"Zəka" kompyuter mərkəzi
www.zaka.biz
Giriş Forması |
|
|
|
|
Növbəti oyun ________________________ Azərbaycan kuboku
8-mart saat 18:00
Fırtınalar Meydanı "X. Lənkəran" - "Neftçi"
___________________ Turnir Cədvəli
Neftçi |
22-48
|
Xəzər Lənkaran
|
22-47
|
Qarabağ
|
22-42
|
İnter
|
22-40 |
AZAL |
22-36
|
Bakı
|
22-33 |
Qəbələ |
22-31
|
Muğan |
22-27
|
________________________
Bombardirlər
1.Uinston Parks
|
6
|
2.Elvin Beqiri
|
4 |
3.Alim Qurbanov
|
4 | ________________________
Qarşıdakı Oyun
Azərbaycan kuboku
8-mart saat 18:00
Fırtınalar Meydanı "X. Lənkəran" - "Neftçi"
__________________
Qəhrəmanımız: Mirça Rednik
|
BİZİM DOSTLARIMIZ
Ağlı Göylü Fan Portal İnter Fan Klub
Fırtına Fan Klub
Bosman Fan Klub
|
Ana Səhifə» 2010 » Dekabr » 4 » Bu odur yoxsa xəyal...
22:04 Bu odur yoxsa xəyal... | "Neftçi” Eqoizmi
Son dövrlər
"Neftçi” rəsmilərinin çıxışları belə deməyə əsas verir. Əslində son illər
builki qədər güclü heyətə malik olmayan "Neftçi” komandası meydanda daha
çox şeylərə qadir olduğunu göstərməli olduğu halda belə açıqlamalar verməsi heç
də ürəkaçan deyil.
Məsələn,
"Neftçi” azarkeşlərinin "Xəzər Lənkəran” klubunun harda gəldi təhqir
edilməsi ilə əlaqədar onlara ünvanladığı məktubun "Bizə belə bir məktub
çatmayıb” deyə cavablandıraraq məsuliyyətdən qaçması heç bir çərçivəyə sığmır.
Bir çox mətbuatın səhifələrində bu etiraz məktubu dərc olunduğu halda,
"Bizə belə bir məktub çatmayıb” cavabı sadəcə məsuliyyətdən qaçma deyil, həm
də öz azarkeşləri ilə həmrəy olduqlarının göstəricisidir. Mövzu və niyyət
ortalıqda olduğu halda "Bizə belə bir məktub çatmayıb” deyərək, sanki uşaq kimi tərslik etmənin
mahiyyəti nədir? "Neftçi”nin
vitse-prezidenti Tahir Süleymanovun belə açıqlama verməsi isə sadəcə təəssüf
doğurur. Komandasını "Flaqman” adlandıran T. Süleymanov indi onu
"alınmaz qala” kimi qələmə verməyə çalışır.
Daha sonra
komandanın Mətbuat və İctimaiyyətlə Əlaqələr
Departamentinin rəhbəri Elnur Əşrəfoğlunun açıqlamaları da bu qəbildəndir. O,
AZAL-ın futbolçusunu "molla” adlandırmaqla, "Neftçi” klubunu Azərbaycan
futbolunun "flaqmanı” kimi tanımamaqda, AZAL klubunun rəhbərliyini isə
bunu həmin futbolçuya anlatmamaqda suçlayır. "Dəli Kür” filmindən misal gətirir.
Nədənsə, E. Əşrəfoğlunun "Görünən Dağa Bələdçi Lazım Deyil!” kimi məşhur
olan atalar sözü yadına düşmür. Bir də komandasının çox qol vurduğunu daim önə
çəkən E. Əşrəfoğlu, futbolda xalların vurulan toplara görə deyil, sadəcə qələbəyə
görə verildiyini yaddan çıxarır. Elə isə siz hər oyunu 10:0 qazanın. Başqa
komanda isə siz də daxil olmaqla hər oyunu 1:0 qazansın. Sonda kim çempion
olacaq?
