Ana Səhifə» 2009»Oktyabr»22 » “Bosman” fan klubu Futbol+ qəzetini təbrik etdi.
16:00
“Bosman” fan klubu Futbol+ qəzetini təbrik etdi.
“Bosman” fan klubu Futbol+ qəzetini təbrik etdi.
12 yaşın mübarək ! Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra onun idman həyatında və o cümlədən idman mətbuatında yenidənqurma işləri başladi. Sovet idman mətbuatının yerini Müstəqil Azərbaycan Respublikasının idman mətbuatı doldurmağa başladı. Belə ilk nəşrlərdən biri də Futbol + qəzeti oldu. Yarandığı ilk gündən idman həyatını geniş şəkildə, obyektiv, tərəfsiz işıqlandırması ile fərqlənən bu qəzet bu günlərdə yaranmasının 12-ci il dönümünü qeyd edir. Ilk nəşrndən bu günə qədər dediyimiz bu keyfiyyətləri öz əsas xətti kimi daim davam etdirən bu qəzet indi ölkədə demək olar bir nömrəli nəşr kimi idmansevərlərin dostuna çevrilmişdir. Biz onlara bölge müxbirimiz Hüseyn Cəbrayıloğlunun simasında gələcək işlərində uğurlar, möhkəm can sağlığı, xoşbəxtlik, çoxminli oxucularının hər gün gözlədiyi nəşr olmalarını davam etdirmələrini arzu edirik. Bir daha 12 yaşınız mübarək!