"Xəzər Lənkəran” Futbol Klubu növbəti transferini də həyata
keçirdi. Heyətdə qapıçı mövqeyində yaranmış boşluğu doldurmaq məqsədilə
klubumuz Ukraynalı qolkiper Yevgen Kopili sıralarına cəlb etdi. Klubumuzla 1
illik müqaviləyə imza atmış Kopil artıq komandamızın şərəfini qoruyur.
24 yaşlı Kopil Ukraynanın ən tanınmış və ən titullu
komandası olan "Dinamo” (Kiyev) futbol klubunun yetirməsidir. Karyerası ərzində
"Dinamo”nun ayrı-ayrı yaş qruplarında forma geyinmiş Kopil həmçinin legoiner həyatı
da sürüb. Belə ki, yeni qapıçımız Polşanın "Zaqlebiye” (Sosnoviek) və
"Zaqlebiye” (Lyubin) klublarının şərəfini qoruyub.
Yeni transferimizin həmçinin 15 yaşından 20 yaşınadək müxtəlif
yaş qrupları üzrə Ukrayna milli komandalarında da çıxış etdiyini qeyd etmək
lazımdır. Ukraynalı qapıçının klubumuza gəlməkdən əvvəl son iş yeri Ukraynanın
"Zarya” komandası olub.
Mənbə:
lankaranfc.com
|