Milli
qəhrəman şəhid Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş futzal truniri davam
edir. Turnirin 3-cü günündə bir neçə oyun keçirildi. Qabaqcadan bildirdiyimiz
kimi saytımıza müraciət edən komandaların oyunlarını necə deyərlər "daxili
imkanlar” hesabına işıqlandırırıq. Turnirin
başlamasına bir neçə gün qalmış "Cənub 719” komandasının kapitanı da belə bir xahişlə bizə
müraciət etmişdi.
Beləliklə,
dekabrın 23-də "Cənub 719”
komandası "Boradigah Qartalları” ilə qarşılaşırdı...
Oyun başlayandan sona qədər ərazi üstünlüyünə
mailk olan "Cənub 719”
komandası, qonaqlara göz açmağa imkan vermirdi. Bu üstünlük tabloda da özünü
göstərirdi. Ilk yarıda 4:0-lıq üstünlükdən arxayınlaşan "Cənub”lular ikinci
yarıda qapılarından 2-qol da buraxdılar. Amma əvəzinə elə ikisini də vurdular.
Beləcə oyun "Cənub 719”-un 6:2 hesablı qələbəsi ilə bitdi.
Gözdən
qaçmadı:
Hissələr
arası fasilədə qısa mübahisə də yarandı. İlk yarının sonunu biıdirən fit
səslənəndən sonra meydan sahibləri,
qonaqların qapısından top keçirmişdi. Isə
u topu hesaba almayaraq vaxtın bitdiyini əsas gətirdilər. Yaranan mübahisəli
epizodun müzakirəsinə təşkilatçılar da müdaxilə etdilər və hakimlərin düzgün qərar
çıxardılqarı qənaətində olduqılarını bildirdilər.
QEYD:
Turnirə informasiya dəstəyi vermək hüququ bizim saytda olmadığına görə təşkilatçılardan turnirin
təqvimi və turnir cədvəli haqqında
məlumat əldə etməyə cəhd edə bilmədik.
|