www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2011 » Fevral » 18 » "Bosman" fan klubundan operativ müdaxilə...
00:22
"Bosman" fan klubundan operativ müdaxilə...

  

  Fevral ayının 17-sində "Futbol+” qəzetinin redaksiyasına dəvət olunduğumdan orada iştirak etdim, burada təşkil olunan görüşdə "Xəzər Lənkəran” və "Neftçi” fanklublarının rəhbərlərinin dəvət olunduğunun şahidi oldum. Əvvəlcədən söhbətin nədən gedəcəyini bilməsəm də, sonradan aydın oldu ki, redaksiyanın təşkil etdiyi bu görüşdə məqsəd XX tur çərçivəsində "Neftçi” və "Xəzər Lənkəran” arasında keçirilmiş matça fanklub rəhbərlərinin münasibətini öyrənmək imiş. 

  Xüsusən bu komandalar arasında Lənkəranda keçirilmiş görüşdən sonra qonaq komandanın bayrağının yandırılması məsələsi və başqa məsələlər müzakirə olundu (bu barədə "Futbol+” qəzetinin 18.02.11 il tarixli sayında geniş məlumat var).

  "Neftçi” azarkeşlərinin fevralın 13-də keçiriləcək matç zamanı əvəz olaraq "Xəzər Lənkəran”ın bayrağının yandırılması xeyli əvvəlcədən bildirildi. Lakin fevral ayının 13-də "Neftçi” azarkeşləri böyüklük göstərərək bu bədhax əməldən vaz keçmişdilər. Buna görə də, redaksiyada keçirilən görüşdə bir "Xəzər Lənkəran” azarkeşi kimi bu olayın baş verməməsində "Neftçi” fanklubunun rəhbərlərinə, o cümlədən "Futbol+” qəzetinə təşəkkürümü bildirdim.

   Amma bu gün "12cioyuncu.com” saytında gedən bir məlumat bu barədə bir sıra şübhələrə yol açdı. ”12cioyuncu.com” saytı bu hadisənin şahidi olmuş bir nəfərə istinadən bu xəbəri yayımladı. Xəbəri olduğu kimi diqqətinizə çatdırırıq:

           Fevralın 13-də Bakıda "Xəzər Lənkəran”ın bayrağı yandırılıb ?

   Fevralın 18-də "Xəzər Lənkəran”ın məşqini izləməyə gələn azarkeşlər arasında narahatçılıq var idi. Biz məşqə geçikdiyimizdən məsələdən də gec agah olduq. Elşad Xanıyev adlı  "Xəzər Lənkəran” azarkeşi  özüylə gətirdiyi yarıyanmış bayrağı göstərərək əsəbi şəkildə danışırdı:

 

  "Mən Fevralın 13-də oyundan sonra  bu  yandırılan bayrağı həmin insanın əlindən aldım və ona yumruq da vurdum. Daha sonra yaxınlıqda "UltraNeftçi” fan klubunun rəhbəri Ceyhun Əzizlini gördüb ondan izahat istədim. O da mənim yanımda bayraq yandıranı söydü"

 Məşqi izləyən yüzlərlə insansın gözü qarşısında Elşad bəy əsəbi şəkildə danışırdı. Azarkeşlər hamılıqla: "Bəs niyə bu qədər vaxtı ortaya çıxıb demirdin bunları ?”

 Elşad Xanıyev:  " Mən istəmirdim bu hadisə ortaya çıxsın və ara yenidən qarışsın. Bu gün Bakıda  "Futbol+” qəzeti  aldım. Qəzetin manşetində yazılıb ki, güya "Neftçi” fanatları Sadıx Sadıxova görə "Xəzər Lənkəran”ın bayrağını yandırmayıblar. Mən də əsəbləşdim, axı yandırılıb, niyə o kişinin boyuna minnət qoyurlar. Ceyhun Əzizli də bunun şahididir. İnsafən Ceyhunun bayraq yandırılmasına aidiyyatı yoxdur.”

 Ardı növbəti yazıda... Elşad Xanıyev hansı telekanala bayraq yandırılması barədə danışdı...

