Ana Səhifə» 2010»Aprel»5 » Burası “Fırtınalar meydanı” !
22:26
Burası “Fırtınalar meydanı” !
Burası “Fırtınalar meydanı” !
“Xəzər Lənkəran” mərkəzi stadionu daha çox “Fırtınalar meydanı” kimi tanınır.Bunun da səbəbi var. “Xəzər Lənkəran”ın ev oyunları zamanı tribunalara toplaşan azarkeşlər komandanı qələbəyə elə səsləyirlər və elə dəstək olurlar ki, rəqib futbolçuların oyununda çaşqınlıq yaranır.Tribunalarda meksika dalğaları göründüsə deməli azarkeşlər artıq qol istəyirlər.
Burada hakimləırin də işi asan olmur.Beləki, yüksək futbol biliyinə malik Lənkəranlı azarkeşlər hakimin hər xırda səhvinə belə, reaksiya verib etiraz edirlər.Bütün bunlardan əlavə stadionun quruluşu da qeyri adidir.Tribunaların 70-dərəcə bucaq altında tikilməsi də səs effektinə xidmət edir.
Ümumiyyətlə ”Fırtınaıar meydanı”nda baş verənləri sözlə demək mümkün deyil,bu stadionda bir dəfə futbola baxmaq kifayətdir ki,”Fırtınalar meydanı”nın daimi sakininə çevriləsən.
Bu adın arenaya verilməsində “Futbol +” qəzetinin o zamankı bölgə müxbiri Anar Məmmədlinin rolu böyük olmuşdur.
Beləki hələ 2005-cı ilin sentyabr ayında adı çəkilən qəzetdə gedən və Anar Məmmədlinin müəllifi olduğu “Çayla dənizin birləşdiyi yerdə “Fırtınalar meydanı”” adlı yazısı bütün ölkədə bu arenaya “Fırtınalar meydanı” deyilməsinə səbəb oldu.
O vaxtdan indiyə qədər azarkeşlər bu arenaya həsr olunan şüarlar səsləndirir,mahnılar oxuyur və şerlərlər qoşaraq sevgilərini bildirirlər.
Bir gün əvvəl yazılan yeni bir şeri də təqdim edirik.Müəllif, yazıçılar birliyinin üzvü,Tərlandır.