www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » İyun » 16 » Bizi sakitləşdirmək üçün isə qarşı tərəfin üzr istəməsi yetər.Biz bağışlamağı bacarırıq !
03:57
Bizi sakitləşdirmək üçün isə qarşı tərəfin üzr istəməsi yetər.Biz bağışlamağı bacarırıq !
“Bakı” fan klubunun rəhbəri “Futbol +” qəzetinin 15-iyun tarixli nömrsəində “12-ci oyunçu”nu qıcıqlandırıcı adlandırmış və bilavasitə “12-ci oyunçu” azarkeş qrupu təşkilat komitəsinin rəhbərini günahlandırmışdır.Qəzet səhifəsində, “Bakı” fan klubuna rəhbərlik edən,eyni zamanda həm də “Bakı” futbol klubunun rəsmisi sayılan bir şəxs, qeyri etik ifadələr işlətməklə, təmsil etdiyi klubun adına yaraşacaq bir hərkətə yol vermişdir.Azərbaycan kubokunun finalında vurulan ilk qola bəraət qazandırmağa çalışan “Bakı” klubunun rəsmiləri artıq bu kluba xoşagəlməz imic qazandıra bilmişlər. “Futbol +” qəzetində qeyd etdiyi kimi “Bakı” fan klubunun rəhbəri axşam saatlarında “12-ci oyunçu” azarkeş qrupunun rəhbərinə telefon zəngi edərək,qəzetdəki çıxışının davamı olaraq kəskin danışıqları ilə hədə qorxu gəlməkdən belə çəkinməmişdir.Məhz qəzet səhifəsindəki fikirlərdən sonra “12-ci oyunçu” azarkeş qrupu təşkilat komitəsinin üzvlərinin tələbi ilə azarkeş qrupunun rəhbəri telefon danışığında olan söhbətlərin müzakirəyə çıxarılmasına razılıq vermişdir.Qəzetdə, “Bakı” fan klubunun rəhbəri tərəfindən “12-ci oyunçu” azarkeş qrupunun rəhbəri hədəf kimi göstərilsə də minlərlə fəal azarkeşin maraqlarını qoruyan “12-ci oyunçu” azarkeş qrupuna rəhbərlik edən şəxsin qeyri etik ifadələrlə təqhir olunması yol verilməzdir.Təşkilat komitəsinin toplantısında gedən müzakirələrdən sonra,deyilənlərə cavab verilməsi haqda qərar çıxarılmışdır.
“Biz Naxçıvanlıyıq və sona qədər “Bakı” klubu ilə birlikdəyik”, “Lənkərana da əlimiz çatır və orada da bizim adamlar,tanışlar var”, “Sizin ”Neftçi” ilə nə işiniz var, bilirsiniz onların arasında kimlər var ?”,”Siz “Xəzər Lənkəran” rəhbərliyindən nə qədər maaş alırsız?”,”Siz radikalsız biz sizdən də radikalıq” və s. fikirləri sələndirən “Bakı” fan klubunun rəhbərinə aşağıdakı cavabları vermək məcburiyyətindəyik.
1.Biz Azərbaycanlıyıq və ölkəmizin bölgələrə bölünməsinə işarə edilən fikirlərə və bu ayrıseçkiliyin vurğu ilə deyilməsinə daim etiraz etmişik və indi də edirik.Dövlət məmurlarının və vəzifəli şəxslərin adlarını çəkərək,təzyiq vasitəsi kimi işlədilməsi hüquqi dövlətin vətəndaşları üçün yersiz addım sayılmalıdır.Eyni zamanda unudulmamalıdır ki, “12-ci oyunçu” azarkeş qrupu siyasətlə məşğul olmayan futbol azarkeşlərinin qrupudur. Fəaliyyətimiz Azərbaycan qanunvericiliyinə zidd olmadığından qarşımızın alınması da hansısa fərdlər və ya futbol klubları tərəfindən mümkün deyil.
2.Biz “Xəzər Lənkəran” azarkeşləri olaraq sona qədər komandamızı dəstəkləyəcəyimizi bəyan edərkən daha səmimi oluruq, çünki bizi “Xəzər Lənkəran”a maddi deyil mənəvi tellər bağlayır.
