Ana Səhifə» 2010»Sentyabr»5 » Boranı söhbəti belə tezlikıə bitən deyil...
18:29
Boranı söhbəti belə tezlikıə bitən deyil...
Sentyabrın
5-də Lənkəran bazarını gəzib boranı satanlarla ayaq üstü söhbətləşmək istədik.Qəribə mənzərənin şahidi olduq.Beləki,Lənkəran
bazarında az qala məktəb qabağı şıdırğı alver edən kitab-dəftər satanlar da qarşısında boranı qoyub müştəri
səsləyirdi.İndiyə qədər bu çoxluqda boranı bazarda görünməmişdi.Marağımız bizi
boranının topdan satışı ilə məşğul olan sahibkarın yanına apardı.O yaman
sevincək idi.Sən demə "Flaqman” fan klubunun "Neftçi”nin bostanına boranı atılması ideyası
burada maraq doğurub və boranı satışı sürətlənib.Demək olar ki, bazarlıq edən
hər 5-nəfərdən biri boranı alırdı.Deyilənlərə görə bu göstərici 1943-ci ildən bəri ilk dəfədir ki,
təkrarlanır.Bu qədər boranıların sonda hansı məqsədlə istifadə olunacağı ilə
heç maraqlanmadıq da.Həmin
topdan satış məntəqəsində çalışan şəxsdən bir boranı da bizim üçün seçməsini
xahiş etdik.Sonra "Flaqman” fan klubuna hədiyyə etmək istədiyimizi bilib
boranını dəyişdi və bir az uzunsov formada olan boranı verdi.Məqamdan yararlanaraq onun şəklini də çəkə bildik.
Ondan bir az aralanmışdıq ki,Ələkbər əmi ilə rastlaşdıq.Səbirsiz Ələkbər kişi :-Alə o nədir o "Neftçi"nin .... boranı istəyirlər ?
Bizim cavanlığımızda xiyar söhbəti olurdu.Onlara deyin ki,onların böyüklərinə biz Lənkərandan pay olaraq xiyar çox göndərmişik. Elə bunlar da xiyarlıqdırlar ,boranıya çatmaqlarına hələ qalıb.Vaxtı çatanda onu da göndərərik.