"Qəbələ" - "Xəzər Lənkəran" oyunun yaxınlaşdlıqca bu oyuna mətbuatın da marağı artır.Komandamızın futbolçuları və baş məşqçisi internet saytlarında tez-tez müsahibələr verərək komandanın "Qəbələ" ilə matça tam hazır olduğunu qeyd edirlər.Komandanın baş məşqçisi Ağasəlim Mircavadovun qol.az saytına verdiyi müsahibəsində olan maraqlı fikirlər daha çox diqqət çəkir:
-«Qəbələ» hücuma meyilli komandadır ki, bu da matçın daha yaxşı alınmasına imkan yaradır. Lakin bütün bunlara baxmayaraq, məqsədimiz yalnız bu matçdan qalib ayrılmaqdır. Ümidvaram ki, bunu bacaracağıq.Fikrimcə, "altılıq"da olan hər bir komandanın çempionluğa şansları var. Bunu bacarmaq üçün sadəcə sabit çıxış etmək lazımdır. Mənim öz taktikam var. Əgər bunu sona qədər həyata keçirə bilsək, çempion olacağıq.Heç bir komanda ardıcıl olaraq baxımlı oyun nümayiş etdirə bilməz. Bu, istənilən komandaya xas olan xüsusiyyətdir. Elə oyunlar olur ki, komandam çox pis təsir bağışlayır. Amma biz güclü bir kollektivik. Hətta dünyanın bir nömrəli komandası olan «Barselona» belə bütün oyunlarda tam yaxşı çıxış etmir.