Ana Səhifə» 2010»Noyabr»14 » Dostluq turnirinin arxivindən...
00:23
Dostluq turnirinin arxivindən...
Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunan turnirə qədər gələn yol.
III yazı
"Dostluq" turniri -1
Lənkəranda indiyə
qədər azarkeşlər arasında keçirilən ən böyük futzal turniri isə yenə Vaqif Rəşidovun layihəsi
əsasında baş tutdu. Bu turnirdə kimləri görmək olmazdı ki…
Sovet
dönəmində və müstəqillik illərində Lənkəranın "Xəzər” komandasında top qovan
futbolçulardan tutmuş xarici vətəndaşlara qədər, bir neçə il əvvəl "Xəzər
Lənkəran”ın əvəzedici heyyətində oynamış futbolçulardan tutmuş gənc
həvəskarlara qədər bu turnirdə oynadı və zövq aldı. Lənkəranda yerləşən Pal-Süd
müəsisəsində çalışan Türk vətəndaşları da iştirak edərək turnirə rəng qatdılar.
Azərbaycan çempionatında çıxış "Masallı” komandasının baş məşqçisi kimi
çalışan, uzun müddət "Xəzər Lənkəran”ın əvəzeidci komandasının baş məşqçisi
olan Lənkəranın əfsanəvi futbolçusu Fazil Əsədovun da turnirdə iştirakı xüsusi qeyd
olunmalıdır.
Turnir iki
formatda keçirildi. Hər iki formatın öz
komandaları, turnir cədvəli və qalibi oldu.
Biri "Superliq”
digəri isə "Həvəskarlar” adlanan çempionatın maraqlı və yadda qalan anları
oldu. Aşağıda "Retro” adıyla təqdim olunan siyahıdakı keçmiş futbolçuları Lənkəranda hamı yaxşı
tanıyır:
"Retro"
Fazil
Əsədov
Əkbərov
Ziyafət
Baxşiyev Hüseynağa
Səmədov Həsənbala
Şərifov Fəxrəddin
Rzayev Elşad
İsmayilov Fərman
Məcidov İbrahim
Əskərov Ağabala
Mircalal Əliyev
Elxan
Rzayev
Ağadadaş Həmidov
Turnirin
qaliblərinə mükafatlar, bütün iştirakçılarına xüsusi diplomlar verildi.