Ana Səhifə» 2009»Oktyabr»6 » Bir gəncin manifesti və ya gənc meşqçinin taleyi.
19:40
Bir gəncin manifesti və ya gənc meşqçinin taleyi.
‘’BOSMAN’’ : Bir gəncin manifesti və ya gənc meşqçinin taleyi.
‘’Xəzər Lənkəran’’-‘’Muğan’’ klublarının əvəzedici komandalarının görüşündə və sonra baş verənlərə getdikcə aydınlıq gəlməkdədir.AFFA IK-nin tələsik qəbul etdiyi çox sərt qərarlar artıq daha geniş formada qeyri-düzgünlüyünü ortaya qoymaqdadır. Bir Azerbaycanlı gənc və istedadlı meşqçinin futbol heyatına bu qədər sərt və məsuliyyətsiz yanaşmaq fikirimizcə qeyri peşəkarlıqdır.Bu haqda qərar qəbul edənlər özləri də nə vaxtsa belə haqsız qərarlarla üzləşsələr onda özlərini necə hiss edərlər? Bir çox əyani və elektron KIV-lərdə tələsik yayılmış səhv fikirlər, yoxlanılmadan bəyan olunan reaksiyalar kimə və nəyə xidmət edir? 06.10.2009-cu il gecə saat 1:00 da ‘’Xəzər’’tv-nin ‘’Futbol saatı’’ verilişində həmin oyunun videoyazısından fraqmentlər göstərildi.Bu videoyazıda nə qədər istəsən savadsız (bəlkə də qərəzli) hakimin səhvlərini görmək mümkün idi.Belə savadsız hakimliye hansı savadla Hakimler Komitəsi 8.1 bal verir? Biz inanmaq istərdik ki, matçın videoyazısına baxmadan, kimlərinsə şifahi fikirləri əsasında Rauf Cabbarova belə yüksək qiymət verilib (Əslinde bu da qeyri-peşəkarlıq olsa belə).Əks halda Azərbaycan futbolu uçuruma yuvarlanmaq üzrədir. Sonra bir çox informasiya vasitələrində və IK-nin qəbul olunmuş qərarlarında göstərildiyi kimi Fazil Əsədov hakim tərəfindən qırmızı vərəqə ilə cəzalandırılaraq tribunaya göndərildikdən sonra azarkeşləri hakimə qarşı cevirmişdir.Lakin bunun bele olmadığı videoyazıda aydın görünür və deyildiyi kimi o azarkeşlərin arasında yox tribunaların eks istiqamətində tor cəpərdən o tərəfdə dayanmaqla matçı izləyir. Bütün bu həqiqətləri ortaya ciıxardıgı üçün, həm öz imicinə və həm də bir gənc məşqçinin taleyinə biganə qalmadığına görə ‘’Xəzər’’tv-yə təşəkkür edirik və gələcəkdə də onları belə görmek isteyirik.Bir məsələyə də toxunmaq isterdik. Həmin verilişdə bir neçə şəxs iştirak edirdi ki, bunlardan biri də çox hörmət etdiyimiz, obyektivliyinə heç vaxt şübhe etmədiyimiz, onun iştirakıyla olan verilişleri çox həvəslə izlədiyimiz keçmiş istedadlı hakim Tahir Süleymanov idi. Tahir bəyi ‘’Neftçi’’-də vitse-prezident vəzifəsine keçməsi münasibətiyle təbrik edirik, planlarında uğurlar arzulayırıq. Lakin bu verilişde Tahir bəy müəyyən şəkildə öz imicinə kölgə salmış oldu. Aparıcınin konkret epizodlar göstərməklə bir keçmiş hakim kimi ondan bu epizodlara rəy istəyinə Tahir bəyin cavabı bizləri şoka salmış oldu. Tahir bəy oyunu tam izləmədən şərh verməyin mümkün olmadığını dedi. Biz isə Tahir bəyin yadına salmaq istərdik ki, kecənilki eyni verilişlərdə bütün turun oyunlarındakı epizodlara şərh vermek ücün oyunların hamısını izləyirdimi? Əgər adi tur oyunlarını izləyirdisə, onda belə məsul məsələyə cevrilmiş oyunu niye izləməyib? Yoxsa , yeni klub vəzifəsi onun obyektiv fikir bildirməsinə mane olur? Bir klub resmisi kimi futbol qurumlarının acıgına tuş gələcəyindən ehtiyatlanır? Siz dəmi Tahir bəy? Bütün dünyada konkret epizodlara göre şərh vermək praktikası olduğu halda biz nəsə kəşf etməliyik? Onda belə cıxır ki, sürücülükden test (sablon) imtahanı verən zaman konkret olaraq verilən epizoda: - məsələn, burada avtomobil sağa dönə bilərmi? sualına hemin məntiqlə belə cavab verməliyik: -‘’Siz avtomobilin səhər qarajdan necə cıxdığını hansı sürətlə 90-100-km qət edərək bu yol ayrıcına necə gəldiyini deyin, mən də avtomobilin sağa dönə biləcəyini və ya bilməyəcəyini cavablandırım’’ Obyektivliyinizi itirməyin cənablar! Sonda bu videoyazını izledikden sonra AFFA-nın IK tərəfindən verilmiş bu qərarlara yenidən baxacağı və cəzaların aradan qaldırılacağı umidiylə...