3.Biz “12-ci oyunçu” azarkeş qrupu olaraq, “Xəzər Lənkəran” klubundan maaş almırıq.Fəaliyyətmiz nə klub daxilindədir nə də klabdan kənar, heç bir fan klub şəklində deyil. “12-ci oyunçu” fəal azarkeşlərin toplumu olaraq, qrup şəklində fəaliyyət göstərir. Ölkə futboluna yenilik gətirərək futbola maraq və komandya sevgi əsasında “Xəzər Lənkəran”a dəstək oluruq.Həyata keçirdiyimiz layihələr fəal azarkeşlərin istək və arzularına əsaslandığından və məhz onların təklifləri ilə həyata keçirildiyindən, bütün xərclər elə həmin azarkeşlərin tərəfindən ödənilir.Misal üçün deyə bilərik ki,may ayının 15-də Lənkəranda keçirilən “Xəzər Lənkəran” – “Bakı” oyununda bütün satdionu bürüyən ağ rəngli kağız lentlərin arenaya toplaşmış azarkeşlərə paylanması ilə “12-ci oyunçu” məşğul olmuşdu.Dəyəri 1400-manat olan həmin lentləri isə ‘Xəzər Lənkəran”ın fəal azarkeşləri bizə təqdim etmişdilər. Çox təəssüflər olsun ki,hələ də ölkədə bizim fəaliyyətimizin məntiqini anlamayanlar çoxdur.
4. “Bakı” fan klubunun rəhbəri, “Neftçi” fan klubununun müdafiəsinə qalxarkən qeyri səmimi olduğu qədər də,müəmmalı hərəkət etmiş olur.
5.Biz radikal deyilik və sivil addımlarımızla da ölkə mətbuatında tanınmışıq. “12-ci oyunçu”nun yeganə şüarı da belədir. “Öncə vətəni, sonra səni sevdik “Xəzər Lənkəran” !”
6. “Bakı” fan klubunun rəhbərinin qıcıqlandırıcı və təhqir adlandırdığı əməl kimi tədim etdiyi yazıda, biz ölkə mətbuatına müraciət edərək, “Bakı” klubunun yeni baş məşqçisinə suallarımızın çatdırılmasında yardım istəmişdik.Həmin yazıdakı ilk sualda isə “Bakı” klubunun baş məşqçisinə cənab Vinfred Şafer deyə müraciət olunurdu.Nə vaxtdan cənab deyə müraciət etmək təhqir sayılır və ümumiyyətlə suallarımızın cavablandırılmasına yardımçı olmağa çalışan “Futbol +” qəzeti nəyə əsasən təxribatçı mətbuat vasitəsi kimi qələmə verilir.
“Bakı” rəsmilərinə daha aydın olması üçün bir neçə gün öncə hazırladığımız sualları bir daha təqdim edirik.
( “12-ci oyunçu” azarkeş qrupu ölkədə fəaliyyət göstərən bütün informasiya vasitələrinə müraciət edərək yardım istəyir !
Biz "Xəzər Lənkəran" azarkeşləri olaraq “Bakı” klubunun baş məşqçisi Vinfred Şaferə bir neçə sualla müraciət etmək istəyirik,amma bu bizim imkanlarımız xaricindədir.O səbəbdən də ölkədə fəaliyyət göstərən bütün informasiya vasitələrinə müraciət edərək bizə yardım etmələrini xahiş edirik;
1.Cənab Vinfred Şafer,həm təcrübəli bir isim olaraq, həm də son olkə kubokunun finalında "qalib" olmuş bir komandanın baş məşqcisi kimi "Fair Play" qaydalarına münasibətinizi bilmək istərdik.
2. KİV, həmçinin bəzi futbol rəsmilərinin də təsdiqlədiyi kimi həmin final oyunu zamanı məhz "Fair Play" qaydalarının pozulması nəticəsində vurulan bir həlledici qola münasibətiniz necədir ?
3.Əgər belə hal bilavasitə sizin rəhbərliyiniz dövründə baş verərsə idi, siz hansı şıxış yolunu secərdiniz?
4.Dünya praktikasında belə vəziyyətlərdə bilərəkdən qol buraxma hallarını necə qiymətləndirirsiniz? Əvvəlcədən təşəkkür edirik. )
Sonda bir daha vurğulamaq istəyirik ki, “12-ci oyunçu” azarkeş qrupu, ölkə kubokunun finalında vurulmuş ilk qolu ədalətsiz şəkildə vurulan qol saydığından,öz yolundan dönməyəcək və mübarizəsini bundan sonra da sivil yollarla davam etdirəcək.
Bizi sakitləşdirmək üçün isə qarşı tərəfin üzr istəməsi yetər.Biz bağışlamağı bacarırıq !
“12-ci oyunçu” azarkeş qrupunun təşkilat komitəsi.15.06.2010
Bölmə: |Baxış sayı: 566 | Yazar: 12cioyuncu |
Всего комментариев: 0
der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz