www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2011 » Fevral » 26 » Biz vətənimizi sevə bilmədik...
17:46
Biz vətənimizi sevə bilmədik...

...Soyqırımdan sonrakı illərdə  çox danışıldı və biz də eşitdik,  hətta  bəzən  özümüz də dedik ki,  lazım olsa elə edərik, belə edərik... Amma nəyin lazım olduğunu düşünmədən dedik, dedik və düşünülməmiş danışıqlarımızın arxasında gizləndik.

Tarixdə zaman-zaman böyük miqyaslı cinayətlər olduğu kimi səbəbkarların cəzaları da olub . Biz, bizə qarşı olan cinayətlərin cəzasını  verə bilmədik. Xocalı hadisəsinin ermənilər tərəfindən törədildiyini hamı bildi bu səbəbdən  rus qoşunlarının əməlləri kölgədə qaldı. Biz rus ordusunun etdiklərini qabarda bilmədik. Axı hər birimizin uzaq və ya qohumları  ağ-qulaqların federasiyasında çörək qazanır, vətəndə yaşayan ailələrinə yardım edirlər. Biz həm də Xocalını çətin günlərdə xilas etmək mümkün olduğu halda  heç nə etməyən özümüzküləri də qınamadıq. Biz soyqırımların qurbanı olduq,erməni, rus vəhşiliyinin bəzi özümüzkülərin xoş qeyrəti qarşısında aciz qaldıq.

T. Bəhrəmov satdionunun qarşısındakı  Ata Türk parkında hər gün əyninə paltar geydirilən "çebuş”u gəzintiyə çıxaran və mənim millətimə dodaqaltı vəhşi deyən erməni balasına toxumamaqla biz tolerantlığımızı nümayiş etdiririk... Düz 10-il əvvəl həmin erməni balasının anası və böyük qardaşı başqa çebuşu o parkda  gəzdirirdi. Mənim üçün maraq doğuran bu ailəni az da olsa tanımaq istədim. Onların yaxşı maddi imkanları, mənim və tanışlarımın çoxundan fərqli yaxşı aylıq gəlirləri və arxalarında qalan əlləri uzun ətəklərdə olan bizimkiilərin kimliyini  öyrənincə soyqırım sözünə allergiyam yarandı. 10-il əvvəl həmin parkdan yolüstü keçən tələbələrimizin böyük əksrəiyyəti mədəniyyətsizlikləri ucbatından çebuşu qıcıqlandırırdılar, it də hürüb ətrafa səs salırdı. Cavabında erməni it sahibi də bizimkiləri  yüksək səslə "dikari” adlandırırdı.  Belə hadisələr demək olar ki, hər gün baş verirdi. Mənim bir dəfə müdaxilə etmək cəhdimi isə elə böyük bellilər aldı ki, az qala bütün nəslim yanacaqdı. Əslində o tələbələrin bir çoxu həqiqətən də eşitdikləri sözə  layiq idilər. Çünki onlar it sahibini mənim bilidiyim səbəbdən özündən çıxarmırdılar...

İldə bir neçə dəfə Bakıya yolum düşür. Hər dəfə də səhər tezdən AtaTürk parkına gedib oturacaqda gözləyirəm o çebuşun sahibini. Artıq nəsil dəyişib,  o vaxtalar balaca oğlan olan indi isə gənc erməni balası çebuşla gəzir parkda...

Beləcə kimlərəsə xoş gəlməyəcək yazımda nə demək istədiyimi anlamaq üçün saatlarla Xocalıdan, Şuşadan, nə bilim Laçından danışmaq yetməz. Qarabağ haqqında roman yazıb öz oğlunu əsgərliyi rahat keçsin deyə paytaxta saldıran valideynlər də anlamaz məni.  Üçrəngli bayrağı başı üzərindən asıb min bir fırıldaqla məşğul olanların isə heç toxumunda həqiqətin nə olduğunu bilən olmayacaq. Kimə xoş deyilsə düşünsün ki, Soyqırım nədir və biz Xocalı hadisələrinin günahkarlarına qarşı nə etmişik. Lazım  osa deyə -deyə nəyin lazım  olacağını gözləyirik. Biz vətənimizi lazım olan qədər sevə biımədiyimizdən soyqırımlara, işğallara məruz qalmışıq... Biz bir müsəlman dövləti olaraq başımız qarışsın deyə qərb tərəfdən qurulan oyunlara qatıldığımızdan da xəbərsiz olmuşuq...

 

 

 

Bölmə: Futboldan Kənar |Baxış sayı: 714 | Yazar: ISLAM |
Всего комментариев: 0



Copyright MyCorp © 2024
Используются технологии uCoz