Bu gün isə
"Neftçi”nin baş məşqçisi Arif Əsədov da AZAL-la oyundan sonra oxşar
açıqlama ilə oyundan sonrakı mətbuat konfransında çıxış edib. O, rəqibi onlara
qarşı aqressiv oynamaqda təqsirkar bilib.
Sanki onlarla oyunda hamı təslim olub əl-qollarını aşağı salmalıdırlar və
rahat məğlubiyyətlə barışmalıdırlar. Çünki bu "xalq komandasıdır”. Futbol
bir idman növüdür və yalnız mübarizədə qazanılır. Qazana bilmirsənsə, kimi isə
günahlandırmağın heç yeri yoxdur. "Ay aman bizim oyunçuları zədələdilər!”
deyə bəyanat yaymaq isə dünyanın heç yerində yoxdur.
Aşağıda
"Neftçi” eqoizmini göstərən T. Süleymanovun və E. Əşrəfoğlunun 03.12.2010
tarixində "Qol.az” saytına verdiyi açıqlamalar, A. Əsədovun isə AZAL-la
oyundan sonrakı mətbuat konfransında dediyi və "Fanat.az” saytından
götürülmüş müsahibəsi yer alır.
Tahir Süleymanov: «Bizim «Xəzər Lənkəran»la münasibətlərimizə
kölgə salmaq istəyən qüvvələr var»
[03.12.2010]
«Neftçi»nin vitse-prezidenti Tahir Süleymanov bir daha bəyan
edib ki, «Xəzər Lənkəran» klubundan onlara heç bir etiraz məktubu daxil
olmayıb.
Xatırladaq ki, bəzi «Neftçi» azarkeşlərinin «XL»in ünvanına
təhqiramiz şüarlarına görə cənub təmsilçisi paytaxt klubuna etiraz məktubu göndərdiyini,
sonuncular isə onu almadığını bildirir.
Qol.Az-ın müxbiri ilə söhbətində Tahir Süleymanov deyib ki,
son dövrlər «Neftçi»nin uğurlarına kölgə salmaq istəyən qüvvələr var: «Bizim
uğurlarımızı həzm etməyənlər istənilən vasitələrə əl atırlar. Tuyqun Nadirovun
Qol.Az saytına açıqlaması mənə çox təəccüblü gəldi. Bir daha bəyan edirik ki,
«Neftçi»yə «Xəzər Lənkəran» klubundan nə poçt, nə faks, nə də e-maillə heç bir
məktub daxil olmayıb».
T.Süleymanov bu məsələylə bağlı T.Nadirovla söhbəti olduğunu
təsdiqləyib: «Şəxsən iki gün öncə faks nömrəmizi Tuyqun müəllimə vermişəm ki,
istənilən məktubu bizə göndərə bilər. Necə olur ki, hələ Azərbaycanın daxilini
bir kənara qoyuram, İngiltərədən «Everton»dan, Rusiyadan «Rubin»dən bizə məktub
gəlir, amma Tuyqun Nadirovun məktubu yolda itib-batır?! Bu, mümkün olan iş
deyil. Tuyqun müəllim istəsəydi, bu cür mənasız çıxışlardansa, o məktubu şəxsən
özü artıq «Neftçi» klubuna çatdırmışdı. Digər tərəfdən, iki klubun rəhbərlyii
arasında son dərəcə mehriban dostluq münasibətləri hökm sürür. Amma hiss olunur
ki, bu münasibətlərə kölgə salmaq istəyən qüvvələr var. O ki qaldı Tuyqun müəllimin
«Neftçi»nin daxilində problemlər olması barədə fikrinə, komandamızın bu gün
çempionatda tutduğu yer hər şeyin əyani göstəricisidir. Klubumuzun prezidenti
Sadıq Sadıqov «Neftçi»yə gələndən sonra klubda yaranmış problemləri necə yoluna
qoyubsa, bu gün artıq «Neftçi» alınmaz bir qalaya çevrilib. Bütün kənar qüvvələr
də bilməlidir ki, bu qala alınmazdır» - deyə T.Süleymanov bildirib.
