Apellyasiya və Ekspert Komitəsinin qərarı AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin bu gün keçirilən iclasında “Xəzər Lənkəran” FK-nın əvəzedici komandasının baş məşqçisi Fazil Əsədovun AFFA-nın İntizam Komitəsinin 28 sentyabr 2009-cu il tarixli qərarından verilmiş şikayətinə baxılıb və yekdilliklə aşağıdakı qərar qəbul olunub:
İntizam Komitəsinin qərarı dəyişdirilsin və Fazil Əsədov Nizam-İntizam Qaydalarının 56-cı maddəsinə əsasən 10 oyunluq məşqçilikdən kənarlaşdırılsın.
Xatıraladaq ki,bu cəza 2-illik idi və ədalətsiz qərar olduğu üçün Lənkəranklı azarkeşlərin böyük bir hissəsi buna etiraz etmişdi.həmin qərar "Xəzər Lənkəran" və "Muğan" komandalarının əvəzedicilərinin 25-sentyabrda keçirilən oyunundan sonra baş verən hadisələrlə bağlı verilmişdi.Yalnız qərarın verilməsi üçün heç bir konkret səbəb olmasa da baş məşqçinin güya azarkeşləri təxribata çəkməsi əsas kimi göstərilmişdi.12-ci oyunçu azarkeş klubu həmin oyuna afişa hazırlamış və oyuna 1000-azarkeş dəvət etmişdi.Bütün hadisələrin canlı şahidləri olmuş azarkeşlərin etirazlarına AFFA tərəfindən baxilmamışdı..Yalnız zərərçəkənin şikayəti bir neçə gün bundan əvvəl qəbul olunaraq hadisələrə düz 42-gün sonra düzgün qiymət verilmişdir.Hər halda, nə olursa olsun,ədalətin gecdə olsa zəfər çalmasını alqışlayırırıq.