    Məşq davam edirdi. Amma Elşad Xanıyev əsəbini sakitləşdirə bilməyib dediklərini sübut etmək üçün "Ultra”Neftçi” fan klubunun rəhbəri ilə telefon əlaqəsi yaratmaq istədi. Yarımsaatlıq axtarışdan sonra nömrəni əldə etdi. Bu işdə ona gənc bir  "Xəzər Lənkəran”  azarkeşi köməklik etdi. Beləliklə telefon əlaqəsi yarandı, yaxınlıqda olanları da eşitdiyi kimi Ceyhun Əzizli bayraq yandırılmasını təsdiq etdi.  Uzun sürən telefon danışığıdan sonra Elşad Xanıyev ondan "Neftçi”nin prezidentinin telefon nömrəsini istədi. Lakin Ceyhun Əzizli nömrəni bilmədiyini dedi. Sonra da Ceyhun bəy Elşad Xanıyevin təkidi ilə " Ay qardaş əgər Sadıx müəllim təklikdə soruşarsa o zaman deyərəm bəli  bayraq yandırılıb.” Deyə cavab verdi.

   "Xəzər Lənkəran”ın bayrağının yandırılmasını iddia edən Elşad Xanıyevin səsküyünə gələn "Xəzər tv” və "CTV” –nin əməkdaşları ondan bayraq əhvalatını xırdalıqlarına qədər soruşdular. Elşad bəy də hadisəni bütün xırdalılarına qədər danışdı. Bütün bu mənzərəni   məşqi izləyən azarkeşlər də görürdülər.

  Bu barədə mən "12ci oyunçu”-larla əlaqə saxlayıb məsələni təfərrüatı ilə öyrənməyə çalışdım. Daha sonra özüm də araşdırmalara başladım. Xəbəri və yanmış bayrağı ortalığa çıxartmış şəxslə də əlaqə saxlayıb bunun nə dərəcədə həqiqət olduğunu öyrənməyə çalışdım. Niyə məhz vaxtında deyil, üstündən 5 gün keçəndən sonra məsələni ortaya çıxardığını öyrənməyə çalışdım. O da mənə yaranmış sakitliyin pozulmaması üçün indiyə qədər susduğunu, lakin bugünki qəzetdə ""Xəzər Lənkəran”ın bayrağını Sadıq Sadıqova görə yandırmadıq” başlığı altında gedən yazıdan sonra dözməyib açığlamağı lazım bildiyini dedi.

  Daha sonra "Flaqman” fanklubunun rəhbəri Ceyhun Bədəlzadə ilə bir daha əlaqə saxlayıb buna münasibətini soruşdum. O da görüşdə olduğu kimi, belə halın baş vermədiyini israrla diqqətimə çatdırdı və səmimi olaraq:- "Ağa sizi əmin edirəm ki, biz tərəfdən belə bir hal olmayıb və ümumiyyətlə belə bir hadisənin baş verməsindən xəbərim yoxdur.”-dedi. 

  Mən Ceyhun Bədəlzadənin dediklərinə inandığımı bir daha onun nəzərinə çatdırdım. Amma israrla yanmış bayrağı nümayiş etdirərək bunun şahidi olduğunu deyən Elşad Xanıyevin gördükləri nə imiş? Onda bəs bunlar kimin əməlləridir?

  Mətbuatdan xahişim isə budur ki, bunu tam olaraq araşdırsın və ictimaiyyətə məsələnin əsl mahiyyətini çatdırsın. Bu barədə kömək göstərməyə də hazır olduğumuzu bildiririk.

 Amma bu o demək deyil ki, biz hansısa mətbuata çıxmağa həvəs göstəririk, biz ümumiyyətlə reklam xarakterli məsələlərdən uzağıq. Bunu "Bosman” fanklubunun bugünə qədərki fəaliyyətindən aydın görmək mümkündür. Biz sadəcə doğma "Xəzər Lənkəran”ımızın fanatlarıyıq. Komandamızı dəstəkləyərək yalnız onun qələbələrinin şahidi olmağı qarşımıza məqsəd qoymuşuq və əlbəttə komandamıza qarşı yönələn hər hansı məsələyə də biganə qala bilmərik. Dəvət olunan yerdə iştirak etmək isə mədəniyyətin bir nümunəsidir. Bunu reklam olaraq başa düşənləri isə daha aydın fikirli olmağa çağırırıq.

 

Mirhafiz M. Babayev   18 fevral 2011. 

 

   Mənbə: bosman.at.ua

Bölmə: Azarkeş Xəbərləri |Baxış sayı: 931 | Yazar: 12cioyuncu |
Всего комментариев: 0



Copyright MyCorp © 2024
Используются технологии uCoz