Elnur Əşrəfoğlu: «Əgər AZAL-ın futbolçusu molladırsa, daha
ona sözüm yoxdur»
[03.12.2010]
"Neftçi” klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri
Elnur Əşrəfoğlu son zamanlarda «flaqman»ın uğurlarına kölgə sala biləcək şayiələrə
öz münasibətini bildirib. Qol.Az-ın məlumatına görə, Əşrəfoğlu ilk öncə AZAL
klubunun mərakeşli futbolçusu, 5 qolla bombardirlər siyahısında olan Zohair
Benouahinin hakimlərin "Neftçi”yə kömək etməsilə bağlı fikirlərinə
aydınlıq gətirib: "Çox qəribədir ki, Zohairin 3-5 gündür Azərbaycana gəlməsinə
baxmayaraq, "Neftçi”nin uğurlarına şübhə ilə yanaşır. Təbii, o nə bilsin
ki Azərbaycan futbolunun flaqmanı hansı klubdur. Bu barədə futbolçuya gərək
klubu tərəfindən məlumat verilsin. Çox təəssüf ki, AZAL-ın bu sahədəki işləri
heç də qaydasında deyil. Bununla belə, "Neftçi”nin uğurları göz
qabağındadır. Komanda müdafiədə etibarlı oynamaqla yanaşı, hücumda da inamlı təsir
bağışlayır. Təsadüfi deyil ki, Premyer Liqada 30 qola imza atan "Neftçi”
klubunun hücumçusu Bahadır Nəsimov hazırda bombardirlik siyahısına başçılıq
edir. Lakin Zohair isə "Neftçi”nin bu uğurlarını görsə də, qəbul etmək istəmir.
Bildiyimə görə, o, hətta namaz da qılır. Əgər Zohair də məşhur Azərbaycan
kinosu olan "Dəli Kür” filmində "Ey zəbəl ə, ey zəbəl hə, ey zəbəl tə”
deyən mollalardandırsa, daha ona heç bir sözüm yoxdur. Yox, əgər həqiqi namaz
qılan müsəlmandırsa, bəs, qoxrmur ki, Allah qarşısında günaha batır”.
Klub rəsmisi daha sonra "Neftçi”də Fərid Quliyevlə
yanaşı, bir neçə futbolçunun da transferə çıxarılması barədə gəzən söz-söhbətlərə
də öz münasibətini bildirib: "Biz Fərid Quliyevi böyük ümidlərlə transfer
etmişdik. Rəhbərlik olaraq ondan çox şey gözləyirdik. Lakin Fərid özünü
doğrultmadı. Baş məşqçi Arif Əsədov da öz formasını bərpa etmək üçün onu əvəzedici
heyətə göndərdi. Futbolçunun özü də bunu normal qarşıladı. Ruslan Əmircanov və
Elmar Baxşıyev kimi futbolçulara gəldikdə isə bu oyunçuların işləri qaydasında
gedir. Baş məşqçi də onların oyunundan razıdır. Belə olan təqdirdə biz bu
futbolçuları niyə transferə çıxaraq ki?! Düşünürəm ki, hər deyilənlərə inanmaq
lazım deyil. Çox təəssüf ki, bu cür jurnalistlər mətbuatda yanlış xəbərlər
yazmaqla futbolçuları da ruhdan salırlar».
Arif Əsədov: "Rəqib bizə qarşı çox aqressiv oynadı”
[ 04.12.2010]
"Rəqib
bizə qarşı çox aqressiv oynadı. Son dövrlər bizə düşmən kimi yanaşırlar. Elə
bil "Neftçi" xalq komandası yox, kiminsə düşmənidi". Fanat.az xəbər
verir ki, bu sözləri AZAL-la oyundan sonra "Neftçi"nin baş məşqçisi Arif Əsədov deyib.
Mənbə:bosman.at.ua
|
Bölmə: Azarkeş Xəbərləri |Baxış sayı: 603 |
Yazar: 12cioyuncu
| |
|
Copyright MyCorp © 2024 | Используются технологии uCoz |
|