Bunlardan biri vaxtilə Kiyev “Dinamo”sunda çıxış etmiş Davit İmedaşvilidir. “VİT-Corciya” klubunun yetirməsi olan 26 yaşlı müdafiəçi 2006-2009-cü illərdə Ukraynanın ən titullu komandasında olsa da, burada möhkəmlənə bilməyib.
“Dinamo-2”ni də nəzərə alsaq, cəmi 15 oyunda Kiyev təmsilçisinin şərəfini qoruyan İmedaşvili icarəyə verilib. O, Latviyada “Ventspils”, Macarıstanda “Nyerihaza” klubunda icarə əsasında çıxış edib. Ukraynanın “Zakarpatye” və Yunanıstanın məşhur PAOK klublarında baxışda olub bəyənilməyən Davit ötən yay vətənə dönüb.
Son bir ildə Rustavi “Olimpi”sində forma geyinib. Ölkəsinin 21 yaşadək futbolçulardan ibarət yığmasında 11 matç keçirən İmedaşvili əsas yığmada 2006-cı ildə debüt edib. Lakin Ukrayna ilə ilk oyunu millidə sonuncu qarşılaşma olub.