Ana Səhifə» 2010»Avqust»24 » ...bu söhbət bağlanıb.
23:24
...bu söhbət bağlanıb.
"Xəzər
Lənkəran”ın məşqi başlamamış klubun
icraçı direktoru Höccət Hacıyevdən nizam-intizam komitəsinin qərarına
münasibətini və digər məsələlərlə bğlı fikirlərini
öyrəndik.
İntizam komitəsinin məlum qərarına münasibətiniz.
-Qərarı
müzakirə etmək daha istəmirəm,amma göründüyü kimi ədalətsiz qərardır.
Narazılığınız
konkret nədəndir ?
-Axı
Fariz Yusifov artıq protokolda qeydlərini edəndən sonra mən ona, ədalətsiz
hakimliyindən şikayət etmişəm.Elə oyunu canlı izləyənlərin hamısı da bu
fikirdədir.Hakim bəzən elə qərarlar verirdi ki...
Novruz
bayramında da,ötən çempionatın oyununu nəzərdə tuturam ("İnter” – "Xəzər
Lənkəran” oyunu "Şəfa” stadionu 21-mart)
da belə etmişdi.O vaxtı da qapımıza gülünc penalti təyin etmişdi.
"İnter”in
baş məşqçinin Mirça Rednikə qarşı hərəkətlərinə necə baxırsız ?
-Məncə
bu söhbət bağlanıb.Paytaxt klubunun baş məşqçisi cəzalandırılıb.O özü də deyib
lazım gələrsə Lənkəran azarkeşlərindən üzr istəyərəm.Rednik də bu haqda daha
danışmaq istəmirsə niyə qaşınmayan yerdən qan çıxaraq.
Stadionun
ot örtüyünün vəziyyəti necədir ?
-Güclü
yağış işimizi asanlaşdırıb.Yağış suyu ot örtüyünə müsbət təsir edib.Növbəti
oyuna qədər yenə bir yağış yağarsa bərpa olunma prossesi daha sürətlə
gedər.Korlananda da bərpa olunanda da tədricən olur.
QEYD:Fürsətdən istifadə edib meydançaya yaxınlaşıb fotoşəkil də çəkdik.