçi”  klubu  "Böyük oyun”da stadiona girişi pulsuz edərək, "Xəzər Lənkəran” azarkeşlərinin ünvanına mətbuatda minnətli  danışdı.  Sanki  biz illərdir futbola pulla bilet alıb baxmırıq...

 

P.P.S.  "Neftçi”  klubu gizli görüşlər keçirərək bizimkilərin bəzilərindən də necə lazmdırsa yararlandı  və demək olar ki, "Böyük oyun” öncəsi  "Neftçi” klubu informasiya davasının və ya rəqabətin ikinci mərhələsində də qalib gəldi.

Üçüncü mərhələ meydanda komandaların oyunu sayılır. Güclünün qalib gəlməsini arzulamaq isə  hələlik bizə sərf etmir. Çünki  biz iki mərhələdə uduzmuş sayılırıq.

Bölmə: Azarkeş Xəbərləri |Baxış sayı: 1626 | Yazar: 12cioyuncu |
Всего комментариев: 0



Copyright MyCorp © 2024
Используются технологии uCoz