Ana Səhifə» 2010»Sentyabr»17 » Biz qaz-qaz deyirik,onlar isə qan-qan deyirlər.
20:24
Biz qaz-qaz deyirik,onlar isə qan-qan deyirlər.
"Neftçi”nin
"Flaqman” fan klubunun rəhbəri çıxıb "Futbol+” qəzetində deyir ki,- "bu söhbətini sonu qanla
qurtarsa, nə olacaq ?”
Bizim
tərəfdən əlbəttəki bu anlaşılan deyil.Axı heç bir fikirlərimizdə sonu qanla
bitəcək işlərdən danışmırıq.Biz daş qalaq etmirk,biz etnik ayrıseçkilik
zəminində şüarlar səsləndirmirik,biz futbol klublarını cinsiyyət orqanlarına
bənzətmirik və s.
Sadalanan
işlər "Flaqman”ın üzvləri tərəfindən həyata
keçirilir ki,bax bunların sonu qanla bitə bilər.Belə olduğu halda isə
məsuliyyət tamamilə "Flaqman” fan klubunun üzərinə düşür.Bu ilin 17-
fevralında "Neftçi” – "Xəzər Lənkəran”
oyunundan sonra "Flaqman”çılar
Lənkəranlıları daşqlalaq etdilər.Bu hadisəni əks etdirən video materiyallar isə
saytımızla yanaşı bir çox internet portallarında və Xəzərtvnin "Qol saatı” verilişində nümayiş etdirilmişdi.İndidən
necə deyərlər "qabaqdan gəlmişlik edərək” məsuliyyətdən yaxa qurtarmağı necə
özlərinə sığışdırırlar.
O ki qaldı
Lənkəranlı azarkeşlərin qaz paradı keçirmək istəyi və ya 1-ton boranının "Neftçi” fanatlarına hədiyyə edilməsi və s. bunlar
sonu qanla bitəcək işlər deyil.Elə qəzetin həmin sayında "Flaqman” fan klubunun rəhbəri özü də qeyd edir :-"bilirsiz,onlar
fəaldırlarsa biz onlardan aqresivik”
Məsələnin
kökü də buradadır.Lənkəranlı azarkeşlər fəaldırlar, "Flaqman”çılar isə aqressivdirlər.Güman
edirik ki,hüquq mühafizə orqanları artıq indidən bu məsələlərlə yaxından
maraqlanmalıdır.Kimlər indidən öz aqresivliklərini bəyan edərək sonda qan düşə
biləcəyini xüsusi qeyd edirlərsə deməli onların bir gizli planı da vardır.Bütün
hallarda "Xəzər Lənkəran” – "Neftçi” oyununda
baş verə biləcək hər hansı insidentə görə məsuliyyət tamamilə "Flaqman” fan klubunun üzərinə düşür.