www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » Noyabr » 4 » Bir az ədalətli olmaq yetər...
16:14
Bir az ədalətli olmaq yetər...

  Mövzu yenə hakimliklə bağlıdır. Futbolun inkişafında və ya əksinə tənəzzülündə hakimliyin rolu xüsusi çəkiyə malikdir. Elə bütün bunlara görə hakimin oyunu idarə etməsi beynəlxalq futbol qurumları tərəfindən qəbul olunmuş qaydalar çərçivəsində tənzimlənir. Oyunu həmin qaydalar çərçivəsində necə idarə edə bildiyini qiymətləndirmək üçün isə hakimə nəzarət etməli olan xüsusi komitələr fəaliyyət göstərir. Bununla da hakimə müəyyən qiymət verilir. İdarəçilik müsbət qiymətləndirildiyi təqdirdə həmin hakim növbəti oyunlara təyinat alır və ya əksinə olduqda müəyyən cəzalara məruz qalır, növbəti matçlara təyinat almaqdan məhrum edilir. Bu həm bütün beynəlxalq turnirlərə və həm də ölkə daxilində keçirilən yarışlara aid edilir. Əlbəttə, daxili yarışlarda bütün bunlara yerli futbol qurumları nəzarət edir.

 

            İstər milli komandaların, istərsə də klubların iştirakı ilə keçirilən bütün turnirlərdə hakim təyinatında daha başqa nüanslara da riayət olunur. Heç kim deyə bilməz ki, hansısa milli komandaların və ya klubların iştirakı ilə keçirilən rəsmi matçı idarə edən hakim, iştirakçı komandalardan birinin təmsil etdiyi ölkənin vətəndaşı olsun. Məsələn, Braziliya ilə İngiltərə arasında keçirilən rəsmi matçı idarə etmək üçün, hakim nə Braziliya vətəndaşı və ya milliyyətcə braziliyalı, nə də İngiltərə vətəndaşı və ya milliyyətcə ingilis olarsa, təyinat almır. Mütləq belə oyun üçüncü bir dövləti təmsil edən hakimə tapşırılır. Elə klub turnirlərində də bu prinsiplər mütləq gözlənilir. Məsələn, "Barselona” və "Bavariya” arasında hər hansı rəsmi matçı nə ispan, nə də alman hakimin idarə etməsi mümkündür. Burada da oyun mütləq üçüncü bir dövləti həm də milləti təmsil edən hakimə tapşırılır. Çünki, əlbəttə hakim hər iki tərəfdən birinin ölkəsini təmsil edərsə, istər istəməz öz ölkəsinin komandasına rəğbət bəsləmiş ola bilər və bu onun matç ərzində verdiyi qərarlara da təsirsiz ötüşməz. Belədə ədalət prinsipləri pozulmuş olacaq, hakim isə ədalət təmsilçisidir. Göstərdiyim məqamlar beynəlxalq turnirlərə aiddir.

 

            İndi ölkə daxili yarışları da bu baxımdan analiz etsək, yenə eyni prinsiplərin gözlənildiyinin şahidi olacağıq. Məsələn, "Milan” və "Roma” arasında keçirilən matçı nə Milan şəhərini nə də paytaxt Romanı təmsil edən hakimə tapşırmırlar. Çünki burada da ən azı simpatiya hissləri, ədaləti qorumalı olan şəxs tərəfindən elə ədalətin pozulmasına gətirib çıxara bilər. Bu baxımdan Azərbaycan da istisna deyil və olmamalıdır. Lakin bəzən daha incə məsələlər vardır ki, bunları da gözləmək vacib sayılmalıdır, bəzi milli adət-ənənələrimizi nəzərə alsaq. Konkret Fariz Yusifov məsələsinə keçməzdən əvvəl bir haşiyə kənara çıxmaq istəyirəm.

 

            Mən institutda oxuduğum illərdə bir kafedraya rəhbərlik edən böyük alim, professor və çox titullara sahib olan səxsiyyət başçılıq edirdi. Ad çəkmədən demək istəyirəm ki, Azərbaycan tibb elmində və Azərbaycan Dövlət Tibb İnstitutu tarixində böyük xidmətləri olan, həmçinin kafedra müdiri işləyən həmin səxsiyyət özü də Lənkəranlı idi və çox maraqlı idi ki, həm dərs həm də imtahan zamanı bu kafedrada ən çox "əziyyət çəkən”, imtahandan kəsilən tələbələr də məhz lənkəranlılar olurdu. Biz, yerliyik deyə bu kafedradan "yumşaqlıq” gözlədiyimiz halda əksinə, daha çox "ögeylik” görürdük və bu bizi çox təəccübləndirirdi ki, yerli də yerlisini bu qədər incidər? Əlbəttə, bu zəhmli insandan bunun səbəbini soruşmağa da cürət etmirdik. Lakin həmin kafedradan qurtardıqdan və illər keçdikdən sonra biz, professor, siz niyə yerlilərinizə bu qədər əziyyət verirsiniz? Sualına çətinliklə cavab ala bildik. Cavab belə idi: "Əzizlərim, bildiyiniz kimi mən də sizin kimi lənkəranlıyam. Sizləri əslində incitməmişəm. Siz fənni daha yaxşı öyrənəsiniz deyə tələbkar olmuşam. İkinci bir tərəfdən isə qoy deməsinlər ki, filankəs yerlilərinə rahat qiymət yazır”. Beləliklə, doğrudan da biz istər istəməz həmin fənni daha dərindən öyrənirdik, həm də professor öz karyerasına kölgə düşməsinə imkan vermirdi. 

 

            İndi nə demək istədiyimi yəqin ki, bildiniz. Deyilənə görə Fariz Yusifovun da bir tərəfi lənkəranlıdır. Bəlkə o da bu sindromdan əziyyət çəkir. Demək olar onun idarə etdiyi bütün oyunlarda "Xəzər Lənkəran” əleyhinə qərarlara rast gəlirik. Oxşar epizodlarda rəqibin xeyrinə verdiyi qərarlarda, daha kəskin epizodlarda "Xəzər Lənkəran”ın lehinə qərarlar vermir. Konkret "Bakı” ilə son çempionat oyununda cərimə meydançasında rəqibin bilərəkdən qapıya gedən topa əllə müdaxilə etməsini hər kəsin gördüyü halda Fariz Yusifov niyə görmədi? Yəqin fikirləşir ki, "Xəzər Lənkəran”ın lehinə qərar versə, deyərlər ki, yerli olduğun üçün komandaya simpatiya bəsləyib onun xeyrinə qərar verirsən. Bununla da öz karyerasını zərbə altına qoymaq istəmir. Yerliliyin belə mənfi xüsusiyyətləri də vardır, baxır insanın xarakterinə. Amma Fariz bəyə onu deməyi özümə borc bilirəm ki, yerli oldu-olmadı matça təyinat almısansa, əsas ədalət prinsiplərini gözləməlisən. Əgər bir insan kimi dediyim nüansların öhdəsindən gələ bilmirsinizsə, onda  "Xəzər Lənkəran”ın oyunlarına təyinata etiraz edin. Hakimlər komitəsi də belə incəlikləri nəzərə alıb sizi  "Xəzər Lənkəran”ın oyunlarına təyin etməsin.

 

            Mirhafiz M. Babayev   "Bosman" fanklubunun rəhbəri   

Mənbə:bosman.at.ua    

Bölmə: Futboldan Kənar |Baxış sayı: 705 | Yazar: ISLAM |
Всего комментариев: 0
der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz